Məhkəmə qərarları › İş №3(025)-436/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-436/2020

02.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-436/2020 02.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə 00100-2158/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ şəhəri, Heydər Əliyev prospekti ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasından 94316197 nömrəli vaqonla xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara Dəmiryol” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********6804, **********6797, **********6782 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni xx xxxxxxxx 2020-ci il tarixdə saat 18:58-19:04 radələrində **********9858, **********79850, **********9825 sorğu nömrəli qısa idxal bəyannamələri gömrük orqanına verilmiş, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Şəxs MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir, belə ki, Çin Xalq Respublikasından Şəxs MMC-nin ünvanına göndərilmiş mallar 94316197 nömrəli vaqonla daxil olmuş, **********6804, **********6797, **********6782 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələrində nəqliyyat vasitəsinin nömrəsi 94316197 bəyan edilmiş, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim edilmiş **********9858, **********79850, **********9825 sorğu nömrəli qısa idxal bəyannamələrində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 41E863/4/10 qeyd edilmişdir. Çin Xalq Respublikasından mallar Şəxs MMC-nin ünvanına faktiki olaraq 94316197 nömrəli vaqonla daxil olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına verilmiş **********9858, **********79850, **********9825 sorğu nömrəli qısa idxal bəyannamələrində malların gətirildiyi nəqliyyat vasitəsinin nörməsi 41E863/4/10 qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə 00100-2158/20 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında səlahiyyətli nümayəndisinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhəddindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov tərəfindən Xüsusi Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi, gömrük xidməti polkonviki Aydın Eylazova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 94316197 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olan və **********6804, **********6797, **********6782 nömrəli GB-ləri ilə bəyan olunan yüklər üçün tərtib olunmuş qısa idxal bəyannamələrində nəqliyyat vasitəsinin nömrəsi səhv qeyd olunmuşdur. - xx xxxxxxx 2020-ci il tarixli sorğu-sual protokolundan görünür ki, Şəxs MMC-nin nümayəndəsi X1 verilən suala cavab olaraq göstərmişdir ki, Şəxs MMC-nin ünvanına xx xxxxxxxx 2020-ci il tarixdə Çin Xalq Respublikasından 94316197 nömrəli vaqonla tibbi ləvazimatlar yükü daxil olmuşdur. Həmin mallar Bakı Baş Gömrük İdarəsində **********6804, **********6797, **********6782 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannamələri ilə bəyan edilmişdir. Həmin mallara dair **********9858, **********79850, **********9825 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannamələri tərtib edilmiş və gömrük orqanına verilmişdir. **********9858, **********79850, **********9825 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannamələri göndərilmiş mal-müşayiət sənədləri əsasında tərtib edilmişdir. Onlara göndərilən CMR sənədində nəqliyyat vasitəsinin nömrəsi 41E863/4/10 qeyd edildiyindən sözügedən qısa idxal bəyannamələrində də həmin nömrə göstərilmişdir. Lakin, sonradan nəqliyyat vasitəsi dəyişdirilmiş, həmin yüklər 94316197 nömrəli vaqona yüklənmiş, bu barədə nəqliyyat şirkəti tərəfindən nümayəndəsi olduğu şirkətə heç bir məlumat verilməmiş və yeni nəqliyyat vasitəsinə dair tərtib edilmiş sənəd onlara göndərilməmişdir. Bu səbəbdən də, mallara dair tərtib edilmiş **********9858, **********79850, **********9825 sorğu nömrəli xx.xx.2020-ci il tarixli qısa idxal bəyannamələrində əvvəlki nəqliyyat vasitəsinin nömrəsi qeyd edilmişdir. Gömrük qaydalarını pozduqlarını etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Çin Xalq Respublikasından mallar Şəxs MMCnin ünvanına faktiki olaraq 94316197 nömrəli vaqonla daxil olsa da, həmin mallara dair tərtib edilmiş və gömrük orqanına verilmiş **********9858, **********79850, **********9825 sorğu nömrəli qısa idxal bəyannamələrində malların gətirildiyi nəqliyyat vasitəsinin nörməsi 41E863/4/10 qeyd edilmiş, bununla da, Şəxs MMC tərəfindən mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinməli və 300 (üç yüz) manat cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar