Məhkəmə qərarları › İş №3(025)-451/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-451/2021

13.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-451/2021 13.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21.06.2021-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində saat 11:00 – 12:00 radələrində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 iyul 2021-ci il tarixli qərarına əsasən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkib əlaməti olmasına görə barəsində inzibati icraat başlanması və həmin maddə ilə protokol tərtib olunub inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ RPŞ-nə göndərilməsi qərara alınmışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X1 Mehmandar Bahyəddin oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis baş leytenantı X4 izahatında bildirmişdir ki, Şəxs 31.06.2021-ci il tarixdə Qəbələ rayonu Mıxlıqovaq kəndində saat 11:00 – 12:00 radələrində münaqişə zəminində Zərərçəkmiş şəxs döyərək, sonuncuya sağlamlığa zərər vurmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında mövcud olan mübahisələrinin əsas səbəbi mülki məzmundadır. Belə ki, Mehmandar 2007-ci il tarixdə hal-hazırda mübahisəli olan 47 sot torpaq sahəsini ondan 300 manat pul alaraq həmin torpaq sahəsindən istifadə etmək istəməmişdir və sözügedən torpaq sahəsinin onun istifadəliyinə keçmişdir. Lakin həmin tarixdə torpaq sahəsini öz adına sənədləşdirməmişdir. Mehmandarın ailə üzvlərindən sözügedən torpaq sahəsini aldıqdan sonra orada fındıq, alma və sair meyvə ağacları əkmişdir. Eləcə də həmin torpaq sahəsini öz adına sənədləşdirmək istədiyi ərəfədə Mehmandarın ailə üzvləri onu məhkəməyə vermişlər. Məhkəmə də Mehmandarın xeyrinə qərar çıxarmışdır. 21 iyun 2021-ci il tarixdə saat 12 radələrində bağ sahəsində ot biçdiyi zaman yorulduğu üçün evə su içməyə gedib geri qayıtdığı zaman Mehmandar pay torpaq sahəsinə mal-qaranın keçməsi barədə deyinməyə başladı. Bu səbəbdən aralarında sözlü mübahisələri yarandı. Lakin həmin mübahisə zamanı Mehmandara qarşı fiziki zor tətbiq etməmişdir. Sadəcə olaraq onu əli ilə kənara itələdi. Özü isə fiziki zora məruz qalmamışdır və bədən xəsarətləri yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, həmkəndlisi Şəxs ilə aralarında təxminən 3 il müddətdir ki torpaq mübahisələri mövcuddur. Belə ki, Şəxs ona və ailə üzvlərinə Qəbələ rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında düşən pay torpaq sahəsindən istifadə etməyinə imkan vermir. 20 iyun 2021-ci il tarixdə həmkəndliləri ilə pay torpaq sahəsindəki otu 21.06.2021-ci il tarixdə biçmək barədə razılığa gəldilər. Elə həmin tarixdə də saat 11 radələrindən sonra işdən çıxaraq evə gedib üst geyimini dəyişib pay torpaq sahələrinin yerləşdiyi yerə getdi. Lakin həmkəndliləri otu biçmək üçün gəlmədi. Bu səbəbdən geri qayıtdığı zaman pay torpaq sahəsinin yanındakı bağ sahəsində ot biçən həmkəndlisi Məhyəddin ona “sən burada neyləyirsən?” dedi. Məhyəddinə cavab olaraq “torpaq sahəmizə baxmağa gəlmişəm” dediyi zaman Məhyəddinin ona “sənin burada torpaq sahən varmı?” deyərək ilk olaraq üzərinə hücum çəkib ona məxsus dəyəri təxminən 250 manat təşkil edən Honor 7A markalı telefonunu əlindən götürərək torpaq örtüyünün üstünə çırpıb ayaqları üstə ekranın sınması üçün bir neçə dəfə atlanıb-düşdü. Daha sonra onu yumruq, şillə və təpiklə döydü. Məhyəddinin ona şillə zərbələri yetirməsi nəticəsində bel nahiyyəsində xəsarətləri yarandı. Həmin vaxtı səsə Məhyəddinin qudası Saslan onlara tərəf gələrək Məhyəddini ondan ayırmağa cəhd etdiyi zamana kimi artıq özü qaçaraq çaya, oradan da evlərinə getdi. Özü Məhyəddinə qarşı fiziki zor tətbiq etməmişdir. Mobil telefonunun sındırılmasını dəqiq bilmir və Məhyəddin əlində dəryaz tutaraq onu sözlə öldürməklə hədələmişdir. Sonda isə Şəxs ilə barışmayacağını və ondan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində inzibati xəta tərkibi olmadığından işin icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9-Təcrübi və Tədris Birliyinin 21.06.2021-ci il tarixli, 252 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – boyunu sol aşağı hissəsinin, sol kürək, sağ dirsək nahiyyəsinin və saö baldırın bayır orta 1/3-nin sıyrıqları, sol və sağ bel, sol kürək nahiyəsini, sağ çiynin üst səthinin, sağ bazunun bayır yuxarı, sağ baldırın aşağı 1/3-nin qançırı kimi xəsarəti vardır. Həmin xəsarətlər küt alətin (əşyanın) təsirindən müayinə olunanın qeyd etdiyi və qərarın təsviri hissəsində göstərilən 21.06.2021-ci il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan bədən xəsarətinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 13 sentyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş iş materiallarını nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tərəflərin izahatları, ekspert rəyi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinə əsasən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbəblə Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar