Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-461/2021 24.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qədirzadə Çinarə Çingiz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs - 1990-ci ildə Qəbələ rayonu Tikanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu Tikanlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 16sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs 02.09.2021-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan 1 ədəd 16 kalibrli, qoşa lülə, nömrəsi və istehsal ili silinmiş mülki ov tüfənginin saxlanılması və daşınması qaydasını pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 13sentyabr 2021-ci il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X3 göstərdi ki, 03.09.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsindən 02.09.2021-ci il tarixdə Qəbələ rayon Tikanlı kəndində yerləşən Sərhəd zastavasının xidməti ərazisində sərhədçilər tərəfindən Qəbələ rayonu Tikanlı kənd sakini Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə olmadan 1 ədəd 16 kalibrli, qoşa lülə, nömrəsi və istehsal ili silinmiş mülki ov tüfəngi aşkar edilmişdir. Bununla bağlı müvafiq araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığından cinayətin işinin başlanması rədd edilərək, onun barəsində AR İXM-nin 590.2-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın surəti İTB-nə göndərilmişdir. Beləliklə, həmin fakt üzrə Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, 02.09.2021-ci il tarixdə saat təxminən 15 radələrində qardaşı X2 ilə ov etmək məqsədilə Tikanlı kənd meşəsinə getmişlər. O və qardaşı özlərinə məxsus ov silahını götürmüşlər. Onun qoşalülə silahı olmuşdur. Oraya dovşan ovlamaq məqsədilə getmişlər, lakin ov edə bilməyərək saat təxminən 21 radələrində evə qayıtmışlar. Kəndə təxminən 300 metr məsafə qalmış 4-5 nəfər silahlı hərbi qulluqçular onları saxlayaraq sərhəd zastavasına aparmışlar. Onun üzərində olan silah sərhəd xidməti əməkdaşları tərəfindən götürülmüşdür. Ov silahına dairheç bir sənədi yoxdur, həmin silahı qanunsuz olaraq işlətmişdir. Ona və qardaşına məxsus ov silahları mərhum atasından yadigar qalmış, sözügedən ov silahları ilə qanunsuz olaraq ov etməmişlər. Sonda isə bir daha özündə qanunsuz silah saxlamayacağına söz vermişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 13 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 10sentyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Qəbələ RPŞ-nin TB-də toplanmış HK- 1/1139 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, X2 və Şəxs barəsində AR İXM-in 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunması üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-nə verilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə və maddi vəziyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1 ədəd 16 kalibrli, qoşa lülə, nömrəsi və istehsal ili silinmiş mülki ov tüfəngimüsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş bir ədəd 1 ədəd 16 kalibrli, qoşa lülə, nömrəsi və istehsal ili silinmiş mülki ov tüfəngi müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-461/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-461/2021
24.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver