Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-459/2025 10.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X6 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1969-cu ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, AR vətəndaşı, subay, Bakı şəhəri, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, keçid, 2151, A/Yataqxana № 1, ev 5-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda ptotokol (xx.xx.2025-ci il tarixli MN 2197062) tərtib edilmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayonu, Nic qəsəbəsində ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Nic qəsəbəsində yaşayır və işsizdir. 2018-ci ildə Bakı şəhərində onun qızını bıcaqlayaraq öldürmüşlər və o vaxtdan onun əsəblərində narahatşılıqlar yaranmışdır. O spirtli içki qəbul etdikdə özünü idarə edə bilmir. O xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul edərək Nic qəsəbəsinin mərkəzində Dmitri adlı şəxsin şəxsin çayxanasına yaxınlaşıb orda işləyən Dimaya çay gətirməsini istəmiş, çay gec gətirildiyindən o stollara təpik vuraraq qışqırmış və nalayiq ifadələr işlətmişdir. Bir az sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, sərxoş olduğu üçün o, hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşları ilə mübahisə etmiş və səs-küy salmışdır. Qəbələ RPŞ-ə gətirilərkən NH-yə təhvil verilmişdir. İş üzrə şahid X1 göstərmişdir ki, o, Qəbələ rayonu, yenikənd kəndində yaşayır və Qəbələ rayonu Nic qəsəbəsində yerləşən parkı təmir etmək məqsədilə oraya getmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 16:00 radələrində qəsəbənin mərkəzində çay içərkən sonradan adını bildiyi Şəxs sərxoş halda çayxanada ofisiant işləyən Dima adlı şəxsə nalayiq ifadələr işlətmişdir. Şəxs spirtli içkinin təsiri altında olduğundan bir neçə dəfə müvazinətini itirərək yıxılmışdır. İş üzrə şahid X3 göstərmişdir ki, o, Qəbələ RPŞ polis nəfəri vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Qəbələ rayonunun Nic qəsəbəsində ərazidə olarkən ona Şəxs spirtli içki qəbul etdiyini və ictimai yerdə uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etdiyini demişlər. O hadisə yerinə yaxınlaşdıqda Şəxs nalayiq ifadələr işlətdiyini çayxananın stol-stullarını dağıdaraq yararsız vəziyyətə saldığını görmüşdür. O Şəxs kənara çəkərək sakitçiliyə riayət etməsini bildirmiş və onu aparıb evinə düşürmüşdür. O bu barədə Rəhbərliyə məlumat vermişdir. Onlar xx.xx.2025-ci il tarixdə zərərçəkmişin izahatını almış və Şəxs gətirərək Qəbələ RPŞ-nə təhvil vermişlər. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi, şahidləri dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112, 115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 10 sentyabr 2025-ci il tarixdən saat 11:20-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-459/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-459/2025
10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver