Məhkəmə qərarları › İş №3(025)-46/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-46/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-46/2025 25.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi, X3 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Qəbələ rayonu, Yenikənd kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Yengicə kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 1748957) tərtib olunmuşdur ki, o, 5900 manat borc və 80 manat dövlət rüsumu, cəmi 5980 manat Zərərçəkmiş şəxs ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(025)-584/2023 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müddətdə üzürsüz səbəbdən icra etməyərək 5512,0 manat borclu qalmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, 5900 manat borc və 80 manat dövlət rüsumu, cəmi 5980 manat Zərərçəkmiş şəxs ödəməsi barədə Qəbələ Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli 2(025)-584/2023 saylı icra sənədi üzrə yaranmış 5512 manat məbləğində borcu ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, ”Oba” marketlər şəbəkəsinin Bakı şəhəri, Xalqlar 3 mağazasında inzibatçı vəzifəsində işləyərək 400,0 manat əmək haqqı alır. Qiymətli əmlakı olmadığından icra sənədi üzrə tələb əmək haqqına yönəldilmiş və indiyədək hissə-hissə cəmi 468,0 manat ödənilmişdir. 2024-cü ilin mart ayından analıq məzuliyyətində olması ilə əlaqədar əmək haqqı almaması səbəbindən ödəniş edilməmişdir. Tələb olunan məbləği birdəfəlik ödəmək imkanı olmasa da, xx.xx.2025-ci il tarixdə borcundan 100,0 manat ödəmiş və növbəti aylardan ailə gəlirləri hesabına hər ay 100,0 manat ödəniş etməyi planlaşdırmışdır. Ona görə də, qalıq borcunun hissə-hissə ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)-584/2023 nömrəli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 5900 manat borc və 80 manat dövlət rüsumu, cəmi 5980 manat Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 584/2023 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR ƏN Qəbələ İPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, e166295/2023-11-6-007 nömrəli arayışa əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-584/2023 saylı icra sənədinə əsasən borclu Şəxsnn Zərərçəkmiş şəxs 5512 manat borcu var. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-584/2023 saylı icra sənədi üzrə tələb Şəxs əmək haqqına yönəldilərək xx.xx.2024-cü il tarixədək cəmi 468,0 manat ödənilmişdir. xx.xx.2025-ci il tarixdə qalan məbləğdən 100,0 manat nağd ödənilmişdir. Məcburi icra tədbirləri nəticəsində Şəxsnun başqa gəlirləri və tələb yönələ bilən qiymətli əmlakı aşkar edilməmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-584/2023 saylı icra sənədi üzrə tələbin borclu Şəxs tərəfindən tam şəkildə ödənilməməsi üzürsüz səbəbdən olmadığından əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə (MN 1748957) icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar