Məhkəmə qərarları › İş №3(025)-429/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-429/2020

15.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-429/2020 15.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Şükür Sadullayevin, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək onlara bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Şükür Sadullayev izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ şəhərində Şəxs yaşadığı evdə həyat yoldaşı Zərərçəkmiş şəxs1 və oğlu Zərərçəkmiş şəxs2 ilə mübahisə edərək onlara sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir.Təhqiqatın araşdırması nəticəsində tərəfindən Zərərçəkmiş şəxs1 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır, Zərərçəkmiş şəxs2 isə onun oğludur. Həmin şəxslərlə münasibətləri pis vəziyyətdədir, belə ki nə həyat yoldaşı, nə də ki oğlu Hafiz onu saymırlar, həmçinin oğlu onun ünvanına nalayiq ifadələr işlədərək onu alçaldır. xx xxxxxx 2020-ci il tarixdə saat 21:00 radələrində Elçinin kafesində bir bakal pivə içərək evə getdiyi zaman yoldaşı onu nalayiq formada təhqir etdi, oğlu Hafiz isə onun üzərinə hücum edərək onu təhqir edib evdən çıxmağını tələb edərək onun boğazından əli ilə tutaraq boğub, yumruqla sifətinə, baş və qarın boşluğuna, təpiklə isə bədəninin müxtəlif nahiyyələrinə vurdu, həyat yoldaşı Sədayə isə dava zamanı qulağının dibini, kürək nahiyyəni, eləcə də sifət və boğaz nahiyyələrini cırmaqlamışdı. Dava zamanı özünü müdafiə etmək məqsədi ilə oğlu Hafizin sifət nahiyyəsinə şillə ilə vurdu, yoldaşı Sədayəni isə əli ilə itələmişdir. Daha sonra, qardaşı Vaqifin mobil telefonuna zəng vuraraq ondan köməyə gəlməsini xahiş etsə də o cavab olaraq ailə işinə qarışmaq istəmədiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və Şəxs onun həyat yoldaşıdır. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrindən sonra yoldaşı Vahid sərxoş vəziyyətdə evə gələrək onun ünvanına nalayiq ifadələr işlədərək onun qaynı Vaqiflə, oğlu Hafizlə intim münasibətdə olmağına dair şər və böhtanlar ataraq sözlü mübahisə yaratdı və mübahisə zəmnində Vahid yumruq və şillə ilə onun sifətinə, qoluna və baş nahiyyəsinə vuraraq saçlarından tutaraq saçlarını yonmağa başladı. Həmin dava zamanı oğlu Hafiz yoldaşına “anamdan əl çək” dediyi zaman Vahid oğluna “mənim arvadım ola-ola sən niyə mənim arvadımı saxlayırsan?” dedi. Bu səbəbdən oğlu Hafiz əsəbləşərək Vahidi itələdi ki, Vahid ondan əl çəksin. Bunu görüb qaynı Vaqifə zəng elədi. Bundan sonra Vahid evdən çıxıb getdi, bununla da dava sona çatdı. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və Şəxs onun atasıdır. Atası Vahid ilə bir ildən artıq müddətdir ki danışmır, buna səbəb atasının mütəmadi olaraq spirtli içkilər qəbul edərək onun və eləcə də qardaşlarının barəsində tanışlarına xoşagəlməyən sözlər deyərək onların barəsində mənfi rəy yaratmağa çalışması olmuşdur. xx xxxxxx 2020-ci il tarixdə saat 23 radələrindən sonra atası Vahid yenə də spirtli içki qəbul edərək evə gəlib qışqıraraq yatmış anasının saçlarından tutaraq yonub başına yumruq vurmaqla barəsində nalayiq ifadələr işlətdi. Atasının anasını döyməsini görüb onu əli ilə itələdi ki anasından əl çəksin və buna baxmayaraq atası ona “kişi deyilsən ananla cinsi əlaqədə ol uşaq dünyaya gəlsin” deyərək onu və anasını təhqir edərək ağız nahiyyəsinə yumruqla vuraraq onu əli ilə itələdi. Atasının üzərinə hücum edərək onu döydüyü üçün onun sifət və baş nahiyyəsinə bir neçə dəfə yumruqla vurdu. Həmin vaxtı atası qəfildən onun üzərinə hücum edərək əli ilə boğazından tutaraq boğmağa başladığı zaman məcbur qalıb atasını əli ilə itələdi və sonuncu bu səbəbdən arxadakı masanın üzərinə yıxıldı, masanın üzərində olan qab-qacaq da həmin vaxtı yerə düşərək sındı. Daha sonra təxminən bir neçə dəqiqə ərzində davam edən qarşılıqlı itələşmədən sonra anası qaynı Vaqifin mobil nömrəsinə zəng vuraraq onu çağırdığı üçün atası evdən çıxaraq getdi - bununla da dava sona çatdı. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis leytenantı Şükür Sadullayev tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106- 109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar