Məhkəmə qərarları › İş №3(025)-453/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-453/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-453/2020 16.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin şöbə rəisi, polis baş leytenantı X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Əliyev X3 rayonu Tikanlı kənd sakini Zərərçəkmiş şəxs ilə mübahisə edərək ona bədən xəsarətləri yetirmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin şöbə rəisi, polis baş leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində Əliyev X3 rayonu Tikan kənd sakini Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncuya bədən xəsarətləri yetirmişdir. Təhqiqatın araşdırması nəticəsində tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 12-13 radələrində Nic qəsəbəsindəki bazarda İlqar adlı şəxsin çayxanasında həmkəndlisi Elşən, o və Mübariz çay içirdilər. Onlar çayxananın binasının içərisində idi. O, ayaqyoluna getmək üçün çölə çıxdı. Gördü ki, qaz işçiləri Həzi, Nurlan və Namiq adlı şəxslər çayxananın həyətində oturub çay içirlər. xx.xx.2020-ci il tarixdə o, həyətinin kənarında yola tökülən qozları yoldaşı Aynurə ilə birlikdə yığırdı. Bu zaman yoldan maşın ilə həmin qaz işçiləri keçdi və onun arvadına baxdılar. O da buna görə həmin şəxsləri çayxanada görəndə yaxınlaşdı və Namiq adlı şəxsə səhv etdiklərini, niyə arvadına baxdıqlarını dedi. Bu zaman Həzi ona kim baxıbdır dedi. O da “sən baxmısan” dedi. Həzi “mən baxmamışam” dedi. O da kim baxıbsa onun ünvanına söyüş söydü. Həzi stoldan ayağa qalxaraq onun ağız nahiyəsinə bir dəfə yumuruq ilə zərbə vurdu. O da yumruq ilə bir dəfə onu vurdu. Lakin harasına dəydiyini bilmir. Həzi onun sinəsindən itələdi. Bu zaman Namiq və Nurlan onların arasına girdi. Onları ayırdı. Daha sonra Mübariz və Elşən həmin yerə gəldilər. Ayıran zaman onlar bir-birinə təpik atırd. Lakin onun atdığı təpiklərin Həziyə və ya Həzinin atdığı təpiyin ona dəyib dəymədiyini bilmir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Zaqataia Regional qaz istismar idarəsinin Qəbələ xidmət sahəsinin texniki avadanlıqların təmiri üzrə çilingəri vəzifəsində işləyir. Qəbələ rayon Nic qəsəbəsi ərazisində qazın ümumi təminatına nəzarət edir. xx.xx.2020-ci il tarixdə iş yoldaşları çilingər, Namiq Əliyev və köməkçi Nurlan Umarov ilə birlikdə Qəbəl rayon Nic qəsəbəsindəki bazarın çayxanasında çay içirdilər. Onlar gönortaya kimi bildirişləri yazıb istirahət üçün çayxanaya gəlmişdi. Həmin çayxana Nic qəsəbə sakini İlqar adlı şəxsə məxsusdur. Onlar çayxananın həyətində oturmuşdular. Saat təxminən 13:30 radələri olardı. Bu zaman Nic qəsəbə sakini Şəxs onlar oturduğu stola yaxınlaşdı və hamısına yoldan keçəndə nə edərlər sualını verdi. Sual təcüblü olduğu üçün o, “nə üçün bu sualı verirsən” dedi. Yenə Cavid eyni sualı təkrar etdi. O, Cavidə “nə demək istəyirsən açıq de” dedi. Cavid ona dedi ki, “3-4 gün əvvəl siz maşın ilə keçəndə mənim tərəfə mən işləyən zaman baxmısız”. O, Caviddən “sənə harda baxmışam” deyə soruşdu. Cavid ona nalayiq ifadə ilə cavab verdi. Aralarında sözlü mübahisə yarandı. Cavid nalayiq ifadə işlətdiyi üçün adam kimi danış dedi. Bu zaman Cavid onun sağ üz nahiyəsindən bir dəfə sillə ilə zərbə vurdu, başındaki papaq yerə düşdü. O, ayağa qalxdı. Cavid onun üzərinə gəlirdi. O, bu zaman Cavidi əli ilə sinəsindən kənara itələdi. Cavid onun o da Cavidin üzərinə getdi. Bu zaman iş yoldaşı Nurlan onların arasına girdi və ayırmaq istədi. Cavid Nurlanı da söyüb təhqir etdi. Onun ayağına təpik ilə zərbə vurdu, Nurlan da onun ayağına təpik ilə bir dəfə zərbə vurdu. Cavid onun sağ ayağının bud hissəsindən təpik ilə zərbə vurdu. O da belə olub onun sağ ayağına təpik ilə zərbə vurdu. Həmin zaman çayxanada olan şəxslərdən tanımadığı şəxs, həmçinin iş yoldaşı Namiq və Nurlan onları ayırdı. Cavidi çayxananın həyətindən çayxananın binasına saldılar. Cavid yenə söyüş söyməyə davam edirdi. Onlar daha sonra çayxanadan uzaqlaşdılar. Sonda isə Şəxs ilə barışdığını və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin şöbə rəisi, polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 53, 106-109, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar