Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-437/2024 22.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X7, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat (xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta protokol) başlanmışdır kı, o, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs döyərək ona sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Barəsində inzibati icraat aparılan şəxs X4 özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, X8 2017-ci ildə evlənmiş, onların X5 adında uşaqları olmuş və münasibətləri pozulduğu üçün 2024-cü ilin ilin may ayında ayrılmışlar. Həmin vaxtdan sonra o, uşaqla birlikdə Qəbələ rayonu Nic qəsəbəsində öz valideynlərinə məxsus olan evdə yaşamışdır. xx.xx.2004-cü il tarixdə Əşrəf bacısı Vüsalə və qardaşı Amillə birlikdə onun yaşadığı ünvana gəlmiş, Vüsalə həyətə girərək onu çağırmış və Nərgizi görməyə gəldiklərini bildirərək uşağı qucağına alaraq küçəyə tərəf aparmışdır. O, uşağı almaqdan ötrü Vüsalənin dalınca getmiş və uşağı ondan almağa cəhd etmişdir. Həmin vaxt Əşrəf qardaşı Amillə birlikdə həyətin giriş hissəsində Vüsalənin yanında olmuş, ona yaxınlaşaraq qolundan tutub yerə yıxmış və başından yumruqla vurmuşdur. X3 ona kömək etmək istərkən Vüsalə Xanımı itələyərək su arxına salmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs döyməmiş və onlara qarşı fiziki zorakılıq etməmişdir. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs ilə onun qardaşı X8 2017-ci ildə evlənmiş, onların X5 adında uşaqları olmuş və münasibətləri pozulduğu üçün 2024-cü ilin ilin may ayında ayrılmışlar. Həmin vaxtdan sonra Şəxs uşaqla birlikdə Qəbələ rayonu Nic qəsəbəsində öz valideynlərinə məxsus olan Qəbələ rayonu Nic qəsəbəsində yerləşən evdə yaşamış və uşağı atasına göstərməmişdir. xx.xx.2004-cü il tarixdə o, qardaşları, Əşrəf və Amillə birlikdə X5 ilə görüşməkdən ötrü uşağın yaşadığı ünvana getmişdir. Əşrəf Amillə birlikdə küçədə gözləmiş, o, isə uşağı gətirməkdən ötrü həyətə girmiş və Nərgizi atasının yanına gətirmişdir. O, uşağı bir qədər kənara çəkib onunla şəkil şəkdirmək istərkən Şahnisə acıqlı halda onlara tərəf gələrək uşağı almaq istəmiş və onun ünvanına təhqiramiz ifadələr işlədərək münaqişə yaratmışdır. Həmin vaxt X3 onlara tərəf gəlmək istərkən ayağı sürüşüb su arxına yıxılmış və qalxdıqdan sonra üzərinə hücum edib Şahnisə ilə birlikdə itələyərək onu həmin su arxına salmışlar. Şahnisə onun saçını yolmuş və üzünü cırmışdır. Əşrəf Şahnisəni kənarlaşdırmaq məqsədilə onun bel nahiyəsindən tutub geri itələyərkən Şahnisə yerə yıxılmışdır. Bundan sonra baldızı Cəmilə əlindəki lapatka ilə onlara hücum etmiş və onlar həyətdən çıxaraq AR DİN-nin 102 xidmətinə zəng etmişlər. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 374 saylı ekspert rəyinə əsasən 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – bədəni üzərində sağ körpücüküstü nahiyənin, sol saidin arxa orta 1/3-nin, sağ bayır topuq nahiyəsinin sıyrıqları və sağ bazunun içəri yuxarı 1/3-nin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarətlər küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə yəni 27 iyul 2024-cü ildə törənə bilər. Həmin xəsarətlər sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirməyə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2024cü il tarixdə qardaşı X8 ilə Şəxs birgə nikahından doğulmuş azyaşlı Nərgizi görməkdən ötrü qardaşları, Əşrəf və Amillə birlikdə Şəxs yaşadığı Qəbələ rayonu Nic qəsəbəsində yerləşən ünvana getmiş və uşağa görə sonunsu ilə mübahisə etmişdir. Həmin vaxt Bədəlova X1 yolmuş, müxtəlif bədən nahiyələrini cırmaqlamış və itələyib yerə yıxaraq ona sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ona görə də, Şəxs AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Himayəsində azyaşlı uşağı olması Şəxs məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alaraq Şəxs barəsində İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 112, 115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300,0 (üç yüz) manat cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-437/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-437/2024
22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver