Məhkəmə qərarları › İş №3(025)-454/2020

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-454/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-454/2020 16.11.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X4, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Şəxs - 1994-cü il yanvarın 16-da Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan və qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına xx xxxxxx 2020-ci il tarixdə İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:13 radələrində Qəbələ RPŞ-nin inzibati binasında NH-nin qarşısında ictimai qaydanı pozulmasına yönəlmiş hərəkətlər edərək ucadan səs-küy salmışdır. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli xx xxxxxx 2020-ci il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis kapitanı X6 göstərdi ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 23:13 radələrində Qəbələ RPŞ-nin inzibati binasında NH-nin qarşısında ictimai qaydanı pozulmasına yönəlmiş hərəkətlər edərək ucadan səs-küy salmışdır. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə əvvəllər tanıdığı Qəbələ şəhər sakini X10 ilə birlikdə imiş. Axşam saatlarında Mirzəbəyli kəndindən keçən yolla hərəkət edərkən oduncaq ilə dolu maşın onların avtomobilini keçmişdir. Elnur meşə idarəsinin işçisi olduğuna görə işarə verərək maşını saxlatmış və ondan sənədinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs sənədinin olmadığını demiş və Elnur 102 xidmətinə məlumat verərək polis əməkdaşlarını oraya çağırmışdır. Maşın oradan uzaqlaşdığına görə Elnur təkrar 102 xidmətinə zəng etmiş, polis şöbəsindən ona zəng edərək polisə gəlməsini bildirmişlər. Onlar birlikdə polis şöbəsinə gəlmişlər və şöbəyə daxil olanda o, telefonunu öz istəyi ilə növbətçi hissənin qarşısındakı stolun üzərinə qoymuşdur. Polislər Elnuru izahat almaq üçün aparmışlar və onu Təvəkkül adlı polisin yanında saxlamışlar. Bu müddət ərzində onun mobil telefonuna bir neçə dəfə zəng gəlmiş və o, telefonuna cavab vermək üçün telefonunu götürmək istəyəndə Təvəkkül və yanındakı adını bilmədiyi polis əməkdaşları onun telefonunu götürməyə maneə olmuşlar. Beləliklə o, telefonunu götürməmiş, aralarında mübahisə olmamışdır. Hətta o, Təvəkkülün telefonu ilə evə zəng vurmuş, təxminən 1 saat yarımdan sonra hər ikisini evə buraxmışlar. O, polis şöbəsində səs-küy salmamış və nəlayiq ifadə işlətməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPX-nin polis serjantı X3 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə axşam saat təqribən 23:13 radələrində Qəbələ rayon Polis şöbəsinə daxil olmuş 102 məlumatı əsasında “102”yə məlumat verən şəxs X10 və onun yanında olan Şəxs Qəbələ RPŞ-yə dəvət edilmişdir. Bu vaxt o, şöbədə əməliyyat istintaq qrupunun üzvü olmamışdır. Onların hər ikisi müşahidələri əsasında içkili vəziyyətdə olduqları məlum olduğuna görə onların sərxoşluq müayinəsindən keçirilməsi zərurəti yaranmışdır. Növbətçi hissə tərəfindən həkim çağırılmış, lakin həkim növbədə olduğundan onlar Elnur və Rəvanı növbətçi hissənin maşını ilə xəstəxanaya aparmaq istədikdə Şəxs ucadan səs-küy salmış, zorla müayinəyə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin PPX-nin polis serjantı X2 Təvətgül Xaləddin oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Eyni zamanda izahatında göstərmişdir ki, Şəxs söyüş söydüyünü eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis sahə rəisi X11 izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə o, Qəbələ RPŞ-də əməliyyat-istintaq qrupunda imiş. Saat təxminən 23:15 radələrində Qəbələ RPŞ-də olarkən 102 məlumatı əsasında şöbəyə gəlmiş Rəvan adlı şəxsin növbətçi hissəini qarşısında səs-küy saldığını eşitmişdir. Bu vaxt Şəxs uca səslə spirtli içki qəbul etdiyini, lakin sərxoşluq müayinəsindən keçmək istəmədiyini polis əməkdaşlarından eşitmiş, özü isə Şəxsı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəbələ RPŞ-nin polis sahə rəisi X1 Toğrul İslam oğlu ilə oxşar məzmunlu izahat verərək onun dediklərini təsdiq etmişdir. Eyni zamanda izahatında göstərmişdir ki, Şəxs söyüş söydüyünü eşitməmişdir. Şəxs sadəcə olaraq sərxoşluq müayinəsinə getməkdən imtina etmişdir. - İş materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinənin xx xxxxxx 2020-ci il tarixli, 462 nömrəli protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti yoxlanılmış, sonuncunun qanında alkoqolun miqdarı 2,90‰ təşkil etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını və şahidlərin ifadələrini dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi həmin Məcəllənin 38-ci fəslinə, yəni ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyət əleyhinə olan inzibati xətalara daxil edilmişdir. İctimai qayda dedikdə dövlət orqanları və qeyri-hökümət təşkilatlarının fəaliyyəti, əhalinin əməyi və istirahəti üçün normal şəraitin və ictimai həyatın əmin-amanlıq vəziyyətinin təmin edilməsi məqsədi daşıyan, ictimai yerlərdə insanların ünsiyyəti prosesində yaranan, cəmiyyətin tələbatı ilə şərtləndirilən və sosial normalarla tənzimlənən ictiami münasibətlər sistemi kimi başa düşülür. Göründüyü kimi İXM-nin 510-cu maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində xırda xuliqanlıq hərəkətləri olmalıdır. Xırda xuliqanlıq isə ictimai qaydaya qəsd edən inzibati xətadır. O, təqsirli şəxsin mədəniyyət və dünyagörüşü səviyyəsinin aşağı olmasını, onun təkəbbürlüyünü, özündən razı olmasını, onu əhatə edən insanların maraqlarına laqeydliyini və əxlaq qaydalarına məhəl qoyulmamasını sübut edir. Bu inzibati xətanın obyekti ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahələrində yarana ictimai münasibətlərdir. Xətanın bilavəsitə obyekti isə vətəndaşların ictimai yerlərdə olması ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Bu xətaların törədilməsi zamanı, hər bir halda, ictimai qaydaya, vətəndaşların şərəf və ləyaqətinə, onların normal iş şəraitinə, istirahətinə, hüquq və qanuni maraqlarına ziyan vurulur. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların, yəni ictimai qaydanın pozulmasının mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmadı. Ona görə də məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokoldan və məhkəmə iclasında araşdırılan sübutlardan göründüyü kimi Şəxs hərəkətlərində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hallar mövcud deyil və bu hallar öz təsdiqini tapmadı. Qanunvericiliyə əsasən sübut etmək vəzifəsi Şəxs üzərinə düşmədiyindən və məhkəməyə R.Ş.Əzimlinin ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilmədiyindən məhkəmə hesab edir ki, hazırki protokol əsasında R.Ş.Əzimli İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan əlavə məhkəmə iclasında şahid qismində ifadə verən polis əməkdaşları bir-birinə uyğun olmayan, ziddiyətli ifadələrək vermişlər. Belə ki, şahid qismində dindirilmiş polis əməkdaşları Qəbələ rayon Polis şöbəsində verdikləri izahatlarında Şəxs onların ünvanlarına söyüş söydüklərini bildirsələr də, məhkəmə zamanı verdikləri ifadələrində R.Ş.Əzimlinin söyüş söydüyünü eşitmədiklərini bildirmişlər. İş materiallarından, barəsində inzibati icraat aparılan şəxsin izahatından görünür ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməmişdir. İşdəki materiallarla isə onun İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi sübut olunmur. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər kimi hərəkətlər edilmədiyindən onun İXM-in 510-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edilir. Bu səbəbdən Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Odur ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,105,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar