Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-444/2023 30.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndələri Nümayəndə4(təmsilçi) və Nümayəndə5 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü materialı aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən həmin müəssisənin Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində X11 xx.xx.2023-cü il tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı, ******* nömrəli 11 avqust 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki regional ərazi şöbəsinin nümayəndəsi Nümayəndə3 izahatında göstərdi ki, Qəbələ rayon Polis şöbəsindən daxil olan materiala əsasən tərəflərindən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı Şəxs MMC-nin direktoru Nümayəndə4 rəsmi notarial sənəd əsasında təmsil edən X6 izahat verərək X7 xx.xx.2023-cü il tarixdən yanacaq doldurma məntəqəsində işlədiyini, ancaq bu barədə məlumatların xx.xx.2023-cü il tarixdə ƏMAS-nə yerləşdirildiyini qeyd etmişdir. İzahatı alınmış X3 yanacaq doldurma məntəqəsində xx.xx.2023-cü il tarixdən işlədiyini və həmin dövrdə X7 orada işlədiyini bildirmişdir. İzahatı alınmış X11 xx.xx.2023-cü il tarixdən yanacaq doldurma məntəqəsində işlədiyini, may və iyun ayları üzrə əməkhaqqını əlbəəl aldığını bildirmişdir. Yuxarıda qeyd olunanlara uyğun olaraq məlum olur ki, işçi həqiqətən xx.xx.2023-cü il tarixdən işə cəlb edilmiş, lakin bununla bağlı məlumatlar ƏMAS-də xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Belə ki, işçi təqribən 32 gün əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Qəbələ rayon Polis şöbəsində də izahatlar alınarkən xəta davam etmiş və işəgötürən xətanı anlayaraq və bu haldan yayınmaq üçün tez bir zamanda əvvəlki dövr üzrə işə başlama tarixi qeyd edərək məlumatlar daxil etmişdir. Sistemdə müvafiq işlərin görülməsi ilə bağlı qeyd olunan qrafa aktiv olmuş və işəgötürən bu haldan istifadə edərək qanundan yayınmaq istəmişdir. Tərəflər arasında kağız üzərində müqavilə məhkəməyə təqdim edilmişdir. Bu hal ilə bağlı qeyd edir ki, 2022-ci ilin may ayında ƏMAS-i yaradılmış və kağız üzərində bağlanılan müqavilələrin heç bir hüquqi əsası yoxdur. Hazırki dövrdə məlumatlar sistemə vurulur və bundan sonra hazır müqavilə forması sistemdə çap olunur. Qeyd olunan müqavilə forması işçi işə başladıqdan təqribi 32 gün sonra olmuşdur. Bu da bir daha xəta halını aydınlaşdırır. Vəkil tərəfindən təqdim edilən etirazda da müqavilənin sistemə gec vurulması bildirilmiş və qarşı tərəfin müdafiəçisi də bu halı qəbul etmişdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin tələbinə əsasən əmək müqaviləsi hüquqi qüvvə alması onun ƏMAS-də qeydiyyata alınmasından sonra olması bildirilir. İXM-nin 192.1-ci maddəsinin tələblərində də hüquqi qüvvəyə minmədən işlərin xidmətlərin yerinə yetirilməsi qeyd olunur. Və bu iki maddə və yuxarıda qeyd olunanlar həqiqətən xəta halının olduğunu, tərəflərindən tərtib olunmuş inzibati xəta haqqından Protokolun qanunauyğun olmasını təsdiqləyir. İXM-nin 18-ci maddəsinin tələbinə əsasən hüquqi şəxsin məsuliyyəti vəzifəli şəxsin məzuliyyətini istisna etmir. Əgər ki hüquqi şəxsə protokol tərtib edilməzsə qanun hüquqi şəxsin vəzifəli şəxsinə də protokol tərtib etməyi məhdudlaşdırır. Belə hal olduğu təqdirdə, İXM 192.1-ci mmaddəsinin dispozisiyasında qeyd olunan halların mahiyyəti aydınlaşmır. Ona görə də hüquqi şəxsin məsuliyyəti qanunla bir mənalı olaraq vəzifəli şəxsin məsuliyyətini istisna etmir. Tərəflərindən tərtib edilmiş Protokolun tam qanuni olmasını nəzərə alaraq qanunvericiliyə uyğun Qərar qəbul etməklərini xahiş edirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə5 izahatında göstərdi ki, onlar işçini 29 may tarixdə işə götürmüşlər. İşçini işə götürəndən sonra bank onlara 3-5 gün ərzində kart verir. Ona görə də 29 mayda işə götürdükləri işçiyə may ayı üçün kartla maaş verilməsi mümkün deyildir. Onlar həmin işçini 29 may 2023-cü il tarixdə işə götürmüşlər. Həmin işçi özü Əmək Müfəttişliyinə də getmiş və orada sübut etmiş ki, həqiqətən 29 maydan həmin müəssisədə işləyir. Onlar həmin gün onun ərizəsini də almışlar, əmrini də vermişlər, kağız üzərində olan müqaviləsini də yazmışlar. O, DSMF-də də baxmış və həmin gün üçün işçiyə 3 gün iş yazılıb və həmin pul da DSMF-də ödənilmişdir. Hüquqi şəxs həmin ayda açıldığına görə direktorları Emin müəllim rayonda ezamiyyətdə olmuş, onun ASAN imzası isə Bakıda olmuş, ona görə də bir az gecikmişdir. Sistem icazə verməsə onlar işçini sistemdə köhnə tarixdən götürə bilməzlər. Yəni elektron əmək müqaviləsini 28 iyunda bağlasalar da, işəgötürmə tarixi 29 may tarixdən bağlamışlar. İşçinin işə başlama tarixini 29 may göstərmişlər. Polis şöbəsində araşdırma iyunun əvvəlində olub. Polis şöbəsində olan məsələ də işçinin şəxsi problemləri ilə bağlıdır. Vətəndaşa əmək haqqı kartını haçan verdikləri gün olaraq dəqiq yadında deyil, lakin iyun ayında verildiyini bilir. Asan İmza olmadan sistemə girmək mümkün olmadığına görə heç bir əməliyyat edə bilməmişlər. Bu işçi uzun illər onlara məxsus “X19” MMC-də işləmişdir. Həmin yanacaqdoldurma məntəqəsi “X20” MMC-yə məxsus olub. Əvvəllər adı olub “X20”, 2023-cü ilin may ayında “X20” bağlanıb, Şəxs açılıb. 18 may 2023-cü ildə işdən çıxmışdır. 2016-cı ildən 2023-cü ilə qədər “X20” MMC-də işləmişdir. O vaxtda adı sisteme işçi kimi düşüb, bütün vergilər ödənilib, sosialı ödənilib. Sahibkar heç bir şey gizlətməmişdir. Hesabat iyulda gedib, bu da rübün iyulda qutarması ilə bağlıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi(təmsilçisi) Nümayəndə4 izahatında göstərdi ki, o, Şəxs MMC-nin direktorudur. Müəssisələri yanacaq satışı ilə məşğuldur, 2 ədəd yanacaqdoldurma məntəqələri var. Biri Qəbələ rayonu Vəndam qəsəbəsində, digəri Yevlax rayonu, Aşağı Qarxun kəndində yerləşir. Yanacaqdolurma məntəqələri “Lukoil” brendinin adı altında fəaliyyət göstərir. Yanacaqdoldurma məntəqəsi əvvəllər başqa şirkətin tərkibində olmuş, sonradan onların şirkətinin tərkibinə keçmişdir. İşçi əvvəllər də həmin yanacaqdoldurma məntəqəsində işləmişdir. Orda işdən çıxıb, yanacaqdoldurma məntəqəsi onların şirkətin tərkibinə keçəndən sonra 2023-cü ilin mayın 29-da onlar işə götürmüşlər. Sistemdə biraz yubanma olmuşdur. Onun da səbəbi onun Yevlax rayonunda yerləşən yanacaqdoldurma məntəqəsinin açılışında iştirak etməsi olmuşdur. Həmin vaxt “Asan İmza” Bakıdakı ofisdə qalmışdır. Özü də Yevlax rayonunda olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, yanacaqdolduma məntəqəsində operator-kassir vəzifəsində işləyir. Ondan başqa onunla bir növbədə iki işçi var. Oranın adı əvvəllər Kars Lukoil idi, sonradan dəyişmişdir. Mayın 18-i işdən çıxmış, 29-da işə götürülmüşdür. 3 gün ancaq gündüz işləmiş, iyunun 1-dən normal qaydada işinə getmişdir. May ayının 29-dan 3 günün maaşını kağıza qol çəkib, əlbəəl almışdır. 345 manat əmək haqqı alır. O, orada qanuni işçi olmuşdur. Maaşını kart vasitəsi ilə almışdır. Beləliklə, məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, sənədləri tədqiq edib, aşağıda qeyd olunan maddi normalara əsaslanıb belə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən Şəxs MMC-nə ünvanlanmış 09 avqust 2023-cü il tarixli, 3-17-5/2-29443/2023 nömrəli bildirişdən görünür ki, Qəbələ rayon Polis şöbəsindən daxil olan və araşdırma əsasında toplanmış məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 11 avqust 2023-cü il tarixdə saat 11:30-da X12 Xidmətinin Şəki-Zaqatala regional şöbəsinə dəvət olunmuşdur. - Şəxs MMC-nin direktoru Nümayəndə4 etibarnamə üzrə nümayəndəsi X6 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinə verilmiş 07 avqust 2023-cü il tarixli izahatdan görünür ki, X13 Qasımovun 29 may 2023-cü il tarixdən Şəxs MMC-də operator vəzifəsində işlədiyini, lakin işlərin çoxluğu ilə əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilərək imzalanmasının xx.xx.2023-cü il tarixədək gecikdirildiyini qeyd etmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin İnzibati tənbeh vermə haqqında ******* nömrəli, 16 avqust 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi B.Məmmədov Şəxs MMC-nin direktoru Nümayəndə4 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokola baxaraq, Şəxs MMC-nin direktoru Nümayəndə4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 4000 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. - X7 Şəxs MMC-nin direktoru Nümayəndə4 yazdığı 29 may 2023-cü il tarixli ərizədən görünür ki, X2 operator vəzifəsinə qəbul edilməsini xahiş etmişdir. - Şəxs MMC-nin direktoru Nümayəndə4 29 may 2023-cü il tarixli, 09 nömrəli əmrinin surətindən görünür ki, X11 operator vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, Şəxs MMC ilə X11 arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə operator vəzifəsinə işə qəbul olunmuş, ona 345 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. Həmin Bildirişdə işə başlama tarixi xx.xx.2023-cü il tarix kimi göstərilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs MMC ararında bağlanmış xx.xx.2023-cü il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, müqavilədə göstərilmiş sığorta olunmalı işçilərdən biri də X8r. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 məktubundan və məktuba əlavə edilmiş “Sıortaolunanın hesabı”ndan çıxarışdan görünür ki, sığortaolunan X11 tərəfindən 2023 may – 2023 iyun ayları üçün 48,38 manat məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. - xx.xx.2016-cı il tarixdə sistemə daxil edilmiş «əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi»nin surətindən görünür ki, «X20» MMC ilə X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə operator vəzifəsinə işə qəbul olunmuş, ona 150 manat məbləğində əmək haqqı müəyyən edilmişdir. - «X20» MMC-nin 18 may 2023-cü il tarixli, 16.03 nömrəli Əmrindən görünür ki, 18 may 2023-cü il tarixdən operator vəzifəsində işləyən X7 Azərbaycan Respublikasının əmək məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X9 iş və xidmətlərin yerinə yetirməsinə cəlb edilməsi və qeyd edilən MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xətaya yol verilməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi inzibati icraat zamanı araşdırma apararkən normativ hüquqi aktların müddəalarını onların konstitusiya hüquqi mənasına uyğun tətbiq etməmişdir. Belə ki, işin mübahisəsiz halıdır ki, Şəxs MMC tərəfindən İXM-nin 192.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə belə qənaətə gələrkən o halı nəzərə alır ki, Şəxs MMC-nin nümayəndələri Nümayəndə4 və Nümayəndə5, o cümlədən şahid X11 məhkəmə iclaslarında izahatlarına bu faktı təsdiq etmişlər. Bunun nəticəsidir ki, Şəxs MMC-nin direktoru Nümayəndə4 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli olunmasına dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən ******* nömrəli, 16 avqust 2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4000 manat cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarından göründüyü kimi, İXM-nin 192.1-ci maddəsinin tələblərinin pozulmasına görə həm Şəxs MMC-nin, həm də Şəxs MMCnin direktoru Nümayəndə4 inzibati məsuliyyətə cəlb edilməsi yolveriləndir və bu hal qanuna zidd deyildir. Lakin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında həmçinin göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin, həmin Məcəllənin 75-ci maddəsinə müvafiq olaraq, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi; inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (Məcəllənin 84.1-ci maddəsi). Bu baxımdan, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilib-keçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Konstitusiya məhkəməsinin yuxarıda göstərilən qərarda sadalan halları nəzərə alaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi Şəxs MMC-nin barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmamışdır. Məhkəmə belə qənaətə gəlməsini aşağıdakılarla əsaslandırır: Belə ki, Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan, əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı sənəd formasıdır. İşəgötürənlə işçi arasında bu müqavilənin imzalanmasının zəruriliyi Azərbaycan Respublikasının qanunvericiliyində də öz əksini tapıb. Çünki işə qəbul zamanı bu müqavilə bağlanmadıqda insan əməyinin istismarına və əmək hüquqlarının tapdanmasına gətirib çıxarır. Müqavilənin imzalanmaması nəticəsində ilk növbədə vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər yerinə yetirilmir, qanunvericiliyin tələbləri kobud şəkildə pozularaq dövlətin büdcəsinə milyonlarla ziyan dəyir. Verginin ödənilməməsi, həmçinin, vətəndaşın gələcəkdə sosial müdafiəsinə ciddi zərbə vurur. Çünki hər bir vətəndaşın sosial təminatının gələcəyi öz əlindədir və vətəndaş bilməlidir ki, pensiya-müavinət təminatında işçilərlə əmək müqaviləsinin bağlanması, əmək haqlarının leqallaşdırılması, məcburi dövlət sosial sığorta haqlarının vaxtında ödənilməsi mühüm rol oynayır. Göründüyü kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həm dövlət, həm də işçi üçün ciddi fəsadlar törədir. Lakin bunun ağırlığı ən çox işçinin üzərinə düşür. Müqavilənin imzalanmaması nəticəsində ilk növbədə vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlər yerinə yetirilmir. Hazırkı işin hallarından göründüyü kimi Şəxs MMC X9 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etsə də, həmin dövr üçün, yəni 29 may 2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sığortaolunan X11 tərəfindən 2023 may – 2023 iyun ayları üçün 48,38 manat məcburi dövlət sosial sığorta haqqları ödənilmişdir. (İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 məktubundan və məktuba əlavə edilmiş “Sıortaolunanın hesabı”ndan çıxarış) Göstərilən bu hal onun göstəricisidir ki, Şəxs MMC-nin məcburi dövlət sosial sığortasından yayınmaq kimi hallar mövcud olmamışdır. Bu da Şəxs MMC-nin hər hansı maraq güdmədiklərini, yəni nümayəndələrinin izahatında göstərdikləri kimi səhlənkarlıqdan baş vermişdir. X7 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müddəti isə cəmi 1 ay müddəti əhatə etmişdir. Həmin dövrə görə Şöhrət Qasımov üçün Şəxs MMC tərəfindən vergi ödənişləri edilməsə də, həmin müddətin 1 ayı əhatə etməklə az məbləği əhatə etməsidə məhkəmə tərəfindən nəzərə alınmaqdadır. Beləliklə, birinci olaraq inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı məhkəmə tərəfindən nəzərə alınaraq hesab edilir ki, vəzifəli şəxsdən əlavə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh edilməsi məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki- Zaqatala regional ərazi şöbəsi Şəxs MMC-nin barəsində protokol tərtib edərkən bu halları, yəni inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsini nəzərə almamışdır. İkinci olaraq məhkəmə qeyd edir ki, vəzifəli şəxsdən əlavə hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən protokol tərtib edərkən inzibati xətanın xarakteri nəzərə almamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi həmçinin fiziki şəxslərin Cinayət Məsuliyyətinə səbəb olur o səbəbdən ki, işçilərin sayı xeyli olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi — yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 162-1.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçiləri ilə əmək müqaviləsi bağladıqda, habelə ödəməkdən yayındırılmış vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bildiyimiz kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahaları müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 192.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş cərimə sanksiyalardan daha ağırdır. Göründüyü kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi cinayət məsuliyyəti yaratsa da, ödəməkdən yayındırılmış vergilərin, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının tamamilə ödənməsi ümumiyyətlə cinayət məsuliyyətindən azad etməyə səbəb olur. Bu da onu göstərir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə görə məsuliyyət, istər cinayət, istərsə də inzibati məsuliyyət nəzərdə tutması əsas dövlət maraqları, yəni vergi ödənişləri və Dövlət Sosial Müdafiə Fonduna ödənişlərin ödənilməsidir. Hazırki iş üzrə inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Şəxs MMC tərəfindən X7 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəticəsində sığorta haqları ödənilmiş, 1 ay üçün isə cuzi miqdarda vergidən yayınma halı olmuşdur. Belə olan halda həm Şəxs MMC-nin direktoru Nümayəndə4 barəsində, həm də Şəxs MMC barəsində eyni inzibati xətaya görə protokol tərtib edilməsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından düzgün deyildir. Üçüncü olaraq məhkəmə qeyd edir ki, vəzifəli şəxsdən əlavə hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən protokol tərtib edərkən hüquqi şəxsi xarakterizə edən hallar nəzərə almamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC yalnız bir işçisini, yəni X9 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Digər işçiləri barəsində isə belə bir pozuntuya yol verməsi müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Şəxs MMC ararında bağlanmış xx.xx.2023-cü il tarixli “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi”ndən görünür ki, Şəxs MMC-nin ümumilikdə 20 işçi vardır ki, digər işçiləri barəsində belə bir pozuntuya yol verməmişdir. Bu hal isə Şəxs MMC-nin X9 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini qəsdli olaraq etmədiyini, vergilərdən və sığorta ödənişlərindən yayınmaq niyyətinin olmadığının göstəricisidir. Dördüncü olaraq məhkəmə qeyd edir ki, vəzifəli şəxsdən əlavə hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən protokol tərtib edərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almamışdır. Belə ki, Şəxs MMC tərəfindən X7, yəni işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilsə də, X7 bu haldan hər hansı şikayəti olmamışdır ki, bu da məsuliyyəti yüngülləşdirən haldır. Həmçinin Şəxs MMC-nin əməlində İXM-də nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar da müəyyən edilməmişdir. Beşinci olaraq məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, «X20» MMC ilə X11 arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən sonuncu müəssisədə operator vəzifəsinə işə qəbul olunmuş, 18 may 2023-cü il tarixdən operator vəzifəsində işləyən X7 Azərbaycan Respublikasının əmək məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən tutduğu vəzifədən azad edilməsi əmr edilmişdir. Göründüyü kimi Şöhrət Qasımov uzun müddət hal-hazırda Şəxs MMC-nin nəzdində olan yanacaqdoldurma məntəqsində işləmişdir. 2023-cü ilin may ayında “X20” bağlanmış, belə olub bütün işçilərlə bağlanmış əmək müqaviləsinə onların ərizəsinə əsasən xitam verilmiş, bütün işçilərlə Şəxs MMC tərəfindən yenidən müqavilə bağlanmışdır. X15 müqaviləsinin elektron sistemə daxil edilməsi üzürlü səbəbdən bir müddət gecikdirilmişdir. Nəticə olaraq iş materiallarından aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin iddia etdiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı Şəxs MMC-nin direktoru Nümayəndə4 da törətmiş və o, X12 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsinin rəisi X4 inzibati tənbeh vermə haqqında ******* nömrəli, 16 avqust 2023-cü il tarixli qərarı ilə 4000 (dörd min) manat cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən həm də Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilməsi inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından düzgün deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2023-cü il tarixli qərarında göstərilən hallar nəzərə alınmamış, kifayət qədər araşdırılma aparılmadan İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirlməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X17 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı). Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsini konstitusiya hüquqi mənasına uyğun təfsir edərək qeyd edir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etməməsini deyəndə, qanunverici imperativ şəkildə həm vəzifəli şəxsin, həm də hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsini tələb etmir. Məhkəmə hesab edir ki, İXM-nin 18.3-cü maddəsi məhkəmə tərəfindən tətbiq edilərkən işin konkret halına uyğun olaraq tətbiq edilməlidir. Hazırkı halda isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Şəki-Zaqatala regional ərazi şöbəsi Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edən zaman inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə almamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, « Şəxs MMC-nin direktoru Nümayəndə4 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edildiyindən, Şəxs MMC-nin barəsində də eyni inzibati xətaya görə inzibati tənbeh tətbiq edilməsi hazırkı iş baxımından inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından məqsədəmüvafiq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bu cür hüquqi tənzimetmə nəticə etibarilə Konstitusiyanın 64-cü maddəsinin tələblərinin pozulmasının qarşısının alınmasına yönəlmişdir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə başlanmış icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsi tətbiq edilməklə inzibati məsuliyyətdən azad edilsin. Şəxs MMC barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-444/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-444/2023
30.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver