Məhkəmə qərarları › İş №3(025)-440/2020

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-440/2020

29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-440/2020 29.10.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 barəsində tərtib olunmuş inzibati qərardan xx.xx.2020-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıraq hesab edir ki, X2 şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizəsindən göründüyü kimi, X3 şikayətinin “xahiş etdi” hissəsində, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 xx.xx.2020-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Lakin ərizəyə xx.xx.2020-ci il tarixli EQ ******* saylı qərarla bağlı hər hansı sübut təqdim etməmişdir. Şikayət ərizəsinə isə xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın surətini əlavə etmişdir. Göründüyü kimi, X3 tərəfindən şikayət ərizəsinin “xahiş etdi” hissəsində xx.xx.2020ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etsə də, şikayət ərizəsinə xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarın surətini əlavə etmiş və şikayət ərizəsi düzgün tərtib olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq hesab edir ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı qərarından verdiyi şikayət geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 128-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovniki X1 xx.xx.2020-ci il tarixli, EQ ******* saylı verdiyi şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar