Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-449/2024 29.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X13 Oktay oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İ dərəcəli ədliyyə qulluqçusu X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil1 iştirakı ilə, xx.xx.1982-ci ildə Ağdərə rayonunda anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ şəhəri, E.Kərimov küçəsi ev 14-də qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (MN 1748940) tərtib olunmuşdur ki, o, X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllülü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində hər biri üçün 140 manat, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 120 manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)- 100/2024 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməyərək 2100,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, tələbkar X1 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllülü X3 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində hər biri üçün 140 manat, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay sabit pul məbləğində 120 manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2(025)-100/2024 saylı icra sənədi üzrə yaranmış 2100,0 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, X12 Təhsil İdarəsinin Qəbələ rayon sektorunda metodist vəzifəsində işləyərək cəmi 480,0 manat əmək haqqı alır və ayda 400,0 manat aliment əmək haqqından tutularaq vaxtı-vaxtında ödənilir. Həmin icra sənədi üzrə 2100,0 manat aliment borcu 2023-cü ilin noyabr ayından 2024-cü ilin mart ayınadək olan müddət üçün hesablanmış məbləğ olmuş və həmin dövrdə onun tərəfindən hissəhissə qeyri rəsmi qaydada ödənilmişdir. Başqa gəlirləri və qiymətli əmlakı olmadığından tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2024-cü il tarixdə borcundan 8000,0 manat və xx.xx.2024-cü il tarixdə 800,0 manat ödəmişdir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-100/2024 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllülü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçüçn hər ay sabit pul məbləğində hər biri üçün 140 manat, xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 120 manat olmaqla, cəmi 400 (dörd yüz) manat aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. . İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-100/2024 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli e102285/2024-11-9-003 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(025)-100/2024 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e102285/2024-11-5-005 nömrəli arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-100/2024 saylı icra sənədi üzrə borclu Şəxs 1500 manat tələbkara aliment ödəmiş, 2100 manat ödənilməmiş aliment borcu qalmaqdadır. İşdə olan 28215 nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə A*****M*****M qızının 523915******3944 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 800,0 manat köçürülmüşdür. İşdə olan **********8 əməliyyat nömrəli qəbzin surətinə əsasən xx.xx.2024-cü il tarixdə A*****M*****M qızının 523915******3944 nömrəli Bank kartı hesabına onlayn ödəmə vasitəsilə 800,0 manat köçürülmüşdür. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-100/2024 saylı icra sənədi üzrə tələb borclu Şəxs əmək haqqına yönəldilmişdir. xx.xx.2024-cü il tarixədək Şəxs icra sənədi üzrə 2100,0 manat borcu qalmış və xx.xx.2024-cü il tarixədək həmin məbləğdən cəmi 1600,0 manat ödəmişdir. Məcburi icra tədbirləri nəticəsində Şəxs başqa gəlirləri və tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(025)-100/2024 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə ( MN 1748940) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(025)-449/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-449/2024
29.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver