Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-450/2021 13.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qafarlı Yelmar Elman oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil oğlunun oğlunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs Əliyusif oğlu - 1992-ci il iyulun 08-də Qəbələ rayonu Mamaylı kəndində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Mamaylı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 sentyabr 2021-ci il tarixdə Qəbələ rayon Polis şöbəsindən Şəxs Əliyusif oğlu barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs Əliyusif oğlu 11.09.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Qəbələ rayonu Hacallı kəndində ictimai yerdə polis əməkdaşları ictimai qaydanın mühafizəsi vəzifələrini həyata keçirərkən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 13 sentyabr 2021-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis baş leytenantı X5 göstərdi ki, Şəxs Əliyusif oğlu 11.09.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Qəbələ rayonu Hacallı kəndində ictimai yerdə polis əməkdaşları ictimai qaydanın mühafizəsi vəzifələrini həyata keçirərkən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxsin barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əliyusif oğlu özünü Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, ona məxsus **-BN-*** dövlət qeydiyyat nömrə nişanlı yül daşıma təyinatlı “Kamaz” markalı avtomobili mövcuddur. Həmin avtomobillə mişar daşı daşıyır və satır. 11 sentyabr 2021-ci il tarixdə təxminən saat 11:30 radələrində özünə məxsus “Kamaz” markalı avtomobilində mişar daşı satmaq məqsədilə Hacallı kəndində yol kənarında dayanmışdır. Bu zaman polis əməkdaşı ona yaxınlaşmış və yol kənarında icazə olunmayan yerdə malların satışı ilə məşğul olduğuna görə protokol tərtib edəcəyini bildirmişdir. O isə polis əməkdaşlarına ətrafında eyni pozuntunu törədən digər şəxslərində olduğunu, hansı səbəblə yalnız onun barəsində protokol tərtib ediləcəyini soruşmuşdur. Polis əməkdaşları isə digər şəxslərin icazə sənədlərinin olduğunu bildirmişdir. Belə olub onun barəsində protokol tərtib etmişlər və protokolu imza etməkdən imtina etmişdir. Orada olan digər şəxslərin avtomobillərinin də oradan çıxarılmasını xahiş etmişdir. Həmçinin bununla bağlı çəkiliş aparılmışdır. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. O isə “Kamaz” markalı avtomobilini evə gətirib saxlamış, daha sonra geri qayıtmışdır. Bundan sonra polis əməkdaşlarının avtomobilinə könüllü minərək Qəbələ rayon Polis şöbəsinə gəlmişdir. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Vəliyyədin oğlu çıxış edərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əliyusif oğlu əvvəlcə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmasa da, sonradan polis əməkdaşları ilə könüllü olaraq polis şöbəsinə gəlmişdir. Göstərilənlərin nəzərə alınmasını və barəsində yüngül qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri X3 izahatında bildirmişdir ki, 11.09.2021-ci il tarixdə Qəbələ rayonu Hacallı kəndində xidmətdə olarkən Şəxs Əliyusif oğlunun küçə ticarəti ilə məşğul olduğu aşkar edilmişdir. Həmin şəxsə dəfələrlə bildirmişdir ki, öz qanunsuz fəaliyyətini dayandırsın, lakin həmin şəxs onların qanuni tələblərinə qəsdən tabe olmayaraq öz qanunsuz fəaliyyətini davam etdirmişdir. Bundan sonra onlar həmin şəxsi nizam-intizama dəvət etmişlər, lakin Şəxs öz nümayişkarcasına öz hərəkətləri ilə onların qanuni göstərişini icra etməmişdir. Həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün Qəbələ RPŞ-yə gətirilməsi üçün xidməti maşına əyləşməyi bildirmişlər. Lakin həmin şəxs kənd sakinlərini başına toplayaraq öz hərəkətlərini davam etdirmiş və öz avtomobilinə əyləşərək getmişdir. Bundan sonra həmin şəxsi Qəbələ RPŞ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri Babaşov Rəcəb Zübeyir oğlu izahatında bildirmişdir ki, 11.09.2021-ci il tarixdə Qəbələ rayonu Hacallı kəndində polis sahə rəisi Əmirxan Səfərli ilə xidmətdə olarkən içərisi mişar daşları ilə dolu olan “Kamaz” markalı avtomobilin küçə ticarəti ilə məşğul olduğunu aşkar etmişlər. Həmin şəxs barəsində protokol tərtib etmişlər. Sonra həmin şəxsə avtomobilini həmin ərazidən götürməsini bildirmişlər. Şəxs isə onların qanuni göstərişlərinə qəsdən tabe olmayaraq öz qanunsuz fəaliyyətini davam etdirmişdir. Onlar dəfələrlə həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni göstərişlərinə məhəl qoymayaraq küçə ticarəti ilə məşğul olmuşdur. Sonra isə həmin şəxs öz “Kamaz” markalı avtomobilinə minərək ərazidən uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X1 Vüsal Sadəddin oğlu və Babaşov Rəcəb Zübeyir oğlu ilə oxşar məzmunlu izahat verərək onların dediklərini təsdiq etmişdir. İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin 11 sentyabr 2021-ci il tarixli, 231 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun içkili olmadığı müəyyən olunmamışdır. İş materiallarında olan video materiala məhkəmə iclasında baxış keçirilərkən müəyyən olundu ki, həqiqətən Şəxs Əliyusif oğlu 11.09.2021-ci il tarixdə polis işçilərinin qanuni tələblərinə tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Əliyusif oğlunun Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs Əliyusif oğlunun xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması şahidlərin izahatı və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Əliyusif oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əliyusif oğlunun əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs Əliyusif oğlu 11.09.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində Qəbələ rayonu Hacallı kəndində ictimai yerdə polis əməkdaşları ictimai qaydanın mühafizəsi vəzifələrini həyata keçirərkən onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs Əliyusif oğlunun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmama kimi halların və eyni zamanda onun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, Şəxs Əliyusif oğlu Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Əliyusif oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə tətbiq edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-450/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-450/2021
13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver