Məhkəmə qərarları › İş №3(025)-44/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-44/2024

12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-44/2024 12.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X2 və barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs Bəxtiyar oğlunun iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan və yaşayan Şəxs Bəxtiyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyənetdi: Vətəndaş Şəxs Bəxtiyar oğlu bir ədəd müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan mülki ov silahını saxlamışdır. Şəxs Bəxtiyar oğlundan həmin mülki ov silahını qanunsuz olaraq saxladığı aşkar olunaraq götürülmüşdür. Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən Şəxs Bəxtiyar oğlunun Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Səxavət Qafarov izahatında bildirmişdir ki, xx.xx.2024cü il tarixdə, Qəbələ rayonu Mıxlıqovaq kəndində Şəxs Bəxtiyar oğlundan 1 ədəd, cüt lülə, 16 kalibirli, qundaq və lülə nömrəsi 8752-54 olan və 1 ədəd, qoşa lülə, 20 kalibirli, lülə, qundaq və bala qundaq nömrəsi 209228-61 olan mülki ov silahlar və 8 ədəd 20 kalibirli patronlar qanunsuz olaraq gəzdirdiyi aşkar olunaraq götürülmüşdür. Bununla da, Şəxs Bəxtiyar oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X1 polis şöbəsinə dəvət etmişlər və izahatı alındıqdan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bəxtiyar oğlu törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Mıxlıqovaq kəndində meşəlik ərazidə 1 ədəd mülki ov silahı çiynində və digəri qundağı olmayan mülki silahı ilə meşəlik ərazidə gəzərkən yolda ərazidə xidmət aparan polis əməkdaşları özlərini təqdim edib ona yaxınlaşmışlar və kim olduğunu və haradan gəldiyini soruşmuşlar. O onlara özü barədə məlumatları vermiş daha sonra onlar ondan həmin mülki ov silahlarına dair sənədlərinin olub-olmadığını soruşduqda o onlara çiynində “Tula” markalı 1 ədəd cüt lülə 20 kaibrli qundaq, lülə və bala qundaq nömrəsi 209228-61 olan mülki ov silahını mərhum həmkəndlisi X3 məxsus olduğunu, digər 1 ədəd “Bum” markalı qoşa lülə 16 kalibrli, qundaq və lülə nömrəsi 8752-54 olan bala qundağı olmayan mülki ov silahının isə heç bir sənədinin olmadığını, mərhum babasından yadigar qaldığını, gəzərkən qarşısına vəhşi heyvan çıxa biləcəyinə görə yanında gəzdirdiyini bildirmişdir. Həmin silahla bağlı heç bir rəsmi sənədi yoxdur. Mülki ov silahı atasından qaldığı üçün saxlamışdır. Silahı polis əməkdaşlarına təhvil vermişdir. Sonda isə barəsində daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin polis sahə rəisi X4 tərəfindən tərtib edilmiş 16 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Bəxtiyar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafedici izahatı, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Şəxs Bəxtiyar oğlu barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Bəxtiyar oğlu barəsində inzibati xətanın bilavasitə obyekti olmuş premetləri müsadirə edilməklə, cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Bəxtiyar oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd, cüt lülə, 16 kalibirli, qundaq və lülə nömrəsi 8752-54 olan və 1 ədəd, qoşa lülə, 20 kalibirli, lülə, qundaq və bala qundaq nömrəsi 209228-61 olan mülki ov tüfəngləri və 8 ədəd 20 kalibirli patronlar müsadirə edilməklə, 80 (səksən) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon Polis Şöbəsinə və Qəbələ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar