Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-434/2024 21.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1994-cü ildə Qəbələ rayonu, Çarxana kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Çarxana kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2024-cü il tarixli MN 1748938) tərtib olunmuşdur ki, o, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-950/2022 saylı, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-221/2023 saylı və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-434/2024 saylı icra sənədlərini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, Nümayəndə2 xeyrinə 459.55 manat ödəməsi barədə xx.xx.2022-ci il tarixli, 2(025)- 950/2022 saylı, ABC telecomun xeyrinə 603 manat ödəməsi barədə xx.xx.2023-cü il tarixli, 2(025)- 221/2023 saylı və "xxxx" QSC-nin xeyrinə 251.4 mnat ödəməsi barədə xx.xx.2024-cü il tarixli, 2(025)-434/2024 saylı icra sənədlərini icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, işlədiyi yerdən çıxmış və maddi vəziyyətində çətinliklər yaşamışdır. Anasını xəstə olduğunu bildirmişdir. Lakin icra sənədləri üzrə tələbin hissə-hissə ödənilməsinə etiraz etmir və yerinə yetirilməsinə möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 verdiyi izahatında göstərmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)- 950/2022 saylı icra vərəqəsini icra etmir. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsələr də, vədlər vermiş, lakin ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində cəza tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx"-un nümayəndəsi Nümayəndə1 verdiyi izahatında göstərmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 221/2023 saylı icra vərəqəsini icra etmir. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsələr də, vədlər vermiş, lakin ödəməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində cəza tədbiq edilməsini xahiş etmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-950/2022-ci il tarixli icra vərəqəsinə əsasən Nümayəndə2 ilə X3 arasında bağlanmış Z-001291/2022 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi ləğv edilmiş, cavabdehlər (borclu) Şəxs 001291/2022 nömrəli, xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsnə əsasən 358,55 manat əsas borc, 71 manat cərimə borcu olmaqla ümumilikdə 425.55 manat borc və 30 manat dövlət rüsumu Nümayəndə2 xeyrinə tutulmalıdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-221/2023-cü il tarixli icra vərəqəsinə əsasən 702.9 manat əsas borc, 70.1 manat cərimə borcu və 30 manat dövlət rüsumu, ümumilikdə 803 manat pul cavabdeh Şəxs alınaraq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-434/2024-cü il tarixli icra vərəqəsinə əsasən 213 manat əsas borc, 8 manat cərimə borcu və 30.40 manat dövlət rüsumu, cəmi 251.40 manat "xxxx" QSC-nin xeyrinə ödənilməlidir. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-221/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 55897/2023-11-6-0 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-221/2023-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-950/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 218026/2022-11-5-00 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-950/2022-ci il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. Qəbələ Rayon İcra Qrupunun xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-434/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra Qrupu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 157105/2024-11-5-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-434/2024-cü il nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan Qəbələ rayon İPŞ-nin xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-221/2023 nömrəli icra sənədi üzrə borclu Şəxs icra yerinə gəlmədiyindən və yaşadığı yerdə tapılmadığından haqqında axtarış elan edilmişdir. İşdə olan Qəbələ rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli 3-13-89/2-15728 nömrəli məlumata əsasən xx.xx.1994-cü il təvəllüdlü Şəxs barəsində xx.xx.2024-cü il tarixdə 590921 nömrəli axtarış işi açılmışdır. İşdə olan AR ƏN Qəbələ Rİ və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(025)-950/2022 saylı icra sənədi üzrə 459,55 manat borc, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-434/2024 saylı icra sənədi üzrə 251.4 manat borc və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-221/2023 saylı icra sənədi üzrə Şəxs 803 mnat pul vəsaitindən cəmi 200 manat ödəniş etmiş və hal-hazırda 603 manat ödənilməmiş borc qalmaqdadır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 21 avqust 2024-cü il tarixdən saat 12:45-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-434/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-434/2024
21.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver