Məhkəmə qərarları › İş №3(025)-435/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-435/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-435/2020 22.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsl oğlunun iştirakları ilə 1977-ci il avqustun 26-da Qəbələ rayonu Həmzəlli kəndində ünvanında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Həmzəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxsl oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxsl oğlu barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxsl oğlu xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində həmkəndlisi xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxsl oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2 göstərdi ki, Şəxsl oğlu xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində həmkəndlisi xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxsl oğlu barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsl oğlu özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayon Həmzəlli kənd sakini Zərərçəkmiş şəxs ilə aralarında olan ədavət və mübahisə səbəbindən dava baş vermiş, dava zamanı bir-birlərinə qarşı fiziki güc və zor tətbiq edərək müxtəlif növ dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirmişlər. Hal-hazırda Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur və onlar barışmışlar. Ona görə də barəsində tərtib olan inzibati xəta haqqında protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Həmzəlli kəndində həmkəndlisi Şəxs ilə aralarında düşən mübahisə zamanı zamanı Şəxs onun bədənin müxtəlif nahiyyələrinə vuraraq döymüşdür. Sonda Zərərçəkmiş şəxs bildirdi ki, Şəxsl oğluna qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışmışlar. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Şəxsl oğlu ilə barışdığını, sonuncuya qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək, Şəxsl oğlu barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X1 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 553 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində üzün sol və sağ tərəfinin, sol üst göz qapağının bayır nahiyyəsinin sıyrıqları, sağ bazunun ön orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni xx xxxxxxxx 2020-ci ildə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/1159 və HK-1/1176 nömrəli materiallar üzrə cinayət işinin başlanması rədd edilərək Şəxsl oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti İTB-yə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxsl oğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxsl oğlu tərəfindən Zərərçəkmiş şəxs döyməsi və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı barəsində inzibati icraat aparılan və zərərçəkmiş şəxsin izahatı və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Bununla yanaşı məhkəmə, Şəxsl oğlunun məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, tərəflərin barışması və bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etmələri nəzərə alınmaqla, Şəxsl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu tətbiq edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxsl oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxsl oğlu barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar