Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-455/2024 13.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə X3 DİN BDYPİ-nin polis polkovniki, X7 inzibati xəta haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X6 DİN BDYPİ-nin polis polkovniki, X7 inzibati xəta haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından şikayətlə müraciət edərək, DİN BDYPİ-nin polis polkovniki, X10 tərəfindən qəbul edilmiş onun Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərara əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Qəbələ rayonuna mülkiyyətində olan HOWO ZZ3257N414N1 yük markalı, 99EK516 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman yol patrul xidmətinin hazırda soyadını xatırlamadığı əməkdaşları tərəfindən saxlanılaraq barəsində “600 manat inzibati cərimə edilməyinə dair” inzibati protokolun və qərarın olduğunu ona bildirmişlər. O, həmin protokolu və qərarı istəsə də, onlar həmin sənədləri kağız daşıyıcıda ona tədim etmək imkanında olmadıqlarını və bunun üçün Qəbələ RPŞ-ə müraciət etməli olduğunu bildirmişlər. Qəbələ RPŞ-ə müraciət edərək TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı əldə etmişdir. O, sadə bir yük maşını sürücüsu olduğu üçün bu cür protokolların qeydiyyatının aparıldığı elektron sistemdən istifadə edə bilmir. Qeyd olunan protokol və qərar ona poçt vasitəsi ilə göndərilməmiş və ya təqdim edilməmiş, inzibati xəta pozuntusunun olduğunu sübut edən foto və video materiallar isə mövcud deyildir. TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarla razı deyil. Barəsində qəbul edilmiş TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarda İXM-nin 353.2-ci maddəsinin tələblərini pozması göstərilmişdir. Lakin həmin maddədə göstərilən hallar onun tərəfindən pozulmamışdır. Belə ki, uzun illərdir yüklərin daşınması ilə məşğuldur. Avtomobilinə heç vaxt qanunda nəzərdə tutulmuş yükdən artıq yük vurmamışdır. Avtomobilinə qanunla yüklənə biləcək yükün ümumi kütləsi 40 tondur. Guya həmin vaxt o, avtomobilnə 41 ton 400 kg yük vurmuşdur. İXM-nin 127-1.3-ci maddəsinə əsasən Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. Lakin İXM-nin 127-1.3-cü maddəsinin də tələbləri pozularaq ona xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda təqdim edilməmişdir. Bundan əlavə barəsində qərar qəbul edilsə də, “smsradar” mobil tətbiqində qərar göstərilsə də, İXM-nin 353.2-ci maddəsinin tələblərini pozduğuna dair şəkillər və ya videogörüntülər sistemə əlavə edilməmişdir. Nəticədə təqsirli bilindiyi maddənin dispozisiyinda nəzərdə tutulmuş “pozuntu” isə bağlı heç bir sübut yoxdur. O, öz təqsirsizliyini sübuta yetirməli deyildir. Əgər bununla bağlı şübhələr varsa, həmin şübhələr onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəmdə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Əgər təqsirinin olması ilə bağlı yol polisi əməkdaşlarında hər-hansı sübuta yetirəcək hallar varsa həmin halların məhkəməyə təqdim edilməsini və məhkəmə zamanı araşdırılmasını xahiş edir. Onun tərəfindən guya yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 verilmiş şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib şikayətin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş DİN BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəfindən iş materiallarına əlavə edilmiş “X4” haqqında çıxarışdan görünür ki, DİN BDYPİ-nə göndərilmiş məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə tərəflərindən qəbul edilmişdir. Baxmayaraq ki, qanunvericiliyin tələbinə görə sübut etmək vəzifəsi onun üzərinə düşür. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə DİN BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, DİN BDYPİ-nin polis polkovniki X7 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati xəta haqqında 21 iyun 2024-cü il tarixli qərarı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Vİ Tağım Yol patrul xidməti inspektoru polis serjantı X8 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə “HOWO ZZ3257N414N1 yük markalı, 99EK516” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X6 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan DİN BDYPİ-nin polis polkovniki X7 inzibati xəta haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli inzibati xəta haqqında qərarda qeyd edilir ki, X6 05 iyun 2024-cü il tarixdə saat 12:05-də Bakı, Dəmiryolçular (sanqaçal) ərazisində “HOWO ZZ3257N414N1” yük markalı, 99EK516 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklü birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydasını pozmuşdur. X6 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə baxışında müəyyən olundu ki, X5 05 iyun 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında portokol tərtib edilmiş və 21 iyun 2024-cü il tarixdə TP ******* nömrəli qərarla o, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir ona görə ki, idarə etdiyi “HOWO ZZ3257N414N1” yük markalı, 99EK516 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklü birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydasını pozmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati xəta haqqında elektron protokol tərtib olunur və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. İnzibati xəta haqqında elektron protokol tərtib edildikdən dərhal sonra, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.2-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib edilir. Həmin Məcəllənin 122.6-cı maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmi şəxs protokolda qeyd olunan cəriməni ödədikdə protokolla razılamış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar hesab edilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən protokolla razılaşmadığı hallarda səlahiyyətli orqana vəsatətlə müraciət edə bilər. Vəsatət inzibati xəta haqqında protokol barədə bu Məcəllənin 125.2.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məlumat verildiyi vaxtdan 10 gün müddətində şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Vəsatət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını vəsatətdə göstərə bilər. Vəsatətdə göstərilən məlumatlar təsdiq olunarsa, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs haqqında olan iş üzrə icraata xitam verilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 125.4-ci maddəsinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərarın bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında qərardan şikayət vermiş X3 məhkəmə iclasında verdliyi izahatından belə məlum olur ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olan yol hərəkəti qaydalarının pozulması ilə bağlı qayda pozuntusunu təsdiqləyən sübutlar “smsradar” mobil tətbiqində göstərilməmişdir. Həmçinin protokol qanunla müəyyən edilmiş qaydada ona çatdırılmamış, onun barəsində qərar qəbul edilərəkən ona məlumat verilməmiş və onun iştirakı ilə araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; Məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs X6 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməli olduğu və inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat verməli halda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə məlumat vermədən onun barəsində qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırmaq mümkün deyildir. Qərarı barəsində şikayət verilən səlahiyyətli vəzifəli şəxsin məhkəmə iclasında iştirak etməyərək hər hansı sübut təqdim etməməsi hazırki şikayətin dəlillərini ətraflı və düzgün araşdırılmasını mümkünsüz edir. AR İXM-nin 127-1.3-ci maddəsinə əsasən Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. X2 xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda təqdim edilməsinə dair qərar qəbul edən orqan tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Həmçinin İXM-nin 127-1.4-cü maddəisnə əsasən Bölünən yükləri daşıyan iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinə münasibətdə qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulduqda, hərəkətin davam etdirilməsi üçün yükgöndərən (daşıyıcı) tərəfindən nəqliyyat vasitəsindən normadan artıq yükün boşaldılması və yükün digər nəqliyyat vasitəsilə daşınması təmin edilməlidir. X1 məhkəmə zamanı ifadəsindən müəyyən olundu ki, o, yük avtomobili ilə hər hansı yük boşaltmadan hərəkətimə davam etmişdir. qərar qəbul edən orqan tərəfindən isə avtomobildən yükün boşaldılmasını təsdiqləyən hər hansı sübut (akt və s.) məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə, qərar qəbul edən orqan tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 353.2ci maddəsi ilə təqsirli olunmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0. və 53.0.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı müəyyən olunduğundan, şikayət təmin edilməli, DİN BDYPİ-nin polis polkovniki X10 tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. DİN BDYPİ-nin polis polkovniki X10 tərəfindən qəbul edilmiş X3 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-455/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-455/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver