Məhkəmə qərarları › İş №3(025)-433/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-433/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-433/2023 23.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X4, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxx 1967-ci il tarixdə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Qəbələ rayonu Tüntül kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X6 02 avqust 2023cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X9 tərəfindən 09 avqust 2023-cü il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qəbələ şəhər, H.Əliyev prospekti ərazisində üzü Qəbələ şəhəri Fazil Rəhimov küçəsi istiqamətində hərəkətdə olarkən 1.3 üfiqi nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması nəticəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olan X1 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin qarşısına çıxmış və idarə etdiyi VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sağ yan hissəsi Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin ön hissəsi ilə toqquşmuş, toqquşmanın təsirindən VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ön hissəsi Qəbələ ş. Fazil Rəhimov küçəsində yerləşən X5 "Ledy Parfum" adlı mağazann divar hissəsinə dəymiş, nəticədə mağazanın sahibi Qoşqar Mustafayevə və Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi İsmayıl Süleymanova maddi ziyan vurulmasına, VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs və X2 Yüngül zərər vuran bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X9 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X17 tərəfindən araşdırılma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində Qəbələ şəhəri H.Əliyev prospektində yerləşən Emil adlı marketin qarşısında üzü Zarağan kəndi istiqamətində sahibliyində olan VAZ2107 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olan zaman Qəbələ şəhər Emil Marketin qarşısından üzü Fazil Rəhimov küçəsi istiqamətinə doğru əks istiqamətli hərəkət istiqamətlərini bir-birindən ayıran düz xətti kəsərək dönən zaman F.Rəhimov küçəsinə keçməyinə çox az bir məsafə qalmış Qəbələ şəhəri istiqamətində hərəkətdə olan Hyundai Elentra markalı ** FE *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ orta hissəsindən toqquşmuşdur. Toqquşmanın təsirində idarə etdiyi VAZ2107 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi yaxınlıqda, yəni F.Rəhimov küçəsində yerləşən "LEDİ Parfum" adlı mağazanın divar hissəsinə dəyərək dayanmışdır. Nəticədə həmin mağazanın divar hissəsi də zədələnmişdir. Hadisə zamanı avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs və azyaşlı X11 xəsarət aldıqları üçün Qəbələ RMX-ya müraciət etmişlər. Hadisə zamanı sərxoş olmamış, hadisə zamanı avtomobildə ondan başqa Zərərçəkmiş şəxs və azyaşlı X11 olmuşdur. Hadisə zamanı özü heç bir xəsarət almamış. hadisə vaxtı avtomobilində heç bir texniki nasazlıq olmamışdır. Hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun gəlinidir və ondan şikayəti yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında Şəxs dediklərini təsdiq edərək, Şəxs onun qaynatası olduğunu və ona qarşı şikayət və tələbinin olmadığını qeyd etmişdir. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsində Şəxs barəsində toplanmış HK-1/987 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və X10 rayon şöbəsinin 27 iyul 2023-cü il tarixli, № 340 saylı MTEnin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində alının sağ qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ mil-bilək oynağının bayır tərəfinin kəsilmiş-deşilmiş yarası, sağ bazunun bayır yuxarı və sağ baldırın bayır orta 1/3-nin qançırı kimi xəsarətlər vardır. Qeyd olunan xəsarətlərdən alının sağ qaşüstü nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ bazunun bayır yuxarı və sağ baldırın bayır orta 1/3-nin qançırı küt alətin (əşyaların) təsirindən, sağ milbilək oynağının bayır tərəfinin kəsilmiş-deşilmiş yarası iti kəsici xarakterə malik olan alətin(əşyaların-sınmış şüşə parçasının) təsirindən müayinə olunan yuxarıda göstərilən tarixdə və şəraitdə, yəni 13 iyul 2023-cü ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vuran bədən xəsarətinin əlamətlərinə aiddir. - Materiala əlavə edilmiş tibbi müayinə protokolunda Şəxs hadisə baş verən anda ayıq olduqları müəyyən edilmişdir. - Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs məxsus AF 200025 nömrəli, BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, Zərərçəkmiş şəxs heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Şəxs sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobililə Qəbələ şəhər, H.Əliyev prospekti ərazisində üzü Qəbələ şəhəri Fazil Rəhimov küçəsi istiqamətində hərəkətdə olarkən 1.3 üfiqi nişanlanma xəttini kəsərək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozması nəticəsində üzü Qəbələ şəhərinin mərkəzi istiqamətdə hərəkətdə olan X1 hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin qarşısına çıxmış və idarə etdiyi VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilin sağ yan hissəsi Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin ön hissəsi ilə toqquşmuş, toqquşmanın təsirindən VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilin ön hissəsi Qəbələ ş. Fazil Rəhimov küçəsində yerləşən X5 "Ledy Parfum" adlı mağazann divar hissəsinə dəymiş, nəticədə mağazanın sahibi Qoşqar Mustafayevə və Hyundai Elentra markalı ** FE *** dövlət nömrə nişanlı minik avtomobilinin sahibi İsmayıl Süleymanova maddi ziyan vurulmasına, VAZ21074 markalı, ** NU *** dövlət qeydiyyat nişanlı minik avtomobilində sərnişin qismində olan Zərərçəkmiş şəxs və X2 Yüngül zərər vuran bədən xəsarətlərinin yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar