Məhkəmə qərarları › İş №3(025)-45/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-45/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-45/2025 10.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Gülanə Elmdar qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı mirdamət Nəzərli, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə anadan olmuş, AR vətəndaşı, subay, Qəbələ rayonu Yeni Dızaxlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol (xx.xx.2025; MN 2291581) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində qəsədn nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Yeni Dızaxlı kəndində yaşayır və bələdiyyədən torpaq sahəsi alaraq fərdi qaydada heyvandarlıqla məşğul olur. X3 onun qohumudur və əvvəllər münasibətləri həmişə yaxşı olmuşdur. Heyvanlarının saxlanmasından ötrü torpaq sahəsinin ayrılması ilə əlaqədar X3 2024-cü ildə bələdiyyə sədrindən şikayət etdiyi üçün ona iradını bildirmiş və bu səbəbdən münasibətlərində soyuqluq yaranmışdır. 2025-ci ilin yanvar ayında “TikTok” sosial şəbəkəsində idmanla məşğul olan həmyaşıdı haqqında “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu paylaşım etmiş və həmin yorum səhvən 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X4 haqqında X1 paylaşımında yer almışdır. Bu barədə bildikdən sonra X2 zəng edib ondan üzr istəsə də, Əmrah ondan şikayətçi olmuşdur. Həmin tarixdən sonra, o cümlədən xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində X3 ilə görüşməmiş, onunla mübahisə etməmiş və yanında nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. X3 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Yeni Dızaxlı kəndində yaşayır və dövlət tərəfindən yardım kimi verilən iribuynuzlu heyvanları saxlamaqla məşğul olur. Təsərrüfatında olan heyvanların otarılmasından ötrü torpaq sahəsi ayrılması barədə müraciətinə baxılmadığı üçün yerli bələdiyyədən şikayət etmiş, bələdiyyə sədri Şəxs qohumu olduğuna görə sonuncu ilə münasibətləri pozulmuşdur. Şəxs bu səbəbdən ona qarşı qərəzli olmuş və “TikTok” sosial şəbəkəsində 44 günlük Qarabağ müharibəsində şəhid olmuş X4 haqqında etdiyi paylaşımına 2025-ci ilin yanvar ayında “Burcudmaq üçün fiqura lazımdır, heyif ki, o da yoxdur” məzmunlu yorum verərək hörmətsizlik etmişdir. Şəxs hərəkəti ona çox pis təsir etdiyi üçün ondan şikayət etmiş, lakin həmin tarixdən sonra onunla görüşməmiş və mübahisə etməmişdir. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində Şəxs görməmiş və nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasına şahidlik etməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu Yeni Dızaxlı kəndi ərazisində qəsədn nalayiq ifadələr işlədərək ictimai qaydanı pozması müəyyən edilməmişdir. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığından Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta protokol üzrə) xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar