Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-463/2024 16.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X5, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs – xx xxxx 1999-cu il tarixdə Qəbələ rayonu Çuxur Qəbələ kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, “Referans” Tibb Mərkəzində tibb qardaşı işləyən, Qəbələ rayonu Çuxur Qəbələ kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X1 21 avqust 2024-cü il tarixli qərarı ilə, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Şəxs barəsində Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X10 tərəfindən 02 sentyabr 2024-cü il tarixdə İXP6523266 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 14 iyun 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olaraq etibarnamə əsasında Vaz 21070 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yerli əhəmiyyətli Mirzəbəyli-Çuxur Qəbələ yolunun Çuxur Qəbələ kəndindən keçən hissəsində təxminən 60-65 km/saat sürətlə hərəkətdə olarkən "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəli şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitinə və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli) pozmuş, su səbəbdən avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yoldan çıxmış və ön hissəsi yolun sağındakı ağaca dəymiş, nəticədə avtomobildə arxa oturacaqda olan sərnişin X3 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, Zərərçəkmiş şəxs isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almış və nəticədə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ DYPB İTÜBİ-nin polis kapitanı X10 göstərdi ki, baş vermiş nəqliyyat hadisəsi ilə bağlı Qəbələ RPŞnin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən araşdırılma aparılmış, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün barəsində inzibati protokol tərtib edilməsi üçün qərarın surəti şöbənin DYPB-nə verilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki,baş etibarnamə əsasında Vaz 21070 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 14 iyun 2024-cü il tarixdə saat 08:30 həmin avtomobili idarə edərək yaşadığı kənddən rayonun Mirzəbəyli kəndi istiqamətdə təxminən 60-65 km /saat sürətlə hərəkət edirmiş, avtomobildə ön turacaqda həmkəndlisi sərnişin Elməddin, arxa oturacaqda isə sərnişin Rəşad adlı şəxslər varmış.Qəbələ şəhərinə iş yerinə, sərnişinləri isə öz işləri ilə bağlı Qəbələ şəhərinə gedirmişlər.Həmin istiqamətdə sola yol döngəsində qarşı yolla ağ rəngli dövlət qeydiyyat nişanlarını görmədiyi bir Ford markalı avtomobil gəldiyini görmüş, həmin avtomobil onun hərəkət yolunda deyil, öz hərəkət yolunda hərəkət edirmiş.Avtomobilinin sol təkərləri ağ xəttin üzəri ilə hərəkət edirmiş. Ford markalı avtomobili görən kimi avtomobilini bir qədər sağa, yəni özünün hərəkət istiqamətinin kənarına çəkmiş, bu zaman avtomobilinin sağ yan təkərləri yolun kənarındakı torpaq örtüklü yola çıxmış, dərhal əyləci basmış, lakin, avtomobil dayanmamış, yarısı ehtiyat hissədə, yarısı isə asfalt yolda hərəkət edərək bir qədər irəlidəki kanala ön tərəfi düşərək ön hissəsi oradakı ağaca çırpılıb dayanmışdır.Hər üçü avtomobildən yerə düşmüşlər.Təcili tibbi yardıma məlumat vermiş, xəsarət aldıqları üçün gəlmiş təcili tibbi yardım avtomobililə xəstəxanaya getmişlər.Xəstəxanada özü və digərləri müayinə olunmuş, Rəşadın sağ qolunun hadisə nəticəsində sındığı müəyyən edilmişdir.Həmçinin, sərxoşluq müayinəsi keçirilmiş, bu zaman müayinə aparatı 0,144 göstərmişdir. Ancaq nə həmin gün, ümumiyyətlə heç zaman spirtli içki qəbul etməmiş, həmin nəticə ilə razılaşmamışdır.Buna etiraz etmiş, ondan müayinə üçün qan nümunəsi götürülmüşdür. Zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barımış və zərərçəkmiş şəxsin ondan şikayəti yoxdur. Məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, hadisə Şəxs qeyd etdiyi formada olmuşdur. Həmin gün Zarağan kəndinə işləməyə gedirlərmişlər. Yol kənarında dayanıb maşın gözləyən zaman Şəxs əl edərək saxlamışlar. Nəriman onları avtomobilinə mindirmiş, bir qədər sonra isə hadisə baş vermişdir. Şəxs ilə barışmışlar və qarşı şikayət və tələbiyoxdur. Eyni zamanda məhkəməyə ərizə təqdim edərək Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qəbələ RPŞ-nin İstintaq bölməsindəŞəxs barəsində toplanmış HK-1/737 nömrəli rədd materialına baxış keçirilərkən müəyyən olundu: - Materiala əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs nəqliyyat vasitəsini idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyı Məhkəmə-Tib Ekspertiza və Pataloji Anatomiya Birliyi" X12 daxil olmuş Qaçayev Nərim: Elxan oğlu barəsində olan xx.xx.2024-cü il tarixli 2099/K saylı məhkəmə kimyəvi ekspertiza rəyi əsasən Şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, bu amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər(həmçnin tiryək qrupu), fenotiazin, pirazalon, benzodiazepin törəmələri, salisilatlar və kannabinoid(çətənə bitkisindən alınan və təbii mənşəli narko vasitə hesab edilən) aşkar edilməmişdir. - Materiala əlavə edilmiş MTE və PAB-nin Qəbələ rayon şöbəsindən daxıl olmuş X4 barəsində olan 284 saylı canlı şəxsin tibbi muayinə rəyinə əsasən onun bədi üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb ol sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. - Materiala əlavə edilmiş MTE və PAB-nin Qəbələ rayon şöbəsindən daxil olmuş X6 barəsində olan 305 saylı canlı şəxsin tibbi müayinə rəyinə əsasən onun bəd üzərində aşkar edilmiş xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına sət olan sağlamlığa az ağır zərər vurmanın əlamətlərinə aiddir. - Araşdırma zamanı X3 ərizə ilə müraciət edərək 14.06 2024 il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı az ağır dərəcəli bədən xəsarəti almas baxmayaraq Vaz 21070 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı minik avtomot sürücüsü Şəxs ilə barışdığını, sonuncunun ona dəymış ziyanı ödədiyini, ondan heç bir şikayət və tələbinin olmadığını, aparılan araşdırmanın dayandırılmasını xa etmişdir. - Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksperti Mərkəzindən daxil olmuş 22 iyul 2024-cü il tarixli 8/1824 nömrəli məhəkəm yol nəqliyyat hadis ekspertizası rəyində göstərilmişdir ki, 1.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Vaz 21070 minik markalı, 31 030 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlər "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadis qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs maksimum hərəkət sürəti 3.24 "Maksimum sürətin məhdudlaşdırılı qadağan yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində "Yol Hərəkəti haqqında" Azərba Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin(3.24 "Maksimum Sİ məhdudlaşdırılması" qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edib səmimi peşiman olmasını, zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, 14 iyun 2024-cü il tarixdə saat təxminən 08:30 radələrində Şəxs ayıq vəziyyətdə, sürücülük hüququ olaraq etibarnamə əsasında Vaz 21070 minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək yerli əhəmiyyətli Mirzəbəyli-Çuxur Qəbələ yolunun Çuxur Qəbələ kəndindən keçən hissəsində təxminən 60-65 km/saat sürətlə hərəkətdə olarkən "Yol Hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin (yol hərəkəti üçün təhlükəli şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitinə və avtomobilin idarəetməsindən ayırmamalı, avtomobilin öz hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli) pozmuş, su səbəbdən avtomobil üzərində idarəetməni itirmiş, avtomobil yoldan çıxmış və ön hissəsi yolun sağındakı ağaca dəymiş, nəticədə avtomobildə arxa oturacaqda olan sərnişin X3 dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran bədən xəsarəti, Zərərçəkmiş şəxs isə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran bədən xəsarəti almışdır.Bununla da ŞəxsAR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinməli, İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55,114, 115,120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(025)-463/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-463/2024
16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver