Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-460/2025 10.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsinin hakimi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ rayon İcra və Probasiya şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən İ dərəcəli ədliyyə qulluqçusu X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Zarağan kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Zarağan kəndində qeydiyyatda olan Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2025-ci il tarixli MN 2326669) tərtib olunmuşdur ki, o, Qəbələ şəhəri, İmran Mahmudov küçəsi №25A ünvanında yerləşən 0,27 ha təşkil edən torpaq sahəsi və üzərində yerləşən evin boşaldılması barədə Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(107)-151/2025 saylı icra sənədi üzrə tələbi icra məmuru tərəfindən müəyyən edilmiş müdətdə üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs göstərmişdir ki, o, Qəbələ şəhəri, İmran Mahmudov küçəsi №25A ünvanında yerləşən 0,27 ha təşkil edən torpaq sahəsi və üzərində yerləşən evin boşaldılması barədə Şəki Apellyasiya Məhkəməsinin 27 fevral 2025-ci il tarixli 2(107)-151/2025 saylı icra sənədi üzrə tələbi yerinə yetirməkdən boyun qaçırtmamışdır. Belə ki, o həmin torpaq sahəsini və üzərində yerləşən fərdi evini başqa yaşayış sahəsi tapanadək müvəqqəti olaraq özündə saxlamış və növbəti dəfə icra məmurlarının iştirakı ilə lazımi qaydada təhvil vermişdir. Ona görə də, işin icraatına xitam verilməsini xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən Zərərçəkmiş şəxs məxsus olan Qəbələ şəhəri, İmran Mahmudov küçəsi №25A ünvanında yerləşən 0,027 ha təşkil edən torpaq sahəsi və üzərində yerləşən ev boşaldılmaqla həmin əmlak cavabdeh Şəxs alınaraq geri qaytarılmalıdır. İşdə olan Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarının surətinə əsasən Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 nömrəli icra sənədi üzrə icraat başlanılmış və borcluya 10 gün müddətində icranı könüllü qaydada təmin etməsi təklif edilmişdir. İşdə olan AR ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli e130207/2025-11-6 nömrəli bildirişin surətinə əsasən borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 nömrəli icra sənədi üzrə tələbi 10 gün müddətində könüllü qaydada təmin etməsi tələb olunmuşdur. İşdə olan AR ƏN Qəbələ Rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktın surətinə əsasən borclu Şəxs Qəbələ şəhəri, İmran Mahmudov küçəsi №25A ünvanında yerləşən 0,27 ha təşkil edən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini boşaldıb Zərərçəkmiş şəxs təhvil verərək Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 nömrəli icra sənədi üzrə tələbi yerinə yetirmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 saylı icra sənədini tam şəkildə icra etmişdir. AR İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(107)-151/2025 saylı icra sənədi Şəxs tərəfindən tam şəkildə icra olunduğundan əməlində inzibati xəta tərkibi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-460/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-460/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver