Məhkəmə qərarları › İş №3(025)-443/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-443/2024

04.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-443/2024 04.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1977-ci il fevral ayının 22-də Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Qəbələ rayonu Bum qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 26 avqust 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, xx.xx.2024-cü il tarixdə günorta vaxtı Şəxs Qəbələ rayonu, Bum qəsəbəsində qonşusu Zərərçəkmiş şəxs məxsus yardımçı tikilinin dam örtüyünün şiləsərinin bir hissəsini söküb yararsız hala salmaqla qəsdən zədələmişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 23 avqust 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5 göstərdi ki, xx.xx.2024-cü il tarixdə günorta vaxtı Şəxs Qəbələ rayonu, Bum qəsəbəsində qonşusu Zərərçəkmiş şəxs məxsus yardımçı tikilinin dam örtüyünün şiləsərinin bir hissəsini söküb yararsız hala salmaqla qəsdən zədələmişdir. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün Qəbələ RPŞ-nin İTB bölməsinə həvalə edilmişdir. Beləliklə, Şəxs barəsində Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, Bakı şəhərində yaşayır və Qəbələ rayon Bum qəsəbəsində kənarları hasarlanmış 4 sot torpaq sahəsi vardır. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Bum qəsəbəsinə atasına məxsus evə gəlmiş, xx.xx.2024-cü il tarixdə torpaq sahəsinə baxmaq çünü getdikdə Zərərçəkmiş şəxs öz həyətyanı torpaq sahəsində tikinti işləri apardığını, tikintinin bir hissəsinin onun torpaq sahəsinə keçdiyini görmüşdür. xx.xx.2024-cü il tarixdə qardaşı Sərxan Hacıyev ilə birlikdə onun yaşadığı ünvana getmiş və ona mədəni şəkildə həmin tikintinin ona məxsus torpaq sahəsinə keçən hissəsini sökməsini bildirmişdir. Zərərçəkmiş şəxs isə yaxşı etdiyini, tikintini sökməyəcəyini demiş, bu zaman aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmiş, o da öz növbəsində tikitinin ona məxsus torpaq sahəsində olan hissəsini sökəcəyini demişdir. DiN-in 102" xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə öz torpaq sahəsinə dayanaraq Zərərçəkmiş şəxs ona məxsus torpaq sahəsinə keçən tikintisinin bir hissəsini sökmüşdür. Daha sonra polis əməkdaşları onu şöbəyə dəvət etmişlər. Polis şöbəsində də etdiyi əməli etiraf etmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, hal-hazırda Qəbələ rayon Bum qəsəbəsində yaşayır. Yaşadığı Bum qəsəbəsində şəxsi mülkiyyətində olan torpaq sahəsində təxminən 1 il əvvəl ev inşa etmişdir. İnşa etdiyi evin arxa divarı Şəxs məxsus torpaq sahəsi ilə sərhəd hissəyə düşür, lakin əvvəllər aralarındaa münaqişə baş verməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 14 radələrində Sərxan Hacıyev və Şəxs yaşadığı ünvana gəlmişlər, evin damının şiləsərinin onlara məxsus torpaq sahəsinə keçdiyini, həmin hissənin sökülməli oldğunu demişlər. O isə qanuni şəkildə özünə məxsus torpaq sahəsində inşa etdiyini demiş, onlar da çıxıb getmişlər. Üzərindən təxminən 30 dəqiqə keçdikdən sonra isə evin damından səs gəldiyini eşidərək yaxınlaşan zaman Sərxan Hacıyevin, atası Ağasəlim Hacıyevin və Şəxs evin damının şiləsərini dəmir parçası ilə vuraraq yarasız hala saldığını görmüş və DİN-in "102" xidmətinə zəng edərək məlumat vermişdir. Ona məxsus evin damının şiləsərinin dəmir örtüyünün, eləcə də taxta materialının yararsız hala salınması nəticəsində ona ümumilikdə 400 manat maddi ziyan dəymişdir, lakin usta xərclərinin nə qədər olduğunu bilməmişdir. Adları çəkilən şəxslər onu nalayiq ifadələrlə təhqir etmişlər. Ona ümumilikdə 380,40 manat ziyan dəymişdir. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs həmkəndlisidir və münasibətləri yaxşı vəziyyətdə olmuşdur. 19 iyul 2024-cü il tarixdə saat təqribən 13:30 radələrində o, Şəhriyara bacısı Gülərin həyətinə doğru uzanan dam örtüyünün şiləsərini sökməsini bildirmək üçün onlara getmişdir, lakin Şəhriyar şiləsəri sökməyəcəyini bildirərək kobud şəkildə cavab verib onu sözlə hədələmişdir. Daha sonra bacısı Gülərlə birlikdə Şəhriyarın quraqlığının şiləsərinin onun həyətinə keçən hissəsini dağıtmış və həmin an hadisə yerinə polis əməkdaşları gəlmişlər və onu Qəbələ RPŞ-yə dəvət etmişlər. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də araşdırması aparılan HK-1/702 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X1 barəsində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət təqibinin başlanmasının rədd edilməsi, Şəxs və X1 barəsində AR İXM-in 232-1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilməsi məqsədilə qərarın surətinin Qəbələ RPS-nin ictimai təhlükəsizlik bölməsinə verilməsi qərara alınmışdır. İşdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 29 iyul 2024-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın öyrənilməsi məqsədilə "Qəbələ İnşaat" tikinti materiallarının satışı mağazasına məktub ünvanlanmış, məktubun cavabına əsasən tikinti materiallarının yarasız hala salınması nəticəsində dəymiş ziyanın 280.44 manat, usta xərclərinin 100 manat, ümumilikdə dəymiş maddi ziyanın isə 380.40 (üç yüz səksən manat qırx qəpik) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 380,40 (üç yüz səksən manat qırx qəpik) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar