Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-430/2023 21.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2, şikayət vermiş şəxs Nümayəndə1 iştirakları ilə "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin X2 rəisi Akif Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayətə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qafqaz-Qəbələ" MMC-nin X15 direktoru Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX X2 xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX Şəkt-X5 xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən, barəsində 700 AZN məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edirlər ki, "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 barəsindəki Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX X2 xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsassız olduğundan ləğv edilməli və onun barəsində Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, ƏƏSMN yanında DƏMX X2 xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə əsas "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 barəsində Azərbaycan Respublikası İXM-in 192.4-ci maddəsi ilə həmin İdarə tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN № ******* saylı inzibati xəta haqqında protokol olmuşdur. Həmin inzibati xəta haqqında protokola əsasən "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 xx.xx.2023-cü il tarixədək MMC-də işləmiş X6 əmək fəaliyyətinə xitam verilərkən istifadə olunmamış illik əmək məzuniyyəti günlərinin sayını düzgün hesablamadığı üçün, sonuncuya son haqq-hesab düzgün hesablamamış və ödəməmiş, bununla da qanun pozuntusuna yol vermişdir. X13 xx.xx.2018-ci ildə "xxxx" MMC-yə İnformasiya texnologiyaları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir və xx.xx.2023-cü il tarixdə ərizəsinə əsasən X- 23/074 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Xitam əmrində olan qeydlərə əsasən X9 2022/2023-cü iş ilindən istifadə edilməmiş 24 gün əsas, 2023/2024-cü iş ilindən istifadə edilməmiş 13 gün əsas məzuniyyət günlərinin pul əvəzi və digər ödənişlərlər birgə hesablanaraq ödənilmişdir. X6 "xxxx" MMC-də ümumi iş stajı 5 il 5 ay olmuşdur. O, işlədiyi müddət ərzində, xx.xx.2018-ci il tarixli 0013/D nömrəli əmrlə xx.xx.2018- xx.xx.2018tarixlərində 10 təqvim günü, xx.xx.2018-ci il tarixli 0174-3/M nömrəli əmrlə xx.xx.2018xx.xx.2018-tarixlərində 7 təqvim günü, xx.xx.2019-cu il tarixli 0031 nömrəli əmrlə xx.xx.2019xx.xx.2019-tarixlərində 14 təqvim günü, xx.xx.2019-cu il tarixli 0503 nömrəli əmrlə xx.xx.2019xx.xx.2019-tarixlərində 14 təqvim günü, xx.xx.2019-cu il tarixli 0660 nömrəli əmrlə xx.xx.2019xx.xx.2019-tarixlərində 12 təqvim günü, xx.xx.2020-ci il tarixli M-20/246 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020-tarixlərində 14 təqvim günü, xx.xx.2021-ci il tarixli M-21/609 nömrəli əmrlə xx.xx.2021-xx.xx.2021-tarixlərində 30 təqvim günü, xx.xx.2021-ci il tarixli M-21/736 nömrəli əmrlə xx.xx.2021-xx.xx.2021-tarixlərində 5 təqvim günü, xx.xx.2022-ci il tarixli M- 22/580 nömrəli əmrlə xx.xx.2022-xx.xx.2022- tarixlərində 17 təqvim günü, olmaqla ümumilikdə 123 təqvim günü əsas illik əmək məzuniyyətindən istifadə etmişdir. Həmçinin, X13 işlədiyi müddət ərzində, xx.xx.2020-ci il tarixli Ö- 20/322 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020tarixlərində 14 təqvim günü, xx.xx.2020-ci il tarixli Ö-20/446 nömrəli əmrlə xx.xx.2020xx.xx.2020-tarixlərində 7 təqvim günü, xx.xx.2020-ci il tarixli Ö-20/738 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020-tarixlərində 8 təqvim günü, xx.xx.2020-ci il tarixli Ö-20/888 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020-tarixlərində 19 təqvim günü, xx.xx.2020-ci il tarixli Ö-20/1014 nömrəli əmrlə xx.xx.2020-xx.xx.2020- tarixlərində 5 təqvim günü, xx.xx.2021-ci il tarixli Ö- 21/293 nömrəli əmrlə xx.xx.2021- xx.xx.2021-tarixlərində 5 təqvim günü, xx.xx.2021-ci il tarixli Ö-21/368 nömrəli əmrlə xx.xx.2021-xx.xx.2021-tarixlərində 13 təqvim günü olmaqla ümumilikdə 71 təqvim günü müddətində qanunvericiliyə uyğun olaraq ödənişsiz məzuniyyətdən istifadə etmişdir. Sənədlərdən göründüyü kimi, X13 2020/2021 iş ili üzrə 53 gün, 2021/2022 iş ili üzrə 18 gün ödənişsiz məzuniyyətdə olmuşdur və bu müddətdə işçi vəzifə öhdəlikləri üzrə əmək funksiyalarının icrasından azad olmuş və həmin günlərin əmək haqqı saxlanılmamışdır. X6 işlədiyi 5 il 5 ay müdətində 71 təqvim günü ödənişsiz məzuniyyətdə olması və ödənişsiz məzuniyyət dövrünün 52 təqvim gününün 2020/2021-ci iş ilinə təsadüf etməsi nəzərə alınaraq əmək məzuniyyətinə hüquq verən əmək stajına daxil olmadığı üçün onun 2020/2021 iş ilidən 1 təqvim ayına uyğun əmək məzuniyyəti hüququ azaldılmışdır. Belə ki, X6 illik əmək məzuniyyəti hüququ 30 gün olmuşdur. Bir aya görə məzuniyyət hüququ ( 30/12=2.5) 2.5 gündür. İşçinin 2.5 gün məzuniyyət hüququ azaldılaraq məzuniyyət uçotu aşağıdakı kimi aparılmışdır. X6 işlədiyi 5 il 5 ay müddətində 160 gün ((5*30)+(5*2.5)- 2.5=160) əsas illik əmək məzuniyyəti hüquq yaranmışdır. İşə başladığı gündəm xitam verilən günədək müxtəlif illərdə ümumilikdə 123 təqvim günü məzuniyyət hüququndan istifadə etmişdir. Əmək fəaliyyətinə xitam verilərkən ümumilikdə 37 gün istifadə olunmamış illik əmək məzuniyyətinin pul əvəzi qanunvericiliyə uyğun olaraq hesablanaraq digər ödənişlərlə birgə son haqq-hesabı həmin gün X6 bank hesabına ödənilmişdir. Təqdim olunan sənədlərdən və hesablamalardan da görünür ki, X13 "xxxx" MMC-də işlədiyi müddət ərzində məzuniyyətlərin verilməsinin uçotu onun iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə dürüst və vaxtında aparılmışdır. "xxxx" MMC-də bu günə kimi işləmiş və hal-hazırda işləyən bütün işçilərə məzuniyyətlərin verilməsinin uçotu tam elektronlaşdırılmış qaydada kompüter proqramları ilə aparılır. Yuxarıda sadalanan bütün xüsusatlar onu deməyə əsas verir ki, "xxxx" MMC- nin X15 direktoru Nümayəndə1 barəsində çıxarılmış Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX X2 xx.xx.2023- cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş Nümayəndə1 şikayətin məzmunu ilə eyni izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Qərarı barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə2 izahatında göstərdi ki, X6 Tufandağ QYTİK MMC-də və Qafqaz-Qəbələ MMC-də əmək hüquqlarının pozulması ilə bağlı müraciətinə əsasən tərəflərindən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı vətəndaşın hər iki müəssisə üzrə işdən azad edildiyi gün son haqq-hesabının əməkhaqqı hesabına köçürülməsi müəyyən edilmişdir. Lakin Qafqaz- Qəbələ MMC-də son haqq-hesab hesablanarkən məzuniyyət günlərinin 2.5 gün az hesablanması məlum olmuşdur. Qarşı tərəf bu halın işçinin ödənişsiz məzuniyyətdə olması dövrlərinin toplanaraq ona məzuniyyət hüququnu verən dövrdən çıxılması ilə əsaslandırır və Əmək Məcəlləsinin 132-ci maddəsində faktiki iş anlayışına istinad verir. Lakin həmin yanaşmanı əsaslı hesab etmirlər. Belə ki, Əmək Məcəlləsinin 132-ci maddəsində əmək məzuniyyəti stajı verməyən dövr üzrə ancaq qismən ödənişli sosial məzuniyyət dövrü qeyd olunmuşdur. Faktiki dövr dedikdə isə işçi iş ili ərzində tamamilə bir neçə ay işə gəlmədikdə həmin dövr onun iş stajı olmadığı üçün məzuniyyət günləri hesablanarkən faktiki dövrə uyğun hesablanır. Bundan əlavə əmək qabiliyyətinin müvəqqəti itirilməsi zamanıda işçi işdə olmur, lakin ona həmin dövr üzrə məzuniyyət günləri hesablanır. İkinci hal üzrə qarşı tərəf izahat verərək kəsr olan məzuniyyət gününün texniki səhv nəticəsində yarandığını və qısa müddət ərzində ödənilməsini bildirmişdir. Buda bir daha həmin halda xətanın olmasını təsdiq edir. Bundan əlavə vətəndaş iki müəssisə üzrə işdən çıxmış, digər müəssisədə də müxtəlif aylarda ödənişsiz məzuniyyətdə olmuş, lakin digər müəssisə üzrə həmin dövr əmək məzuniyyəti günlərindən çıxılmamışdır. Bu da eyni hal üzrə ikili yanaşmanı əks etdirir. Yuxarıda qeyd olunan bir neçə hal üzrə əsaslandırmalar sübut edir ki, tərəflərindən qəbul edilmiş qərar tam əsaslıdır. Ona görə də tərəflərindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında Qərarın qüvvədə saxlanılmasını xahiş edirlər. Məhkəmə inzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri, inzibati icraatın materiallarını nəzərdən keçirərək, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-nin direktoru X1 xx.xx.2023-cü il tarixli, X- 23/074 nömrəli əmrinin surətindən görünür ki, müəssisənin “İnformasiya texnologiyaları üzrə menecer köməkçisi” vəzifəsində çalışan əməkdaşı X6 əmək müqaviləsinə 30 may 2023-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsi tərəfindən "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, aparılan araşdırma zamanı müəyyən olunmuş ki, "xxxx" MMC-də işdən azad edilmiş X3 haqq-hesabı düzgün hesablanmamış və ödənilməmişdir. Nəticədə Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında MN ******* nömrəli, 31 iyul 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyev "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 "xxxx" MMC-də işdən azad edilmiş X3 haqq-hesabı düzgün hesablanmadığından və ödənilmədiyindən "xxxx" MMCnin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, "xxxx" MMC X12 Resort Hotel ilə həmin hoteldə “İnformasiya texnologiyaları üzrə menecer köməkçisi” vəzifəsində çalışan X13 arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixli, X- 23/074 nömrəli əmrlə xitam verilmişdir. Qəbələ şəhər sakini X6 Qafqaz-Qəbələ və Tufandağ X10 X4 Cəmiyyətində əmək hüquqlarının pozulması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X11 Xidmətinə ünvanladığı müraciətinə əsasən X11 Xidmətinin Şəki-Zaqatala regional şöbəsində araşdırma aparılmışdır. Araşdırma zamanı həqiqətən də "xxxx" MMC-də işdən azad edilmiş X3 haqq-hesabı düzgün hesablanmadığı və ödənilmədiyi müəyyən olunmuşdur. Bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanının törədildiyi faktına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları tərəfindən "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 barəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, protokola baxan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyev "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 700 manat məbləğində cərimə edilməsini qərara almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Əmək qanunvericiliyinin tələblərini pozaraq "xxxx" MMC-də işdən azad edilmiş X3 haqq-hesabı düzgün hesablamamış və ödəməmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddənin 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 83-cü maddənin 2-ci hissəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 şikayət ərizəsi iş materiallarında olan sübutlarla təkzib olunur, onun şikayətində göstərdiyi hallar məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Ona görə də haqlı olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Nümayəndə1 tərəfindən verilmiş izahatdan görünür ki, sonuncu izahatında "xxxx" MMC-də işdən azad edilmiş X3 haqq-hesabının düzgün hesablanmadığını etiraf etmişdir. Göründüyü kimi "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi və onun əməlində həmin inzibati xəta tərkibinin olması iş materialları ilə kifayət qədər sübut olunur Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə- vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Həmin Məcəllənin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və sair. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin əməkdaşları "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki təqdim edilmiş sənədlər əsasında mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133,134,135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin X15 direktoru Nümayəndə1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Şəki regional ərazi şöbəsinin rəisi A.R.Əliyevin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarından verdiyi şikayət təmin olunmasın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-430/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-430/2023
21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver