Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-44/2025 19.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsu Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, barəsində inzibati tənbeh tətbiq etmə qərar qəbul edilmiş X3 və AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, AR FHN DYNX-nin Şimal- Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında bахаraq M Ü Ə Y Y Ə N E T D İ: AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarı ilə Qəbələ rayon Yemişənli kəndində yerləşən tam orta məktəbin direktoru X3 məktəbin inzibati binasında odsöndürmə vasitələri təyinatına uyğun şəkildə istifadə olunmayaraq 06-2004 nömrəli YTQ-nın tələbləri pozulduğu üçün Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 100,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə verib qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati tənbeh tətbiq etmə qərar qəbul edilmiş X3 göstərmişdir ki, o, 2023-cü ilin sentyabr ayında Qəbələ rayon Yemişənli kənd tam orta məktəbin direktoru vəzifəsinə təyin olunmuş və işinə həmişə vicdanla yanaşaraq əmək vəzifələrini qüsursuz icra etmişdir. Rəhbərlik etdiyi orta məktəb binası 2009-cu ildə istismara qəbul edilmiş və həmin vaxt səlahiyyətli orqan tərəfindən X1 yoxlanılaraq müvafiq rəy verilmişdir. Məktəbdə X1na əməl olunması onun vəzifə səlahiyyətlərinə daxil deyil və 14 yanvar 2025-ci il tarixdə yanğın-texniki müayinəsi aparılarkən Qəbələ rayon Yemişanlı kənd orta məktəbində aşkar edilmiş nöqsanlara görə o, məsuliyyət daşımır. Məktəbə verilən bir neçə odsöndürmə vasitələrinin depoda saxlanılması həmin vasitələrin yararsız vəziyyətdə olması ilə əlaqədar olmuşdur. Ona görə də, AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarı ləğv edilməlidir. AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin nümayəndəsi Nümayəndə göstərmişdir ki, AR FHN DYNX Şimal-Qərb Regional DYNİ-nin əməkdaşları tərəfindən 14 yanvar 2025-ci il tarixdə yanğın-texniki müayinəsi aparılarkən Qəbələ rayon Yemişanlı kənd orta məktəbində yanğın-texniki müayinəsi aparılarkən məktəbə verilmiş cəmi altı ədəd odsöndürən balondan dördünün depoda istifadəsiz vəziyyətdə saxlandığı və dəhlizin divarından asılan 1 ədəd odsöndürən balonun isə istifadə üçün yararsız olduğu aşkar edilmişdir. 06-2004 nömrəli YTQ-nın tələbləri pozduğuna görə Qəbələ rayon Yemişanlı kənd tam orta məktəbinin direktoru X3 barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli 018 nömrəli Tələbnaməsinin surətinə əsasən Qəbələ rayon Yemişənli kənd Tam orta məktəbinin inzibati binasında və ərazisində xx.xx.2025-ci il tarixdə AR FHN DYNX Şimal-Qərb regional DYNİ-nin əməkdaşları tərəfindən qeyd olunan 31 tələb üzrə yanğın-texniki müayinəsinin aparılması həyata keçirilməlidir. İşdə olan EYT/S-Y 669 nömrəli Aktın surətinə əsasən "xxxx" QSC tərəfindən 2024-cü il ərzində ( ən azaı rübdə bir dəfə olmaqla) Qəbələ rayon Yemişənli kənd tam orta məktəbin mövcud yanğın xəbərvermə sistemləri ilkin diaqnostika edilmiş, aidiyyət üzrə cavabdeh şəxslər ( ən azı üç nəfər olmaqla) sistemin istifadə qaydaları barədə bir daha təlimatlandırılmış və sistem yenidən test edilərək qarşı tərəfin nümayəndəsinə işlək vəziyyətdə təhvil verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən 14 yanvar 2025-ci il tarixdə Qəbələ rayon Yemişənli kənd tam orta məktəbdə yanğın-texniki müayinəsi aparılarkən yanğın texnikaları və ilkin odsöndürmə vasitələrinin təyinatından başqa digər məqsədlər üçün istifadə edilərək 06-2005 nömrəli YTQ-nın tələbinin pozulması aşkar edilmişdir. ( fotoşəkillər əlavə edilmişdir) “Yangın təhlükəsizliyi haqqında AR Qanunun 6-cı madəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən bütün müəssisələr yanğın təhlükəsizliyi tələblərinə riayət etməli, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirməlidir. “Azərbaycan Respublikasında Təhsil müəssisələrinin bina və qurğularının istismarı zamanı X1”nın 1.4-cü bəndinə əsasən fakültələrin, kafedraların, elmi tədqiqat müəssisələrin laboratoriyaların, məktəblərin, uşaq bağçalarının, sexlərin, anbarların, istehsalat sahələrinin, elektron-hesablama mərkəzlərin, arxivlərin, kitabxanaların, və digər struktur bölmələrin yanğın təhlükəsizliyinə cavabdehliyi onların rəhbərləri daşıyırlar. 1.4.4. Mövcud yanğınsöndürmə qurğuların və vəsaitlərin daima istifadə üçün yararlı vəziyyətdə saxlanılmasını təmin etmək onların borcudur. Qaydaların 11.1-ci bəndinə əsasən təhsil müəssisəsinin binaları, tikililəri və otaqları 2 nömrəli əlavəyə uyğun olaraq ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır. Qaydaların 11.2-ci bəndinə əsasən yanğın texnikalarını və ilkin odsöndürmə vasitələrini təyinatından başqa digər məqsədlər üçün istifadə etmək qadağandır. Qaydaların 11.5-ci bəndinə əsasən odsöndürənlərin və digər yanğınsöndürmə vasitələrinin saxlanılmasına, daima istifadəyə yararlı vəziyyətdə olmasına gündəlik nəzarət yanğın təhlükəsizliyinə cavabdeh şəxs və könüllü yanğın drujinasının üzvləri tərəfindən həyata keçirilir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR FHN DYNX Şimal-Qərb Regional DYNİ-nin əməkdaşları tərəfindən 14 yanvar 2025-ci il tarixdə Qəbələ rayon Yemişanlı kənd orta məktəbində yanğın-texniki müayinəsi aparılarkən beş ədəd odsöndürən balondan təyinatına uyğun şəkildə istifadə olunmaması faktı aşkar edilmiş və 06-2004 nömrəli YTQ-nın 1.4.4 və 11.2-ci bəndlərinin tələbinə əməl olunmadığı müəyyən edilərək məktəbinin direktoru X3 barəsində AR İXM-nin 518.1-ci maddəsi ilə olan xx.xx.2025-ci il tarixli ******* nömrəli “inzibati xəta haqqında” protokol tərtib edilmişdir. Ona görə də, X2 həmin protokol üzrə inzibati qaydada tənbeh olunmasına dair AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR FHN DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin «inzibati tənbeh tətbiq etmə haqqında» 28 yanvar 2025-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə AR Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-44/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-44/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver