Məhkəmə qərarları › İş №3(025)-455/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-455/2023

28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-455/2023 28.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta törətməsinə dair materiala baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4 və 334.2-ci maddələri üzrə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında protokolda Şəxs İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi göstərilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin təqdim olunmuş materialdan Şəxs İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın əvvəllər törədilməsi müəyyən olunmamışdır. Belə olan halda, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması düzgün tövsif edilməmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, inzibati materialla bağlı qanunun tələblərinə riayət edilmədiyi üçün barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin əməlinin hüquqi tövsifi dəqiq müəyyən etmək mümkün deyildir. Həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nın 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4 və 334.2-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar geri qaytarılsın. Sədrlik edən: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar