Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-437/2021 06.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1971-ci ildə Qəbələ rayonu, Xırxatala kəndində anadan olmuş, Qəbələ rayonu, Xırxatala kəndində qeydiyyatda olan Şəxsnın barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29.07.2021-ci il tarixdə Qəbələ rayonu Xırxatala kəndinin mərkəzində saat 10:00-11:00 radələrində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 20 avqust 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1 Asəf Şamil oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 29.07.2021-ci il tarixdə Qəbələ rayonu Xırxatala kəndin mərkəzində saat 10:00-11:00 radələrində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisidir və o da Xırxatala kəndində yaşayır. Əvvəllər də bir neçə dəfə əmisi heç bir səbəb olmadan onunla münaqişə yaratmışdır. 29.07.2021-ci il tarixdə saat 10:00 radələrində kəndin mərkəzində yerləşən ayaqqabı təmiri emalatxanasına getmiş, orada həmkəndlisinə məxsus ayaqqabını təmir etmişdir. Emalatxananın qapısını bağlayaraq yaşadığı evə qayıdan zaman yolda əmisi Zərərçəkmiş şəxs ilə rastalşmışdır. Əmisi onu görən kimi ünvanına nalayiq ifadələr işlətmiş, əmisindən kənarda digər şəxslərin olduğunu, nalayiq ifadələr işlətməməsini bildirdikdə, o, qəflətən üzərinə gəlmiş, əlində olan ağac parçası ilə onun kürək nahiyyəsinə vurmuş, əmisinin əlindəki ağacı tutaraq yenidən vurmasının qarşısını almışdır. Münaqişə daha da böyüməsin deyə oradan uzaqlaşaraq getmişdir. Münaqişə zamanı əmisinə qarşı hər hansı formada fiziki zor tətbiq elməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun qardaşı oğludur. Əvvəllər də bir neçə dəfə Şəxs ilə aralarında münaqişələri baş vermişdir. Belə ki, o, 2006-cı ildə Şəxs 16000 manat borc pul vermişdir. Dəfələrlə Şəxs pulunu istəsə də pulu verməkdən imtina etmişdir. 29.07.2021-ci il tarixdə saat 12 radələrində Şəxs kəndin mərkəzində görmüş, ondan yenidən verdiyi borcu istəmiş, Asəf pul almadığını bildirmişdir. Şəxs yaxasından tutaraq yenidən pulunu istədikdə, Asəf onun bədəninin müxtəlif nähiyyələrinə təpiklə vurmuşdur. Bu zaman bir dəfə Asəfin kürək nahiyyəsindən əlindəki ağac parçası ilə vurmuş, Asəf onu yenidən itələdikdə, yerə yıxılmış, Asəf isə oradan uzaqlaşaraq getmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin 31.07.2021-ci il tarixli, 348 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – sol əlinin üst səthinin, sağ mil-bilək oynağın bayır tərəfinin, sol bazunun bayır orta 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 29.07.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 06 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-437/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-437/2021
06.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver