Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-454/2025 02.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon YPX inpektoru polis baş serjantı X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı il tarixdə anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayan Şəxs barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 342.9-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli) tərtib edilmişdir ki, o, idarə etdiyi “QAZ 3302 18 YÜK” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 16:28 radələrində Qəbələ rayonu ərazisində hərəkətdə olarkan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etmişdir. Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Vəndam qəsəbəsində yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 16:28 radələrində Qəbələ rayon İcra Hakimiyyəti Başçısının müavini Arif müəllimin tapşırığı ilə rayon ərazisində aparılan abadlıq işlərində istifadə olunmaqdan ötrü alınan taxta materialların özünə məxsus olan “QAZ 3302 18 YÜK” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə Qəbələ şəhəri ərazisində bir məntəqədən digərinə daşınmasını həyata keçirmiş və yol verdiyi yükdaşıma qaydaları pozuntusunun kameralar vasitəsilə qeydə alınmamasından ötrü nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərini örtüklə bağlamışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 342.9-cü maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi ““QAZ 3302 18 YÜK” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə xx.xx.2025-ci il tarixdə, saat 16:28 radələrində Qəbələ rayonu ərazisində hərəkətdə olarkən nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının üzərinə örtük salaraq görünüşünü çətinləşdirməklə AR İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, İXM-nin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 342.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-454/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-454/2025
02.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver