Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-438/2020 11.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X7, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elmdar qızının iştirakları ilə Şəxs Elmdar qızı - 1987-ci il sentyabrın 15-də Qəbələ rayon Zarağan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayon Zarağan kəndində yaşayan Şəxs Elmdar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs Elmdar qızı barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokollar və onlara əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Elmdar qızı xx.xx.2020-ci il tarixdə bibisi Zərərçəkmiş şəxs mobil telefonunu sındıraraq əmlakına 400 manat ziyan vurmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, xx xxxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X10 göstərdi ki, Şəxs Elmdar qızı xx.xx.2020-ci il tarixdə bibisi Zərərçəkmiş şəxs mobil telefonunu sındıraraq əmlakına 400 manat ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Beləliklə, Şəxs Elmdar qızı barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Elmdar qızı özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, təxminən 7 il qabaq onun bibisi Zərərçəkmiş şəxs və onun ailə üzvləri aralarında Zarağan kəndində yerləşən bağ sahəsi ilə bağlı münaqişələri yaranmışdır. Belə ki, sözü gedən bağ sahəsi babasından X8ə yadigar qalmış, lakin əllərində hər hansı sənəd yoxdur. Təxminən 9 ildir ki, yəni nənəsi rəhmətə getdikdən sonra onlar sözü gedən bağ sahəsinin meyvəsini yığırlar. xx.xx.2020-ci il tarixdə səhər saat təxminən 9 radələrində yenə də fındıq yığmaq məqsədilə bağa getmişlər, təxminən 1 saat müddətində fındıq yığdıqdan sonra bibisi Zərərçəkmiş şəxs və digər bibisi Münəvvər Verdiyevanın onlara doğru gəldiklərini, Reyhanənin əlindəki telefonla onları çəkdiyini görmüş, anası Zərərçəkmiş şəxs onları çəkməməsini bildirmişdir. X8 də onları bağdan çıxarmaq üçün üzlərinə getmiş, təxminən 5 metr məsafədə Reyhanə və Münəvvər geriyə doğru getsələr də, qəflətən onların hər ikisi geriyə doğru çevrilərək ataı Elimdarın üzərinə hücum çəkmişlər və itələyərək onu yıxmışlar. Anası Kəmalə X8i yerdən qaldırmış və Münəvvər Verdiyevaya nə üçün atasını yıxdıqlarını soruşmuşdur. Həmin vaxtı Reyhanə anasının üzərinə gəlmək istədikdə onun əlindəki mobil telefon düşmüş, o, Reyhanəyə nə üçün onları mobil telefona çəkdiyini soruşaraq yerdən telefonu götürmək istədikdə Reyhanə iki əli ilə onun qolundan tutmuş və telefonu onun əlindən almışdır. Reyhanə X8in qarşısına çıxaraq onu vurmasını bildirsə də, atası onu vurmamışdır. Bibisi Reyhanənin əlində olan mobil telefon onun sonradan deməsinə görə sınmışdır. Mübahisə zamanı onun bibisi Reyhanəyə heç bir xəsarət yetirməmiş və onu vurmamışdır. Zərərçəkmiş şəxsnın mobil telefonunun sınması barəsində onun sonradan məlumatı olmuşdur. Əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Qəbələ rayonu Zarağan kəndində yaşayır. Təxminən 5 il qabaq qardaşı Elimdar Zəkəriyəyev və onun ailə üzvləri ilə aralarında Zarağan kəndində yerləşən bağ sahəsi ilə bağlı münaqişələr yaranmışdır. Sözü gedən bağ sahəsi babasından ona yadigar qalmış, bələdiyyə torpağı olduğu üçün icarə müqaviləsi əsasında təxminən 30 ildir ki, istifadələrindədir. xx.xx.2020-ci il tarixdə saat təxminən 10 radələrində qonşuluqda yaşayan qardaşı Elimdar Zəkəriyəyevin, onun arvadı Kəmalə Zəkəriyəyevanın və qızları Şəxs sözü gedən bağ sahəsində ona məxsus fındığı yığdıqlarını görmüşdür. X1 ilə birlikdə həmin yerə gedərək özünə məxsus “İphone” markalı mobil telefonla onların bu hərəkətlərini çəkmək istədikdə onların üçünün də telefonu onun əlindən almaq məqsədilə üzərinə hücum çəkmişlər. Həmçinin onun və bacısının ünvanına nalayiq söyüşlər söymüş və qardaşı Elimdar ona yaxınlaşaraq saçlarından tutaraq yana doğru dartmağa başlamışdır. Nərmin yumruqla onun alın nahiyyəsindən bir dəfə vurmuş, Kəmalə və Nərmin ona qarşı fiziki zor tətbiq edərək mobil telefonunu əlindən almışlar. Şəxs ondan telefonunu alan kimi anası Kəmalə Zəkəriyəyeva ona telefonu sındırmasını bildirdikdə Nərmin telefonu iki dəfə ardıcıl olaraq fındıq ağacının budağına çırparaq istifadə üçün yararsız hala gətirərək sındırmışdır. Qardaşının və ailə üzvlərinin onu döydüyünü görən bacısı Münəvvər Verdiyeva onların arasında girərək ayırmış və münaqişə daha da dərinləşməsin deyə oradan çıxıb getmişlər. Özü isə Elimdar Zəkəriyəyevə, Kəmalə Zəkəriyəyevaya və ya onların qızı Şəxs qarşı hər hansı fiziki zor tətbiq etməmişdir. Mobil telefonunun qırılması nəticəsində ona təxminən 400 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini xahiş etdi. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı HK-1/969 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Zərərçəkmiş şəxs və Şəxs Elmdar qızı barəsində AR İXM-in 157-ci maddəsi ilə, eləcə də Şəxs Elmdar qızı barəsində AR İXM-nin 232-1-ci maddəsi ilə protokol tərtib edilməsi, həmçinin X2 tətbiq edilmiş karantin rejiminin tələblərini pozaraq AR İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədib-törətmədiyinin müəyyən edilməsi məqsədilə qərarın surəti İTB-yə verilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Elmdar qızının hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları ilə Zərərçəkmiş şəxs ilə onun qardaşı X3, qardaşı qızı Şəxs Elmdar qızı arasında gərgin münasibətlər olması, xx xxxxxx 2020-ci il tarixdə onların mübahisə etmələri müəyyən edilsə də, Şəxs Zərərçəkmiş şəxsnın əmlakını qəsdən məhv etməsi və ya zədələməsi öz təsdiqini tapmır. Belə ki, Zərərçəkmiş şəxs həm məhkəmə icasında verdiyi izahatında, həm də iş materiallarında olan izahatlarında Şəxs onun telefonunu zədələyərək ona ziyan göstərməsini qeyd etsə də, Şəxs Elmdar qızı həm məhkəmə iclasında, həm də iş materiallarında olan izahatlarında bu halları təkzib etmişdir. Yəni, Şəxs hərəkətləri qəsdən Zərərçəkmiş şəxsnın telefonuna zədələnməsinə yönəlməsi məhkəmə iclasında sübuta yetmir. Eyni zamanda məhkəmə qeyd edir ki, Qəbələ Rayon Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Fərid Nizamlının xx xxxxxxxx 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında Şəxs Elmdar qızının izahatında qeyd etmişdir ki, o Zərərçəkmiş şəxs telefonunu zədələmədiyini qeyd etmişdir. Lakin təhqiqatçı heç bir şahid ifadəsi olmadan və hansı əsaslarla Şəxs Elmdar qızının əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin yarandığını əsaslandırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, onun barəsində əsassız olaraq həmin maddə ilə inzibati xəta haqqında protokol tərtib edilməli olduğunu göstərmişdir. Bundan əlavə təhqiqatçı rədd qərarında Şəxs Elmdar qızının Zərərçəkmiş şəxs məxsus telefonu qıraraq 400 manat maddi ziyan vurduğu üçün əməlində AR İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri olduğunu göstərsə də, telefona dəymiş ziyanın 400 manat olmasını əsaslandırmamış, bununla bağlı hər hansı qiymətləndirmə ilə bağlı ekspertiza keçirməmiş, Zərərçəkmiş şəxs izahatı əsasında telefona dəymiş ziyanın 400 manat olmasını göstərilmişdir. Göründüyü kimi iş materialları ilə telefona dəymiş ziyanın məhz 400 manat da olması sübuta yetirilmir. Həmçinin İXM-nin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmçinin İXM-nə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. Hazırki halda Şəxs Elmdar qızının hərəkətlərində Zərərçəkmiş şəxsnın telefonunu qəsdən zədələməsinin və məhv etməsinin mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs Elmdar qızının hərəkətlərində özgənin əmlakını qəsdən məhv etməsi və ya kimi hallar mövcud deyildir. Bütün bu qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, baş vermiş hadisədə Şəxs əməlində Zərərçəkmiş şəxsnın telefonuna qəsdən zərər vurması (sındırması) iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə Şəxs Elmdar qızının Zərərçəkmiş şəxs telefonuna qəsdən zərər vurulması hər hansı sübutla öz təsdiqini tapmamışdır. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Elmdar qızı barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə əlaqədar başlanmış inzibati xəta haqqında iş üzrə icraata, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Elmdar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına, onun hərəkətlərində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-438/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-438/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver