Məhkəmə qərarları › İş №3(025)-449/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-449/2023

23.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-449/2023 23.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 1965-ci il sentyabrın23-dəQəbələ rayonu Bum qəsəbəsindədoğulmuş, evli,orta təhsilli,işləməyən, Azərbaycan Respublikasının vətəndaşı,Qəbələ rayonu Bum qəsəbəsindəqeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 avqust 2023-cü il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində saat təxminən 23:00 radələrində polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 23avqust2023-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis baş leytenantı X7 göstərdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində saat təxminən 23:00 radələrində polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, axşam saatlarında işdən gələrək evdə yatmışdır. Bum qəsəbəsində evinin yaxınlığında oğlu Şəhriyar Umarovun işlətdiyi kafe var. Saat təxminən 23:00 radələrində oğlu Tural zəng edərək kafenin yaxınlığında səs gəldiyini bildirmişdir. Evdən baxmış və kafenin yanına getmişdir. Orada polis əməkdaşları ilə oğlu Şəhriyarın dardışdığını görmüşdür. Onların yanına çataraq polis əməkdaşları ilə oğlu Şəhriyarı sakitləşdirməyə çalışmışdır. Aralarına girərək onları aralaşdırmışdır. Həmin vaxt söyüşdən istifadə etsə də, polisləri deyil, oğlunu söymüşdür. Həmçinin hadisə vaxtı bir az içkili və yuxulu olduğundan əsəblərinə hakim ola bilməmiş, polis nəfərini əli ilə itələmişdir. Lakin dərhal sonra polis əməkdaşlarının əlini öpərək onlarla münasibəti sakitləşdirmək istəmişdir. Həmçinin videogörüntündən də görünür ki, o, “bizim ailədə heç kim polis əməkdaşlarının sözündən çıxa bilməz” ifadələr işlətmişdir. Həmin vaxt Şəhriyar telefonu itdiyi üçün həmin qarşılıqdan istifadə edərək oradan uzaqlaşmışdır. Onu və digər oğlu Turalı Qəbələ rayon Polis şöbəsinə dəvət etmişlər. O, uzun illərdir ki, taksi fəaliyyəti ilə məşğul olur və polis əməkdaşları ilə münasibəti həmişə yaxşı olmuşdur. Onlardan əvvəldə üzr istəmiş, indi də üzr istəyir. Etdiyi əmələ görə peşmandır. Barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X8 çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlini səmimi etiraf edərək peşiman olmasınınnəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 izahatında bildirmişdir ki, xx.xx.2023cü il tarixdə BMV markalı **-YP-*** d.q.n-lı avtomobilllə YPX-nin inspektorları polis baş serjantı X15 və polis serjantı X4 ilə Qəbələ rayon Bum qəsəbəsi ərazisində xidmətdə olarkən onlara adı sonradan məlum olan Şəhriyar Umarov adlı şəxs xidməti avtomobilə əl ilə işarə etmişdir. Kazımlı Kazım avtomobili saxlamışdır. Şəhriyar avtomobilə yaxınlaşaraq n”ə üçün obyektin qarşısında dayanmısız, mənim obyektimi güdürsüz" deyərək onlarla mübahisə etməyə başlamışdır. Həmin şəxslə ünsiyyət zamanı ondan spirtli içki qoxusu gəlirmiş. Onlar həmin şəxsi nizam-intizama dəvət edib sakitləşdirməyə çalışmışlar, obyektinin qarşısında dayanmadıqlarını, həmin ərazidə xidmət etdikləri üçün ordan ötüb keçdiklərini bildirmişlər. Həmin vaxt Şəhriyar Umarov uca səslə nalayiq ifadələr işlədərək “heç bir polisin duxu çatmaz mənim obyektimin qarşısında dayansın” sözlərini deyərək nümayişkaranə hərəkətlər edərək kənardakı şəxslərin diqqətini özünə cəlb etdirir və bununlada xidməti fəaliyyətlərinə maneəçilik törədərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin Ş.Umarov mobil telefonu ilə adı onlara sonradan məlum olan atası Şəxs və qardaşı Tural Umarovu yanına çağırmışdır. Şəhriyar Umarovun adlarını qeyd etdiyi atası və qardaşı onların olduqları yerə yaxınlaşmışlar və “heç bir polis mənim obyektimin qarşısında dayana bilməz, oğlum nə edir yaxşı edir” sözlərini deyərək hər iki oğlu ilə birlikdə onlarla sözlü mübahisə etmiş və münaqişə yaratmağa çalışmışdır. Həmçinin uca səslə nalayiq ifadələr işlədərək kənardakı şəxslərin diqqətini özlərinə cəlb etdirir, iş fəaliyyətlərinə mane olaraq qanuni tələblərinə tabe olmamışdırlar. Bundan sonra həmin əraziyə ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarını çağırmışdır. Onların köməkliyi ilə Azad Umraov və Tural Umarovun barəsində qanuna müvafiq tədbir görülməsi üçün polis gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. X17 fürəstdən istifadə edərək öz işlətdiyi kafesinə girmiş və qapını arxadan bağlamışdır. Onlar həmin obyektə daxil olmamışlar. Şəhriyar Umarovu çölə çağırsalar da, o obyektindən çölə çıxmmış, nalayiq ifadələrlə obyektin qapışının arxasından davam etdirmişdir. Şəhriyar Umarovun obyektdən çıxmayacağını görüb rayon polis şöbəsinə gələrək onun və atası Şəxs və qardaşı Tural Umarov barəsində tədbir görülməsi üçün raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 izahatında bildirmişdir ki,xx.xx.2023cü il tarixdə BMV markalı **-YP-*** d.q.n-lı avtomobilllə DBYP-nın Təcrübə işləri üzrə baş inspektoru, polis kapitanı Fərid Səmədov və polis serjantı X4 ilə Qəbələ rayon Bum qəsəbəsi ərazisində xidmətdə olarkən onlara adı sonradan məlum olan Şəhriyar Umarov adlı şəxs xidməti avtomobilə əl ilə işarə etmişdir. O, avtomobili saxlamışdır. Şəhriyar avtomobilə yaxınlaşaraq "nə üçün obyektin qarşısında dayanmısız, mənim obyektimi güdürsüz" deyərək onlarla mübahisə etməyə başlamışdır. Həmin şəxslə ünsiyyət zamanı ondan spirtli içki qoxusu gəlirmiş. Onlar həmin şəxsi nizam-intizama dəvət edib sakitləşdirməyə çalışmışlar, obyektinin qarşısında dayanmadıqlarını, həmin ərazidə xidmət etdikləri üçün ordan ötüb keçdiklərini bildirmişlər. Həmin vaxt Şəhriyar Umarov uca səslə nalayiq ifadələr işlədərək “heç bir polisin duxu çatmaz mənim obyektimin qarşısında dayansın” sözlərini deyərək nümayişkaranə hərəkətlər edərək kənardakı şəxslərin diqqətini özünə cəlb etdirmiş və bununlada xidməti fəaliyyətlərinə maneəçilik törədərək qanuni tələblərinə qəsdən tabe olmamışdır. Həmçinin Ş.Umarov mobil telefonu ilə adı onlara sonradan məlum olan atası Şəxs və qardaşı Tural Umarovu yanına çağırmışdır. Şəhriyar Umarovun adlarını qeyd etdiyi atası və qardaşı onlar olduqları yerə yaxınlaşmışlar və “heç bir polis onun obyektinin qarşısında dayana bilməz oğlum nə edir yaxşı edir” sözlərini deyərək hər iki oğlu ilə birlikdə onlarla sözlü mübahisə edir və münaqişə yaratmağa çalışmışlar. Həmçinin uca səslə nalayiq ifadələr işlədərək kənardakı şəxslərin diqqətini özlərinə cəlb etdirir, iş fəaliyyətlərinə mane olaraq qanuni tələblərinə tabe olmamışlar. Bundan sonra o, həmin əraziyə ərazidə xidmət aparan PPXB-nün əməkdaşlarını çağırmmışlar. Onların köməkliyi ilə Azad Umraov və Tural Umarovun barəsində qanuna müvafiq tədbir görülməsi üçün polis şöbəsinə gətirərək Növbətçi Hissəyə təhvil vermişlər. X17 fürəstdən istifadə edərək öz işlətdiyi kafesinə girmiş və qapını arxadan bağlamışdır. Onlar həmin obyektə daxil olmamışlar. Şəhriyar Umarovu çölə çağırsalar da, o obyektindən çölə çıxmamış, nalayiq ifadələrlə obyektin qapısının arxasından davam etdirmişdir. Şəhriyar Umarovun obyektdən çıxmayacağını görüb rayon polis şöbəsinə gələrək onun və atası Şəxs və qardaşı Tural Umarov barəsində tədbir görülməsi üçün raport tərtib etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fərid Möhlət oğluvə X15ilə oxşar məzmunlu izahat verərək, onların dediklərini təsdiq etmişdir. İşdə olan 22 avqust 2023-cü il tarixli “X16 Haqqında” protokoldan görünür ki, Şəxs 23 avqust 2023-cü il tarixdə, saat 02:00-da tutulmuşdur. İş materiallarında olan video diskə köçürülmüş görüntülərə məhkəmə iclasında baxış keçirilərkənmüəyyən olundu ki, ŞəxsQəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X9 əli ilə itələyərək onun qanuni tələbini yerinə yetirməmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması özünün etirafı, şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsiniinzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində saat təxminən 23:00 radələrində polis əməkdaşlarının qanuni tələbini pozmuşdur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 150 (bir yüz əlli) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar