Məhkəmə qərarları › İş №3(025)-44/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-44/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-44/2023 30.01.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.1962-ci ildə Qəbələ rayonu, Mirzəbəyli kəndində anadan olmuş, Qəbələ rayonu, Mirzəbəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ rayon İcra və Probasiya şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirdi ki, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(025)- 855/2020 saylı qətnaməsinə əsasən ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs və üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin boşaldılması, torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh Şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Zərərçəkmiş şəxs və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılsın və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbi qalan hissədə təmin edilməsi, Qarşılıqlı iddia üzrə iddiaçı Şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı “torpaq sahəsinin boşaldılması, maddi ziyanın ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X1 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərar və bildiriş borcluya verilmiş, dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunmağına baxmayaraq borclu məhkəmə qərarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Hal-hazıradək borclu qərəzli olaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin icrasından yayınır. Məhkəmədən müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs verdiyi izahatında göstərmişdir ki, sözügedən icra sənədinin icrasından boyun qaçırmasının səbəbi Zərərçəkmiş şəxs da sözügedən qətnamənin icra etməməsi olmuşdur. Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(025)-855/2020 saylı qətnaməsini Zərərçəkmiş şəxs icra edəndən sonra icra edəcək. Sonda isə məhkəmədən ona həbs ilə bağlı olan inzibati tənbehin tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərmişdir ki, Tahir Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(025)-855/2020 saylı qətnaməsini qəsdən icra etmir, qətnamənin icra etməməsi səbəbindən mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. O, öz növbəsində qətnamə ilə üzərinə düşən öhdəliyi tamamilə icra etmişdir. Sonda isə məhkəmədən Şəxs barəsində daha ağır inzibati tənbehin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli 2(025)-855/2020 saylı qətnaməsinin icra etməməsinin səbəbi tələbkarın da eyni qətnamənin icra etməməsi olmuşdur. Odur ki, Şəxs barəsində daha yüngül inzibati tənbehin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdıraraq, hesab edir ki, Şəxs icra məmurunun qanuni tələblərinə tabe olmayaraq qeyd olunan icra sənədində göstərilən tələbi yerinə yetirməkdən yayınmışdır və o, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə görə, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “İcra haqqında” Qanun) ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuşdur və sonuncunun bununla əlaqədar tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 3 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 3 saat hüquqi xidmətə görə Vəkil 18 manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar