Məhkəmə qərarları › İş №3(025)-437/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-437/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-437/2025 08.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X9 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1996-cı ildə Qəbələ rayonu, Aydınqışlaq kəndində anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu, Aydınqışlaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2197046) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Qəbələ rayonu Zarağan kəndinin mərkəzində ictimai asayişi mühafizə edən Qəbələ RPŞ əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Aydınqışlaq kəndində yaşayır və Qəbələ şəhərində yerləşən mərkəzi bazarda satıcı işləyir. xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində Qəbələ rayonu, Zarağan kəndindı yerləşən “Oba” adlı marketə çörək almaq üçün getmiş və orada xidmət göstərən Qəbələ RPŞ-nin polis əməkdaşları ilə sözlü mübahisəsi düşmüş sərxoş olduğu üçün o, hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşları ilə mübahisə etmiş və səs-küy salmışdır. Həmin vaxt polis əməkdaşlarına tabesizlik göstərməmiş, ayıldıqdan sonra peşman olmuş və polis əməkdaşlarından üzr istəmişdir. İş üzrə şahid X2 göstərmişdir ki, o, Qəbələ RPŞ PPXB-nin polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdə saat 19:30 radələrində Qəbələ rayonu, Zarağan kəndində xidmətdə olarkən Qəbələ rayon Aydınqışlaq kınd sakini Şəxs Qəbələ rayonu Zarağan kəndində yerləşən “Oba” marketin qarşısında dayanmasını, hərəkətlərinə nəzarət edə bilməməsini, uca səslə, qışqıra-qışqıra danışmasını müşahidə etmişdir. Həmin şəxsə yaxınlaşaraq nə baş verdiyini soruşduqda, sərxoş vəziyyətdə olduğunu, səs tonunun bərk olmasından xəbəri olmadığını bildirmişdir. Bir qədər sonra o əlində telefon qışqıra-qışqıra danışmağa başlamış, o təkrar Tərlana yaxınlaşdıqda əlindəki mobil telefona proqram vasitəsilə musiqi qoşaraq xidməti avtomobili videogörüntüyə qeydə almasını görmüşlər. Ondan hansı məqsədlə xidməti avtomobili videogörüntüyə almasını soruşduqda isə “gedin işinizilə məşğul olun, Siz kimsiniz?, Yaxşı edirəm çəkirəm” kimi ifadələr səsləndirərək, uca səslə nalayiq ifadələr söyməyə başlamışdır. O mağazanın qarşısında, küçədə, ictimai yerdə uca səslə nalayiq ifadələr səslədirməyinin inzibati qayda pozuntusu olması barədə məlumatlandıraraq, hərəkətlərə son qoymasını, əks halda tədbir görüləcəyini bildirsələrdə o buna məhəl qoymamışdır. Bu səbəbdən barəsində qanuni tədbirlər görülməsi məqsədilə müvafiq formada Qəbələ RPŞ-nə gətirilərək NH-yə təhvil vermişlər. İş üzrə şahid Qəbələ Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X3 şahid X1 izahatında göstərilən xüsusatları eyni ilə təsdiq etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027685 nömrəli İnzibati qaydada tutma haqqında protokola əsasən Şəxs həmin tarixdə, saat 22:50-də AR İXM-nin 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli 295 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs orta dərəcəli sərxoşluq (0,9 pr.m) aşkar edilmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2025-ci il tarixdə tarixdə Qəbələ RPŞ-nin konkret olaraq hansı polis əməkdaşının Qəbələ rayonu, Zarağan kəndində ictimai qaydanı mühafizə vəzifələrini icra etməsi, Şəxs həmin polis əməkdaşının nə kimi qanuni tələblərinə tabe olmadığı və tutulduğu halda necə tabesizlik göstərdiyi müəyyən deyil. Şəxs hərəkətləri AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri ilə əhatə olunmur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar