Məhkəmə qərarları › İş №3(025)-461/2024

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-461/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-461/2024 05.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx xxxxxxxx 1978-ci il tarixdə Qəbələ rayonu Bum qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qəbələ rayonu, Bum qəsəbəsində ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 05 sentyabr 2024-cü il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 tərəfindən Şəxs barəsində tərtib olunmuş İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində “Okean” şadlıq sarayının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 05 sentyabr 2024-cü il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis leytenantı X8 izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində “Okean” şadlıq sarayının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozmuşdur. Bununla da, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə bibisinin nəvəsi X2 Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən "Okean" şaqlıq sarayında keçirilən toy məclisində öz ailəsi ilə birlikdə iştirak etmişdir. Həmin toy məclisində öz qohumları ilə bir masada əyləşib yeyib- çməyə başlamışdır. Orada həddindən artıq spirtli içki qəbul etmişdir. Daha sonra toyun yekunlaşmasına az müddət qalmış, bibisioğlu Süleyman ailəsini və onu Bum qəsəbəsində yerləşən evlərinə aparmaq istəyərkən onlara "siz gedin mən özüm gələcəm" ifadəsini işlətmişdir. Onlar bu barədə təkid etmişlər. Bundan əsəbləşərək uca səslə qışqırmağa başlamışdır. Bu zaman həmin şadlıq sarayının qarşısında təxminən 50 metr uzaqlıqda magistral yolun sağ kənarında dayanmışdır və ətrafda təxminən 7-8 nəfər adam var imiş. Həmçinin həmin magistral yolda xeyli sayda nəqliyyat vasitələri keçirmiş. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşçışlar. Onlar ona ictimai yerdə uca səslə qışqırdığı üçün ictimai qaydanı pozduğunu bildirmişlər və onun barəsində tədbir görülməsi üçün Qəbələ rayon Polis Şövbəsinə gətirmişlər. O, polis şöbəsinə gətirilmiş və səhərə kimi orada yatmışdır. Həddindən artıq spirtli içki qəbul etdiyi üçün etdiyim hərəkətlərin fərqində olmamışdır. Əməlindən peşmandır. Bir daha belə hallara yol verməyəcəyinə söz verir. Məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X3 Rauf Rizvan oğlunun əməlindən peşman olmasını nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, rəsmi olaraq Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində çalışır. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində 3 saylı dislokasiya üzrə **-AP-*** D/Q nişanlı avtopatrulla Qəbələ RPŞ-nin PPXB-nin polis nəfəri polis serjantı Cavanşir Quliyevlə birlikdə xidmətdə olarkən "Okean" şadlıq sarayının qarşısında, magistral yolun kənarında adı onlara sonradan məlum olan Şəxs uca səslə nalayiq ifadələr işlətdiyini görmüşlər. Bu zaman ona yaxınlaşmışlar və özlərini təqdim etmişlər. O, yenə də nalayiq ifadələr işlətməyə davam etmişdir. Onun nəfəs qoxusundan spirtli içkinin təsiri altında olduğu aydın hiss olunmuşdur. Onu sakitləşdirməyə çalışsalar da, spirtli içkinin təsiri altında olduğu üçün etdiyi hərəkətlərin fərqində deyilmiş və uca səslə ünvanlı-ünvansız nalayiq ifadələr işlətməyə davam etmişdir. O, bu hərəkətləri ilə ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Ona etmiş olduğu hərəkətlərin inzibati xəta pozuntusu olmasını izah etmişlər və barəsində tədbir görülməsi üçün tərəflərindən Qəbələ RPŞ-yə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Fərid Bəhmən oğlu ilə oxşar məzmunlu izahat verərək, onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli, 232 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur və qanında alkoqolun miqdarı 1,747 % olmuşdur. İş materiallarında olan 04 sentyabr 2024-cü il tarixli “X12 Haqqında” protokoldan görünür ki, Şəxs 04 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da tutulmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Zarağan kəndi ərazisində “Okean” şadlıq sarayının qarşısında uca səslə nalayiq ifadələr işlədərək ictimai asayişi və ictimai qaydanı kobud surətdə pozaraq xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 89.5-ci maddəsinə əsasən X12 müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati qaydada tutulan zaman sərxoş vəziyyətdə olduğundan, ayıldığı vaxtdan isə məhkəməyə gətirildiyindən həbsdə olduğu müddət nəzərə alınmamlıdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halı nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,49, 48-51, 55, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar