Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-462/2025 13.09.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X13 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Mıxlıqovaq kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Mıxlıqovaq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə ondan ötrü inzibati xəta haqqnda iş üzrə icraat başlanmışdır ki, (xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə) o, xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində Qəbələ rayon Mərkəzi Xəstəxanasında nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Mıxlıqovaq kəndində yaşayır. xx.xx.2025ci il tarixdə saat 20:00 radələrində yaşadığı ünvanda təxminən 2 litr pivə içmişdir. Axşam saat 22 radələrində Qəbələ rayon Mərkəzi xəstəxanasına gəlmiş, xəsətxananın kolidorunda qışqır-bağır salaraq nalayi ifadələr işlədərək ictimai qaydanı pozmuş və xəstəxanada işləyən polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq tabesizlik göstərmişdir. Həmin vaxt sərxoş olduğu üçün o, hərəkətlərini idarə edə bilməyərək polis əməkdaşları ilə mübahisə etmiş və səs-küy salmışdır. Həmin vaxt polis əməkdaşlarına tabesizlik göstərməmiş, ayıldıqdan sonra peşman olmuş və polis əməkdaşlarından üzr istəmişdir. İş üzrə şahid X4 izahatında göstərmişdir ki, X7 Şöbəsinin polis nəfəri vəzifəsində çalışır. xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində xəstəxananın X14 X1 giriş qapısında olarkən sonradan adı ona məlum olan Qəbələ rayonu Mıxlıqovaq kənd sakini, Şəxs xəstəxananın kolidorunda qışqır-bağır salaraq, nalayiq ifadələrlə ünvanlı-ünvansız söyüşlər söyməyə başlamışdır. O hadisə yerində yaxınlaşaraq Şəxs spirtli içki qəbul etdiyini müşahidə etmişdir. Həmin şəxsə xəstəxananın dxilində söyüş söyməməsini, sakitləşməsini bildirsədə, Vəli buna məhəl qoymamışdır. Onla Vəlini xəstəxananın daxilindən çölə çıxararaq, sakitləşməyə çalışsalar da, o nalayiq ifadələr işlətməyə davam etmişdir. O həmin şəxsə hərəkətlərinin inzibati xəta pozuntusu olmasını, məsuliyyətə cəlb olunacağını, əraziyə post patrul xidməti əməkdaşlarını cəlb olunacağını bildirsədə o buna məhəl qoymamışdır.Şəxs ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlər etdiyi üçün və qanuni tələblərə qəsdən tabe olmadığı üçün barəsində qanuni tədbir görülməsi məqsədilə ərazidə xidmətdə olan digər mühafizə əməkdaşlarının köməkliyi ilə tərəflərindən müvafiq qaydada polis şöbəsində gətirilərək NH-yə təhvil verilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən müayinə olunan Şəxs yüngül dərəcəli sərxoşluq (0,8 pr.m) aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli AZA 027682 nömrəli Protokola əsasən Şəxs həmin gün saat 01:50-də AR İXM-nin 510 və 535.1-ci maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə inzibati mnəsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədquiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs , xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində Qəbələ rayonu Mərkəzi Xəstəxanasında ünvansız nalayiq söyüşlər söyüb səs-küy yaradaraq ictimai qaydanı pozmuş və hadisə yerinə gələn polis əməkdaşlarının sakitliyə riayət olunması haqqında qanuni tələbinə tabe olmayaraq AR İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Ona görə də o, AR İXM-nin müvafiq maddələri ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baş vermiş inzibati xətaların xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində AR İXM-nin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti təyin olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 112, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 13 sentyabr 2025-ci il tarixdən saat 01:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(025)-462/2025
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-462/2025
13.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver