Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-446/2021 20.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, barəsində inzibati icraat aparılan hüquqi şəxs Qəbələ Şəhər Dindarlarının X4 nümayəndəsi X1 iştirakı ilə, Qəbələ Şəhər Dindarlarının X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş 01 sentyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Qəbələ Şəhər Dindarlarının X8-nin mülkiyyətində olan “Toyota Prado” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi inzibati xəta törətmiş fiziki şəxs barəsində məlumatı bu günə kimi göndərməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Qəbələ Şəhər Dindarlarının X4 nümayəndəsi X2 izahatında bildirdi ki, Qəbələ rayon Polis Şöbəsi tərəfindən göndərilmiş inzibati xətanın törədilməsi barədə məktub onlara çatmayıb. Qəbələ Şəhər Dindarlarının X8-yə hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan “Toyota Prado” markalı, **- AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Qəbələ rayon Polis Şöbəsi tərəfindən göndərilmiş sorğu barədə onlar məlumatlandırılmadığından həmin avtomobilin sürücü barədə məlumatın göstərilən müddət ərzində təqdim edilməsi mümkün olmamışdır. Hazırda inzibati xəta haqqında protokola əlavə edilmiş 25.05.2021-ci il tarixdə qəbul edilmiş poçt xəbərnaməsində isə yalnız Qəbələ Şəhər Dindarlarının X7 məktubun çatması qeyd olunmuş, lakin məktubun kim tərəfindən qəbul edilməsi və məktubun həmin sorğuya aid olması barədə hər hansı sübut əlavə edilməmişdir. Sonda isə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə- vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatı və inzibati materialda olan digər sənədlərlə Qəbələ rayon X5 X9 tərəfindən barəsində inzibati icraat aparılan hüquqi şəxs Qəbələ Şəhər Dindarlarının X3 sorğu ilə “Toyota Prado” markalı, **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifdəçisi barədə məlumat verilməsinə dair həmin İcmaya sorğunun rəsmi qaydada çatdırılması sübuta yetmədi. Belə ki, inzibati materiala Qəbələ Şəhər Dindarlarının X8 tərəfindən qəbul edildiyi qeyd olunan xəbərnamə əlavə edilmişdir ki, həmin xəbərnamə Qəbələ rayon Polis Şöbəsi tərəfindən Qəbələ Şəhər Dindarlarının X7 hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu göndərilməsini təsdiq etmir. Başqa sözlə təqdim edilmiş sənədlərə əsasən Qəbələ Şəhər Dindarlarının X7 mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xətaya yol vermiş fiziki şəxs barədə məlumatın təqdim edilməsi barədə göndərilmiş sorğunun surəti əlavə edilsə də, həmin sorğunun Qəbələ Şəhər Dindarlarının X8 tərəfindən alınmasına dair heç bir sübut əlavə edilməmişdir və əlavə olunmuş xəbərnamə ilə bu sübuta yetirilmir. Bundan əlavə iş materiallarına əlavə edilmiş 25.05.2021-ci il tarixlərdə qəbul edilmiş poçt xəbərnaməsindən görünür ki, həmin xəbərnaməyə imza edilmiş, lakin xəbərnamənin kim tərəfindən imzalandığı, həmin şəxsə, ümumiyyətlə, xəbərnamənin kimə təqdim edilməsinə dair heç bir məlumat göstərilməmiş, xəbərnamənin həmin məlumatlar barədə qrafaları boş saxlanılmışdır. Beləliklə, Qəbələ Şəhər Dindarlarının X4 İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmədiyindən, məhkəmə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməsini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Qəbələ Şəhər Dindarlarının X8-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Şəhər Dindarlarının X4 hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 01 sentyabr 2021-ci il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-446/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-446/2021
20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver