Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-456/2023 28.08.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ RPŞ-nin DYPBnin YPX-nin polis baş serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 25 avqust 2023-cü il tarixdə, saat 14:00 radələrində Qəbələ rayon Əmilli kənd ərazisində nəqliyyat vasitəsini sürücülük hüququ olmadan narkotik vasitələrdən istifadə edərək VAZ 2105 minik markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Hadisə ilə bağlı Qəbələ RPŞ-nin DYPB-nin YPX-nin polis baş serjantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 342.2.4 və 334.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edilərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ rayon Polis şöbəsinin DYPB-nin YPXİ-ı polis baş serjantı X3 izahatında göstərmişdir ki, 25 avqust 2023-cü il tarixdə 14:10 radələrində Qəbələ rayonu Əmilli kənd ərazisində xidmətdə olmuşdur. Ağdaş rayonundan Qəbələ rayonu istiqamətində hərəkət edən vaz 2105 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtombil onları görərək avtomobili saxlamış və avtomobili tərk etmişdirlər. Onlar avtomobilə yaxınlaşaraq avtomobilin yan şüşələrinin kustar üsulla hazırlanmış pərdələrdən ibarət olduğunu görmüşdülər. Onlar özlərini təqdim etdikdən sonra vətəndaşı tanımışdır. Həmin vətəndaş əvvəllər Qəbələ rayon polis şöbəsinə narkotik vasitədən istifadə edildiyii üçün gətirilmiş və sürücülük hüququndan 2 (iki) il müddətində məhrum edilmişdir. Sənədləri istəyəndə sənədlərin olmadığını, avtomobildə olan vətəndaşlar isə onların avtomobili idarə etdikləri kimi yalan məlumat vermələrini və onlar YPX avtomobilində video çəkilişin olduğunu qeyd etmişdirlər. Sonra Şəxs Qəbələ rayon polis şöbəsinə gətirilmiş və Qəbələ rayon polis şöbəsinin rəisi tərəfindən Mingəçevir şəhərinə narkoloji dispanserə aparılmış və yoxlamalar zamanı aşkar edilmişdir ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Qəbələ rayon polis şöbəsində Şəxs protokol tərtib olunmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, o əvvəllər narotik vasitədən istifadə etdiyi üçün Mingəçevir şəhərində saxlanılmış protokol tərtib olunmuş və cərimə ilə nəticələnmiş, daha sonra Qəbələ rayon polis şöbəsi tərəfindən protokol tərtib olunmuş, Qəbələ rayon Məhkəməsinə gətirilmiş, sürücünün sürücülük vəsiqəsi 2 (iki) il müddətində məhdudlaşdırılmış və 5 (beş) gün müddətində inzibati qaydada həbs edilmişdir. Sürücünün 3-cü dəfə narkotik vasitə ilə tutulduğunu bildirmişdir. İndi isə sürücülük vəsiqəsi olmadan narkotik vasitə qəbul edərək tutulduğunu qeyd etmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.4 və 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilib izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00 radələrində idarə etmə hüququ olmadan **-BB-*** dövlət qeydiyyat nişanlı Vaz 2105 markalı avtomobili idarə etmişdir. Təxminən 10-12 gün əvvəl Bakı şəhərində psioxtrip maddələrdən istifadə etmişdir. Etdiyi əməldən peşmnadır. Məhkəmə iclasında müdafiəçi Vəkil çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan Qəbələ RPŞ DYPB-nin rəisi, polis mayoru Bəxtiyar Heydərov tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs ünvan 2 ünvanında yaşayır. Onun adına Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Bazasında B1,B,C1,C kateqoriyalı BD013207 saylı (xx.xx.2021-xx.xx.2031) sürücülük vəsiqəsi qeydiyyata alınmış lakin,xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək sürücülük hüququndan məhrum olunmuşdur. İş materiallarında olan 1375 №-li 25 avqust 2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsində Şəxs narkotik vasitədən (marixuana) istifadə faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bundan başqa, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsinə əsasən İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın baxılması məhkəmə aidiyyətində aid deyil və İXM-nin 34-cü maddəsinin tələbi baxımından baxılması məhkəmənin səlahiyyətinə aid olmayan inzibati xəta haqqında işə məhkəmənin baxması nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 28 avqust 2023-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-456/2023
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-456/2023
28.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver