Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-446/2022 20.10.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X3, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1981-ci il iyulun 18-də Qəbələ rayonu Nic qəsəbəsində doğulmuş, ali təhsilli, evli, “Xəbər Fakt” informasiya agentliyində işləyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Məhkəmənin icraatına 10 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 2022-ci il sentyabrın 08-də nəqliyyat vasitəsini sərxoş halda idarə edərək “Vaz 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobildə olan sərnişlər Zərərçəkmiş şəxs2 və X1 xəsarət almasına səbəb olmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan xx.xx.2022-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının İV Tağım Yol patrul xidməti inspektoru, polis serjantı X5 göstərdi ki, Şəxs 2022-ci il sentyabrın 08-də nəqliyyat vasitəsini sərxoş halda idarə edərək “Vaz 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və həmin avtomobildə olan sərnişlər Zərərçəkmiş şəxs2 və X1 xəsarət almasına səbəb olmuşdur. Şəxs əməlində cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXMnin 333.3-cü maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayına verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək göstərdi ki, “Xəbərfakt” İnformasiya Agentliyində müxbir vəzifəsində işləyir. “Vaz 21074” markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobili baş etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. 08 sentyabr 2022-ci il tarixdə axşamüstü radələrində “Vaz 21074” markalı avtomobillə Nic qəsəbəsindən Qəbələ şəhərinə gəlirmiş. Avtomobili o idarə edirmiş və sərnişin yox imiş. Saat təxminən 16 radələrində Qəbələ-Oğuz yolunun Zərgərli kəndi yaxınlığından keçən hissəsində Qəbələ istiqamətində 90 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan gələn “Hyundai Elantra” markalı avtomobil yoluna çıxmışdır. O dərhal avtomobili sağa yönəldib tormoza basmış və hadisənin qarşısını almağa çalışmış, lakin mümkün olmamışdır. Onun avtomobilin sağ hissəsi “Hyundai Elantra” markalı avtomobilin sağ hissəsi ilə toqquşmuşdur. Onun tək təqsiri içkili olmasıdır. Himayəsində qan xərçəgi olan anası, 2 əlil olan bacısı və qardaşı vardır. Əməlindən peşimandır. Odur ki, məhkəmədən onun barəsində cərimə cəzasının tətbiq olunması barədə qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini və barəsində yüngül qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının yeri və müddəti barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X4 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli, 122 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 0,299 ‰ təşkil etmişdir. İş materiallarında olan 08 sentyabr 2022-ci il tarixli, 121 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs1 sərxoşluq vəziyyəti yoxlanılmış, onun spirtli içki qəbul etməsi müəyyən edilməmişdir. İş materiallarında olan qüsur aktına əsasən “Hyundai Elentra” minik marklı, 99-TV841 dövlət qeydiyyat nişanlı minik avtomobilinə toqquşma nəticəsində dəymiş ziyanının 5890 manat təşkil etdiyi müəyyən olunmuşdur. İş materiallarında olan 05 oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış HK-1/1062 saylı materialda cinayət hadisəsi aşkar olunmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə, Zərərçəkmiş şəxs1 Yusif oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nin YPX alayına verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 530 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində sağ dirsək nahiyyəsinin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində yarana bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X2 canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli 531 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində sağ diz oynağının ön səthinin və sağ baldırın ön aşağı 1/3-nin sıyrığı kimi xəsarəti vardır. Həmin xəsarət küt alətin (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə, yəni 08 sentyabr 2022-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sərnişində yarana bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs himayəsində xəstə ailə üzvlərinin olmasını və əməlindən səmimi peşmançılıq çəkməsini inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi, Şəxs “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sərxoş vəziyyətdə sahibliyində olan “vaz 21074” minik markalı, **-KH-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərkən həmin Qanunun tələblərini pozmaqla qəza törətmiş və nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi **-TV-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elentra” markalı avtomobilinə maddi ziyan vurmuşdur. Həmçinin hadisə nəticəsində Zərərçəkmiş şəxs2 və X4 bədən xəsarətləri almışlar. Beliliklə, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları, məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırmaqla cərimə inzibati tənbeh növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-446/2022
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-446/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver