Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-437/2020 26.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis kapitanı X2, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Kiçik Pirəlli kəndində anadan olmuş, Qəbələ rayonu, Kiçik Pirəlli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx xxx 2020-ci il tarixdə az yaşlı oğlu Zərərçəkmiş şəxs üz nahiyyəsini qızmar qaşıq ilə yandıraraq sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ Təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı E.Qasımovun xx xxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi polis kapitanı X6 həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs xx xxx 2020-ci il tarixdə az yaşlı oğlu Zərərçəkmiş şəxs üz nahiyyəsini qızmar qaşıq ilə yandıraraq sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərdi ki, X4 onun həyat yoldaşıdır, onunla 2013-cü il tarixdə ailə həyatı qurmuşdur. İki uşaqları var, bir qız - Damla, digəri isə oğlan - Elmar. Əri Səbuhi 1-ci qrup əlil olduğu üçün heç bir yerdə işləmir. Buna görə məcbur özü işləmək məcburiyyətində qalmışdır. Yaşadığı binada və bağçada təmizlik işləri ilə məşğul olur, müqabilində isə pul qazanıb uşaqlarına baxır. İki aydan çox müddətdir ki əri Səbuhi evdən çıxıb gedərək Daşca kəndində anasının evində yaşayır, o isə işə gedən zaman uşaqlar azyaşlı olduğu üçün məcbur özü ilə aparır. Uşaqların təlim tərbiyyəsi onun üzərinə düşür. xx.xx.2020-ci il tarixdə o evdə olan zaman oğlu Elmar həyətdə uşaqlar ilə oynayırdı, həmin vaxt qaçqın şəhərciyindən bir nəfər tanımadığı qadın onun uşağını, Elmarı döymüşdür. Həmin vaxt oğlu Elmara öz iradını bildirdi. Elmar isə həmin qadının yanında onun ünvanına nalayiq söyüşlər söydü, qadın isə ona uşağına tərbiyyə verə bilmirsən demişdir. O isə uşağı evə aparıb tərbiyyə edəcəyini demişdir. Elmarı əsəbi halda evə aparıb sənin dilini yandıracam demişdir. Sonra isə qaşığı qazın üzərinə qızdırıb qorxutmaq üçün Elmarın dilinə tərəf aparmış, lakin onu yandırmaq fikri olmamışdır. Həmin vaxt Elmar qorxaraq başını çevirmiş, bu zaman qəfildən qızmar qaşıq onun yanağının qırağını yandırmışdır. Bir qədər vaxtdan sonra əri Səbuhi İsrafilov onun yanına gəlmiş, Elmarın üzünün yanılı olduğunu görüb nə olduğunu soruşmuşdur. Səbuhiyə olan hadisəni danışmışdır. Sonra isə Səbuhiyə uşaqları onun öhdəsinə buraxıb getdiyi üçün irad bildirmişdir. Səbuhi isə ondan polisə şikayət edəcəyini demişdir. Məhkəmə iclasında X5 izahatında göstərdi ki, İsrafilova Gözəl Türyan qızı onun həyat yoldaşıdır. Onunla 2013-cü il tarixdə rəsmi nigah ilə ailə həyatı qurmuş, birgə nigahlarından iki uşaqları dünyana gəlmişdir, onlardan biri oğlan - Elmar İsrafilov, digəri isə qız - Damla İsrafilovadır. Gözəl İsrafilova mütəmadi olaraq uşaqlar dəcəllik etdiyi üçün onları döyür, soyuq yerdə uzun müddət saxlayır, bıçaq ilə qollarını kəsir, qızmar qaşıq ilə bədəninin müxtəlif nahiyyələrini yandırırdı. Buna görə Gözələ bir necə dəfə xəbərdarlıq etmiş, lakin Gözəl onun sözlərinə məhəl qoymamışdır. xx.xx.2020-ci il tarixdə səhhətində olan narahatçılıq ilə bağlı Qəbələ rayon Daşça kəndinə gedərək orada yaşayır. Uşaqlar isə anası Gözəl ilə hərbi şəhərcikdə qalır. xx.xx.2020-ci il tarixdə uşqları görmək üçün Zarağan-2 hərbi şəhərçiyə gəlmış, həmin vaxt oğlu Elmarın üzünün yanıq olduğunu görmüşdür. Elmardan üzünə nə olduğunu soruşmuşdur, o, isə anasının qızmar qaşıq ilə yandırdığını demişdir. Gözəldən Elmarın üzünü nə üçün yandırdığını soruşan zaman isə o “yaxşı edib yandırmışam” deyə cavab vermiş, buna görə Qəbələ RPŞ-nə ərizə ilə müraciət etmişdir. Əvvələr də Gözəl Elmarı qızmar qaşıq ilə yandırmış, bıçaq ilə qollarını kəsmışdir, lakin həmin vaxt polis orqanlarına məlumat verməmişdir. Məhkəmə iclasında Qəbələ Rayon İcra Hakimiyyətinin Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X7 iş üzrə yekun nəticənin qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materiallarına əlavə olunmuş MTE və PA Birliyinin Qəbələ rayon Şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 217 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində üzün sol hissəsində ağız bucağına yaxın hissəsinin termiki səthi yanığı kimi xəsarətləri vardır. Həmin xəsarətlər qaynar əşyanın (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə və şəraitdə yəni xx xxx 2020-ci il tarixdə törənə bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətlərinə aiddir. Məhkəmə, Qəbələ RPŞ-nin sahə inspektoru Xalis Kərimov tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin izahatlarını, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Qeyd edilən Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84.2). Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Daxil olmuş inzibati xəta haqqında materiallarından və eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs ilə oğlu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə xx xxx 2020-ci il tarixdə azyaşlı Elmarın atası X1 polis orqanına şikayət etməsi ilə nəticələnən hadisənin baş verməsinə səbəb olmuşdur. X5 məhkəmədə verdiyi izahatında Şəxs ilə oğlu arasında münaqişə yarandığını, münaqişə zamanı Şəxs Elmarın üzünü qəsdən qızmar qaşıqla yandırdığını bildirsə də, hadisə yerində olmamış, hadisənin birbaşa şahidi olmamışdır. Həmçinin Şəxs da Elmarı qızmar qaşıqla yandırmasını etiraf etsədə, hadisənin ehtiyatsızlaqdan baş verdiyini qeyd etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis kapitanı Elşən Qasımov xx xxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs izahatında qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs üzünü qəsdən yandırmadığını bildirmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi və ya digər hər hansı əsaslarla Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Şəxs öz azyaşlı uşağına qəsdən fiziki ağrı yetirməsi məhkəmə baxışında təsdiqini tapmadı, yəni Şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etməmiş, onun zərərli nəticələrini qabaqcadan görməmüş və bunları arzu etməmiş, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermımişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53 və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-437/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-437/2020
26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver