Məhkəmə qərarları › İş №3(025)-438/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-438/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-438/2021 20.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsiştirakları ilə Şəxs –13 fevral 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.4 və 338.7-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qəbələ rayon Polis şöbəsi tərəfindən 16 iyun 2021-ci il tarixdə AP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və nəticədə onu vurmuşdur. Yol nəqliyyat hadisəsi zamanı“Vaz 2173” markalı, **- XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ rayon Polis şöbəsinin DYPB YPXBİ-nin polis baş leytenantı X4 göstərdi ki, Şəxs Qəbələ şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış və nəticədə onu vurmuşdur. Yol nəqliyyat hadisəsi zamanı “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir.Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin338.4 və 338.7-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 338.4 və 338.7-ci maddələri ilə təqsirli bilərək göstərdi ki, 16.06.2021-ci il tarixdə 12:50 radələrində özünə aid olan “Skuter” markalı, nömrə nişanı olmayan “Skuter”lə Qəbələ şəhəri Heydər Əliyev prospekti ilə rayon mərkəzindən çalışdığı “Fortuna” otelinə doğru hərəkətdə olarkən qarşısında eyni istiqamətdə hərəkət edən “Vaz 2173” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamamış, həmin avtomobil isə dönərkən dönmə nişanını gec yandırmış və beləliklə özünü çaşdıraraq həmin avtomobilin arxa sağ qapısına çırpılmışdır. Hadisə zamanı heç kəs bədən xəsarəti almamışdır. Skuteri sürərkən spirtli içki içməmişdir və ayıq vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hal-hazırda ödəməmişdir və imkanı olduqca ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdi ki,16.06.2021-ci il tarixdə Qəbələ şəhər Heydər Əliyev prospekti ilə hərəkət edib öz küçələrinə dönən zaman arxasınca onunla eyni istiqamətdə olan Skuter markalı nömrə işarəsi olmayan nəqliyyat vasitəsi düzgün ara məsafəsi saxlamadığı üçün toqquşmuşdur. Onun avtomobilinə dəymiş ziyan ödənilməmişdir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında araşdırmalar zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. - İşdə olan 16 iyun 2021-ci il tarixli ziyan aktından görünür ki, hadisə nəticəsində “Vaz 2173” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 332,0 manat məbləğində maddi zərər dəymişdir. - İşdə olan 16 iyun 2021-ci il tarixli aktdan görünür ki, 16.06.2021-ci il tarixdə saat 12:50 radələrində Skuterin sürücüsü Şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ACE Z nömrəli alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdədir. - İşdə olan 16 iyun 2021-ci il tarixli aktdan görünür ki, 16.06.2021-ci il tarixdə saat 12:50 radələrində “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sərxoşluq dərəcəsinin təyin edilməsi üçün ACE Z nömrəli alkotester vasitəsilə yoxlanılmış və məlum olmuşdur ki, sürücü içki qəbul etməmişdir və ayıq vəziyyətdədir. - AC865305 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobilZərərçəkmiş şəxs oğluna məxsusdur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs idarə etdiyi “Skuter” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən qarşısında olan “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi saxlamaması, nəticədə “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşması, nəticədə “Vaz 21723” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlıavtomobilə olan 332,0 (üç yüz otuz iki) manat maddi ziyan dəyməsi, iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in : 338.4. Velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.4.1. svetoforun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə; 338.4.2. sərnişin və ya nəqliyyat vasitəsinin idarə edilməsinə mane olan yükün daşınmasına; 338.4.3. yol nişanlarının və ya yolun hərəkət hissəsinin nişanlanması tələblərinin pozulmasına; 338.4.4. sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla idarə edilməsinə; 338.4.5. nasaz velosipeddən istifadə etməyə; 338.4.6. piyadaların hərəkətinə maneə yaradılmasına; 338.4.7. keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə görə; 338.5. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni: 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; 338.5.3. işıq əks etdirən qurğularla təchiz edilməmiş at arabalarının (kirşənin) sürülməsinə; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsinə; 338.5.5. mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə- 338.6. Bu Məcəllənin 338.4 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə törədilməsinə görə; Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsinə əsasən, bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Hazırkı halda, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan X1 inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını, o cümlədən İXM-nin 338.7-ci maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 100 manat məbləğində inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, inzibati xəta haqqında protokol tərtib edilən orqan tərəfindən Şəxs barəsində həmçinin İXM-nin 338.4-cü maddəsi ilə də protokol tərtib edilmişdir. Lakin İXM-nin Məcəlləsinin 338.7-ci maddəsi ilə məsuliyyətin yaranması üçün barəsində inzibati icraat aparılan şəxsin əməlində eyni zamanda İXM-nin 338.4-cü maddəsinin tələblərin pozulması olmalıdır. Bir sözlə İXM-nin 338.7-ci maddəsi ilə yaranan məsuliyyət İXM-nin 338.4cü maddəsi ilə də məsuliyyəti əhatə etdiyindən Şəxs Azərbaycan Respublikası İXM-in 338.7-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi kifayətdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətdiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar