Məhkəmə qərarları › İş №3(025)-463/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-463/2021

16.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-463/2021 16.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi X1 iştirakları ilə, 24.10.1998-ci ildə Qəbələ rayon, Tikanlı kəndində anadan olmuş, Qəbələ rayon, Tikanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15.09.2021-ci il tarixdə saat 23:35 radələrində Qəbələ şəhəri ərazisində YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq inzibati xəta törətmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi polis kapitanı Zamiq Nadirov izahatında bildirmişdir ki, Şəxs 15.09.2021-ci il tarixdə saat 23:35 radələrində Qəbələ şəhəri ərazisində YPX inspektorlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır, bu səbəbdən barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında bildirmişdir ki, 15.09.2021-ci il tarixdə həmkəndlisi Zərbalı İslam ilə birlikdə kafedən çıxıb evlərinə gedərkən gördülər ki, yol patrul xidmətinin inspektorları avtomobili saxlayıb. İslam və o birlikdə ora yaxınlaşdılar. Gördülər ki, həmkəndlisi Möylam Niftəliyevi polislər saxlayıb. O inspektorlara avtomobili qanunsuz olaraq saxladıqlarını bildirdi. Onlarla arasında sözlü mübahisə yarandı. İnspektorlar ona uzaqlaşmalı olduğu və xidmət fəaliyyətə mane törətməməyi bildirdilər. O isə Möylam Niftəliyev qohumu olduğundan oradan uzaqlaşmadı. Digər polis əməkdaşları ona maşına minməyi tələb etdilər. Lakin o bu tələbə məhəl qoymadı. Bu səbəbdən polis əməkdaşları məcbur onu maşına mindirdilər. Etdiyi əməldən peşmandır, bir daha bu cür hərəkətlərə yol verməyəcək. Sonda isə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, 15.09.2021-ci il tarixdə saat təxminən 23:30 radələrində YPX xidməti avtomobilində polis serjantı X2 və polis serjantı X4 ilə Qəbələ rayon Tikanlı - Uludaş yolunda xidmətdə olarkən VAZ 2105 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil işıq cihazlarında düzgün istifadə etmədiyi üçün saxlanıldı. Yoxlama zamanı sürücünün sürücülük hüququ olmadığı, etibarnaməsiz olduğu aşkar edildi. Avtomobilin sürücüsü avtomobildə olmadığından avtomobili duracağa aparmalı olduqlarını bildirdilər. Bu zaman tanımadıqları adları sonradan məlum olan iki nəfər şəxs Şəxs və Zərbalı İslam onlara yaxınlaşaraq uca səslə bura nəyə görə gəldiklərini soruşdular. Tikanlı kəndinə heç bir polis gələ bilməməsini bildirdilər. Sürücünü burxmaqlarını yoxsa başının ağrayacağını bildirdilər. Onlar həmin şəxslərdən dəfələrlə xidməti fəaliyyətə mane olmamaqlarını tələb etsələr də həmin şəxslər onların tələblərinə məhəl qoymayaraq hərəkətlərini davam etdilər. Dərhal Qəbələ RPŞnin əməkdaşlarına bu barədə məlumat verdilər. Həmin ərazidə xidmətdə olan polis nəfəri polis kiçik serjantı Feyruzlu Pərvin və polis nəfəri Şərifov Səfər həmin əraziyə gəldilər. Həmin şəxslər Qəbələ RPŞ-ə gətirildi və növbətçi hissəyə təhvil verildi. Məhkəmə iclasında şahid X2 şahid X3 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar