Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-456/2021 15.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 06.07.2021-ci il tarixdə, saat 18:30 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ilə Zarağan istiqamətindən Qəbələ rayonu istiqamətində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VAZ 21074 minik markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və Azpetrol dairəsində yolayrıcı keçmə qaydasını pozaraq, nəticədə Z.Əliyeva küçəsində baş yolda hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən idarə olunan VAZ 21074 minik markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən bədən xəsarəti almış, həmçinin nəqliyyat vasitəsinə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 izahatında bildirmişdir ki, Şəxs 06.07.2021-ci il tarixdə, saat 18:30 radələrində Qəbələ şəhəri, H.Əliyev prospekti ilə Zarağan istiqamətindən Qəbələ rayonu istiqamətində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan VAZ 21074 minik markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və Azpetrol dairəsində yolayrıcı keçmə qaydasını pozaraq, nəticədə Z.Əliyeva küçəsində baş yolda hərəkət edən Zərərçəkmiş şəxs tərəfindən idarə olunan VAZ 21074 minik markalı ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 06 iyul 2021-ci il tarixdə Qəbələ şəhərində dostugilə əsgərgəldi mərasiminə gəlmişdir. Həmin gün saat 18:30 radələrində Qəbələ şəhərində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanındakı yol dairəsinə Qəbələ şəhəri istiqamətdə daxil oldu ki, yol dairəsinə girərkən sağından Zarağan kəndindən Qəbələ şəhəri istiqamətdə gedən qara rəngli Vaz 2107 markalı avtomobilə yol vermədən hərəkət yoluna çıxdı. Həmin an avtomobilinin sağ qabaq hissəsi nömrəsini bilmədiyi qara rəngli Vaz 2107 markalı avtomobilin sağ yan hissəsi ilə toqquşmuş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bundan sonra qara Vaz 2107 markalı avtomobilinin sürücüsü adını sonradan bildiyi Nətavan adlı şəxs narahat olduğu üçün xəstəxanaya müraciət etmişdir. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı avtomobilində özündən başqa heç kim olmamışdır. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerini müayinə etmiş, sonra yol patrul xidməti inspektorları tərəfindən sərxoşluq dərəcəsi müayinə edilmişdir. Sərxoşluq dərəcəsi 0,111% olmuşdur. Onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Hadisənin baş verməsinə səbəb yüksək şəkəri ilə bağlı diqqətsizlik edərək yol dairəsinə daxil olub sağından Zarağan kəndi istiqamətdən gələn Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 2107 markalı avtomobilə yol verməməsi olmuşdur. Hadisəyə görə özünü günahkar hesab edir. Hadisədən əvvəl təxminən 150 qram enerji içkisi olan “GO” içmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 06 iyul 2021-ci il tarixdə saat 18:30 radələrində Qəbələ şəhərində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Qəbələ şəhəri çöl yolu adlanan yolla hərəkətdə idi. Qəbələ şəhərində Azpetrol YDM-nin qarşısındakı dairəyə daxil olaraq üzü Zarağan kəndi istiqamətdə getməli idi. Həmin yolda olan baş yol nişanına əsasən yolda hərəkət üstünlüyü ona məxsus idi. Zarağan kəndi istiqamətdən gələn avtomobillər onun və onunla eyni istiqamətdən gələn digər avtomobillərin keçib getməsini gözləməli idi. Yol dairəsinə daxil olacağı üçün avtomobilinin sürəti aşağı idi, təxminən 30 km/saat olardı. Bu zaman sol tərəfdən Zarağan kəndi istiqamətdən Qəbələ şəhəri istiqamətdə getmək istəyən, gözləməli olan, lakin gözləməyən və hərəkətini davam etdirən ağ rəngli Vaz 2107 markalı avtomobil onun tərəfdən, yəni, sürücü tərəfdən sol qapıdan onun avtomobilini vurdu. Hər iki avtomobil dayandı. Hadisə nəticəsində sol ayağından xəsarət aldığı üçün-xəstəxanaya müraciət etdi. Tibbi yardımdan sonra evə buraxıldı. Sonradan avtomobilini öz avtomobili ilə vuran şəxsin Şəxs adlı şəxs olduğunu bildi. Onun avtomobil idarə etmək üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi var. Hadisənin baş verməsinə səbəb Elşad adlı şəxsin onun avtomoblinə yol verməli olduğu halda yol verməməsi olmuşdur. Hadisə zamanı avtomobilində tək idi. Vaz 2107 minik markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin müddəti bitmişdir. Avtomobilinə dəymiş ziyan Şəxs tərəfindən ödənilməyib, ondan şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs daha yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin inspektoru X2 tərəfindən tərtib edilmiş 12 avqust 2021-ci il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin və zərərçəkmiş şəxsin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi işin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs İİ-ci qrup müharibə əlili olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-456/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-456/2021
15.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver