Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-442/2023 28.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 16 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Eyni zamanda məhkəmənin icraatına 16 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş 16 avqust 2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(025)-442/2023 və 3(025)- 441/2023 saylı inzibati işlər bir icraatda birləşdirilməli və bir icraatda birləşdirilmiş işə 3(025)- 441/2023 saylı nömrə verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: 3(025)-441/2023 və 3(025)-442/2023 saylı inzibati işlər bir icraatda birləşdirilsin və bir icraatda birləşdirilmiş işə 3(025)-441/2023 saylı nömrə verilsin. 3(025)-442/2023 saylı inzibati işin icraatına xitam verilsin. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-442/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-442/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver