Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-455/2020 01.12.2020 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə Qəbələ rayon Əmirvan Bələdiyyəsinin sədri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsidən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə 41 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Qəbələ rayon Əmirvan Bələdiyyəsinin sədri Şəxs bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan Qəbələ rayon Əmirvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı; xx.xx.2020-ci il tarixli, 04 saylı; xx.xx.2020-ci il tarixli, 05 saylı; xx.xx.2020-ci il tarixli, 06 saylı; xx.xx.2020-ci il tarixli, 10 saylı; xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokollarını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda 41 nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda olan Şəxs izahatından görünür ki, sonuncu bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan Qəbələ rayon Əmirvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı; xx.xx.2020-ci il tarixli, 04 saylı; xx.xx.2020-ci il tarixli, 05 saylı; xx.xx.2020-ci il tarixli, 06 saylı; xx.xx.2020-ci il tarixli, 10 saylı; xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokollarınıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etmədiyini etiraf etmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 549.2cimaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetdiyindən Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunmalı bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Hazırkı işdə müəyyən edilir: - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 03 saylı iclas Protokolunun surətindən görünür ki, Əmirvan Kəndində süni su gölünün təmir işləri ilə bağlı tərtib edilmiş baxış aktı təsdiq edilməsi, baxış aktında nəzərdə tutulan 280 (iki yüz səksən) manat vəsait bələdiyyə büdcəsindən buraxılması və qərarın icrasına nəzarət Sosial Müdafiə və Sosial İnkişaf komissiyasına tapşırılması qərara alınmışdır. - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 04 saylı iclas Protokolunun surətindən görünür ki, Əmirvan Kəndində içməli su xəttinin və ekskovatorun təmiri ilə bağlı tərtib edilmiş baxış aktının təsdiq edilməsi, baxış aktında nəzərdə tutulan 200 (iki yüz) manat vəsait bələdiyyə büdcəsindən buraxılması və qərarın icrasına nəzarət Sosial Müdafiə və Sosial İnkişaf komissiyasına tapşırılması qərara alınmışdır. - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxx 2020-ci il tarixli, 05 saylı iclas Protokolunun surətindən görünür ki, Əmirvan bələdiyyəsinə məxsus kollu örüş təyinatlı torpaq sahəsindən yay aylarında əhaliyə iaşə xidməti göstərmək məqsədi ilə 0,15 ha torpaq sahəsi kənd sakini X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi (dörd aylıq) istifadəyə verilməsi və onunla müvafiq müqavilə bağlanması, istifadə haqqı cəmi 500 (beş yüz) manat olmaqla müqavilə bağlanıldıqdan 3 (üç) gün ərzində Əmirvan bələdiyyəsinin büdcəsinə ödənilməsi və qərarın icrasının Sosial Müdafiə və Sosial İnkişaf komissiyasına tapşırılması qərara alınmışdır. - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxxx 2020-ci il tarixli, 06 saylı iclas Protokolunun surətindən görünür ki, kəndarası və kənd – “Naves” adlanan hissədə yolların təmiri nəzarətdə saxlanılması, qeyd olunan təmir işləri üçün bələdiyyə büdcəsindən 250 (iki yüz əlli) manat vəsait buraxılması və qərarın icrasına nəzarət Sosial İnkişaf və Sosial Müdafiə məsələri daimi komissiyasına tapşırılması qərara alınmışdır. - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxxxxx 2020-ci il tarixli, 10 saylı iclas Protokolunun surətindən görünür ki, kənddə idmanın inkişafına maddi köməklik göstərilməsi və bələdiyyə büdcəsindən gənclərdən ibarət yığma futbol komandasına 100 (bir yüz) manat vəsait ayrılması və qərarın icrası Sosial Müdafiə və Sosial İnkişaf komissiyasına tapşırılması qərara alınmışdır. - Qəbələ rayon Əmirvan Bələdiyyəsinin xx xxxxxxxx 2020-ci il tarixli, 12 saylı iclas Protokolunun surətindən görünür ki, məktəbdə cari təmir işlərinin aparılmasına köməklik məqsədilə bələdiyyə büdcəsindən 235 (iki yüz otuz beş) manat vəsait ayrılması və qərarın icrası Sosial Müdafiə və Sosial İnkişaf komissiyasına tapşırılması qərara alınmışdır. - Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş Qəbələ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 3(025)-305/2020 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinmiş və 400 (dörd yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6.0.8-ci maddəsinə əsasən qanunçuluq prinsiplərinə riayət olunmasının təmin edilməsi ilə bağlı bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın təklif və tövsiyələrinin bələdiyyələrin iclaslarında müzakirəsi barədə qərarlar Bu Qanunun 5.0.1-ci maddəsində nəzərdə tutulmuş əsas üzrə inzibati nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə bələdiyyələr qəbul etdikləri aktların bir surətini həmin aktların qəbul edildiyi andan 5 gündən gec olmayaraq inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 15.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən edir. Hazırkı halda, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Şəxs İXM-nin 549.2-ci maddəsinin tələblərini pozaraq, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan Qəbələ rayon Əmirvan bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 03 saylı; xx.xx.2020-ci il tarixli, 04 saylı; xx.xx.2020-ci il tarixli, 05 saylı; xx.xx.2020-ci il tarixli, 06 saylı; xx.xx.2020-ci il tarixli, 10 saylı; xx.xx.2020-ci il tarixli, 12 saylı iclas protokollarınıAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional Ədliyyə İdarəsinə vaxtında təqdim etməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinməli və cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinsin və 600 (altı yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-455/2020
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-455/2020
01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver