Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-439/2020 28.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytnantı X6, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1989-cu il iyulun 21-də Qəbələ rayonu Yemişənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Qəbələ rayonu Yemişənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxxx 2020-ci il tarixdə Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X9 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində Qəbələ rayonu Tikanlı kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüşdür. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx xxxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytnantı X9 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu Tikanlı kəndində Qəbələ rayonu Tikanlı kənd sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döymüşdür. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətinə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, o, Qəbələ rayonu Tikanlı kəndində ailəsi, eləcə də qaynanası Qaratel Cəlilova və qaynatası İbZərərçəkmiş şəxs1 ilə birlikdə yaşamışdır. Qaynı Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 Bakı şəhərində yaşayırlar. Mütəmadi olaraq Tikanlı kəndində yerləşən onların yaşadıqları evə gələrək orada da bir müddət yaşayırlar. Təxminən 20 gün qabaq yenə də qaynı və arvadı onların yaşadıqları ünvana gəlmiş, gəldikləri gündən bu günədək aralarında mütəmadi olaraq əmlak məsələri ilə bağlı münaqişələr baş vermişdir. xx.xx.2020-ci il saat təxminən 19 radələrində əri ilə telefonda danışa-danışa qaynı Rahimə yaxınlaşmış və nə üçün onun əleyhinə qonşuluqda yaşayan Teymurun yanında kafedə danışdığını soruşduqda qaynı ona oraya əri Anarı çağırmağını bildirmişdir. O, bu barədə ərinə məlumat verdikdə əri dərhal evə gəlmişdir. Əri evə gəldikdən sonra qaynı ona bildirmiş ki, guya o, qaynına onun ünvanına kafedə nalayiq sözlər danışıb və qonşu Teymurla üzləşməli olduğunu bildirmişdir. Onlar üzləşmək üçün Teymurgilə getmişlər və orada Teymur adlı şəxs həqiqətən də qardaşı Rahimin onun barəsində danışdığını bildirmişdir. Onlar üzləşmədən evə qayıdanda qapılarının qarşısındakı küçədə aralarında münaqişə yaranmış, onlar təxminən 30-35 saniyə müddətində qısa mübahisə etdikdən sonra Zərərçəkmiş şəxs2 onun üzərinə hücum çəkmək istədikdə ərinə onların arasında girərək ayırmışdır. Həmin vaxtı qaynı Rahim arvadı Mehribanı qolundan tutaraq oradan uzaqlaşdırmış və o da əri ilə birlikdə yaşadıqları həyətə gəlmişlər. Hadisədən təxminən 5 dəqiqə sonra isə qızı Nəzrinin stəkanda su apardığını görərək suyu haraya apardığını soruşduqda qızı Mehribanın ürəyi sıxıldığı üçün ona su apardığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurmamış və onlara hər hansı xəsarət verməmişdir. Bununla bağlı Qəbələ rayon prokurorluğuna şikayət vermis, lakin “Cinayət işinin rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Himayəsində iki azyaşlı uşaqları vardır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs himayəsində 2 azyaşlı uşağının olmasının nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, o, arvadı Zərərçəkmiş şəxs2 ilə Bakı şəhərində yaşayır. Bakı şəhərində yay aylarını keçirmək üçün Qəbələ rayonu Tikanlı kəndinə gəlmişdir. Onlar Tikanlı kəndində yerləşən atasına məxsus evə gəldikləri gündən bu günədək orada yaşayan qardaşı Anar Cəlilov və sonuncunun qeyri-rəsmi arvadı Şəxs ona və arvadı Zərərçəkmiş şəxs2 qarşı nalayiq ifadələr işlədərək onların sözügedən evdən çıxmaqlarını tələb etmişlər. xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində o, arvadı və anası Qaratel Cəlilova talvarın altında oturub çay içən zaman Şəxs onların oturduğu masaya doğru gəlmiş və gələn zaman həyətdən daş götürmüş, onlara qarşı nalayiq ifadələr işlədərək 3 dəfə daşı onlara doğru atsa da, daş onlara dəyməmişdir. Daha sonra isə qardaşına, yəni Anar Cəlilova zəng edərək hadisə yerinə çağırmış, təxminən 10 dəqiqədən sonra Anar da oraya gəlmiş və o da arvadı Günel kimi onlara qarşı nalayiq ifadələr işlədərək münaqişəyə davam etməyə başlamışlar. Həmin vaxt atası X4 münaqişəni görmüş və onlara doğru yaxınlaşaraq münaqişə daha da böyüməsin deyə həyətdən çıxmaqlarını bildirdikdə arvadı və o həyətin giriş qapısından çıxmışlar. Atası da qapıdan çıxaraq onlara yaxınlaşaraq söhbət etməyə başladıqda, Günel və Anar da həyətdən çölə çıxmışlar, onların ünvanına nalayiq ifadələr işlədərək yenidən həyəti tərk etməli olduqlarını bildirmişlər. Münaqişəni sakitləşdirmək məqsədilə o və atası hadisə yerindən uzaqlaşaraq qonşuya getmişlər, təxminən 15 dəqiqədən sonra yenidən həyətə qayıdan zaman Günel onun həyətə doğru gəldiyini görərək yerdən əlinə çay daşı götürərək ona doğru atmış və daş onun bel nahiyyəsindən dəymişdir. Arvadı nə üçün onu vurduğunu deyərək Günelin üzərinə getməyə başlamış, Günel onun iki qolundan tutmuş və fırladaraq yerə yıxmış, o huşunu itirmiş və anası Güneli və qardaşını həyətə qaytarmışdır. Halhazırda Şəxs şikayətçidir və onun barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu izahat verərək Şəxs şikayətçi olduğunu və barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X2 şahid qismində ifadə verərək göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 18 radələrində o, oğlu Rahim və gəlini Zərərçəkmiş şəxs2 talvarın altında oturub çay içən zaman gəlini Şəxs onların oturduğu masaya doğru gəlmiş və gələn zaman həyətdən daş götürmüş, onlara qarşı nalayiq ifadələr işlədərək 3 dəfə daşı onlara doğru atsa da, daş onlara dəyməmişdir. Daha sonra oğlu Anar Cəlilov hadisə yerinə gəlmiş və o da arvadı Günel kimi onlara qarşı nalayiq ifadələr işlədərək münaqişəyə davam etməyə başlamışlar. Həmin vaxt həyat yoldaşı X4 münaqişəni görmüş və onlara doğru yaxınlaşaraq münaqişə daha da böyüməsin deyə Rahim və Mehribana həyətdən çıxmaqlarını bildirmişdir. Daha sonra Günel və Anar da həyətdən çölə çıxmışlar, onların ünvanına nalayiq ifadələr işlədərək yenidən həyəti tərk etməli olduqlarını bildirmişlər. Təxminən 15 dəqiqədən sonra oğlu Rahim və gəlini Mehriban yenidən həyətə qayıdan zaman Günel əlinə çay daşı götürərək Rahimə doğru atmış və daş onun bel nahiyyəsindən dəymişdir. Daha sonra isə Günel Mehribanın iki qolundan tutmuş və fırladaraq yerə yıxmış, o huşunu itirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 391 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sol əlin üst səthinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni xx xxxxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X3 canlı şəxsin ekspertizasının xx.xx.2020-cu il tarixli 390 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində bel nahiyyəsinin qançırı kimi xəsarəti vardır. Qeyd olunan xəsarət küt alətin (əşyaların) təsirindən müayinə olunanın yuxarıda göstərdiyi tarixdə, yəni xx xxxxxx 2020-ci ildə törənə bilər. Həmin xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxxxx 2020-ci il tarixli qərarın surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı Qəbələ RMX-dan daxil olmuş məlumat əsasında, o cümlədən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Qəbələ RPŞ-nə yazmış olduğu ərizələr əsasında toplanmış HK-1/871 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilərək Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmaları üçün qərarın surəti İTB-yə göndərilmişdir. İşdə olan Qəbələ rayon prokuroru, ədliyyə müşaviri Nazim Babayevin xx xxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, vətəndaşlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vətəndaş Şəxs tərəfindən döyülmələri barədə müraciətləri əsasında Qəbələ rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1\871 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qəbələ RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytnenantı Fərid Nizamlının xx.xx.2020ci il tarixli qərarı qanuni və əsaslıdır. Məhkəmə, Şəxs EMİS-dən əldə olunmuş şəxsi məlumatlarından görünür ki, onun xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-439/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-439/2020
28.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver