Məhkəmə qərarları › İş №3(025)-464/2025

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-464/2025

15.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-464/2025 15.10.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsin Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndələri, Nümayəndə2 və Nümayəndə1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs barəsində AR İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə olan «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində AR İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat (inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli ******* nömrəli protokol üzrə) bağlanmışdır ki, o, X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan “Pirəli” suvarma arxını dolduraraq ərazisini zəbt etmişdir. ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 nümayəndəsi Nümayəndə1 göstərmişdir ki, Qəbələ rayonu Kiçik Pirəli kəndinin inzibati ərazisinə daxil olan əkin sahələrinin suvarma suyu ilə təmin edən “Pirəli” suvarma arxının bir hissəsinin ərazisinin zəbt edilməsi barədə X9 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 339 nömrəli məlumatı və torpaq mülkiyyətçilərinin AR İN-nə daxil olan kollektiv şikayətləri ilə əlaqədar ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2025-ci il tarixli 0017 saylı sərancamı əsasında araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə əməkdaşlar tərəfindən əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, arxın 63,0 kv/m hissəsi X2 mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsində doldurularaq ərazisi zəbt edilmişdir. Meliorasiya sistemini torpaq sahəsini etibarnamə əsasında idarə edən Şəxs pozduğu müəyyən edilərək barəsində AR İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərmişdir ki, Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha həyətyanı torpaq sahəsi X2 şəxsi mülkiyyətindədir və xx.xx.2024-cü il tarixdə X3 alqı-satqı yolu ilə əldə edilmişdir. Torpaq sahəsi xüsusi mülkiyyət obyekti olmaqla yaşayış məntəqələri təyinatlı olduğundan ərazisindən suvarma arxının çəkilməsi qanunsuzdur və torpaq alınarkən arx mövcud olmamışdır. X9 Sistemlərinin İstismarı İdarəsi xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsini ekskvatorla qazaraq hüdudları daxilindən özbaşınalıqla arx çəkdiyi üçün onun tərəfindən doldurulmuşdur. xx.xx.2025-ci il tarixdə X9 Sistemlərinin İstismarı İdarəsi həmin yerdə arxı yenidən bərpa etmiş və onun polis orqanlarına şikayətindən sonra özü gəlib doldurmuşdur. Ona görə də, barəsində AR İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol qanunsuz hesab edilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli Aktda göstərilmişdir ki, əkin sahələrinin suvarma suyu ilə təmin edən “Pirəli” suvarma arxının bir hissəsinin ərazisinin zəbt edilməsi barədə torpaq mülkiyyətçilərinin şikayətləri ilə əlaqədar AR İN ƏMDX Qəbələ ərazi şöbəsi ,Qəbələ rayonu Zarağan bələdiyyəsi və Qəbələ rayonu Kiçik Pirəli və Böyük Pirəli kənd sakinlərinin iştirakı ilə əraziyə baxış keçirilərkən Şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan bələdiyyə mülkiyyətində olan yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 63,0 kv/m torpaq sahəsində “Pirəli” arxını dolduraraq ləğv etməsi faktı aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli Aktda göstərilmişdir ki, əkin sahələrinin suvarma suyu ilə təmin edən “Pirəli” suvarma arxının bir hissəsinin ərazisinin zəbt edilməsi barədə torpaq mülkiyyətçilərinin şikayətləri ilə əlaqədar ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X4, Qəbələ SMSİİ, Qəbələ rayonu Zarağan bələdiyyəsi, Qəbələ rayon Zarağan kənd İƏD üzrə Nümayəndəliyinin iştirakı ilə əraziyə baxış keçirilərkən “Pirəli” arxının 50-60 metr hissəsinin (40 55 54.5”N 47 48 19.5”E) Şəxs tərəfindən dolduraraq ləğv etməsi faktı aşkar edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 002427 nömrəli Aktda göstərilmişdir ki, Qəbələ rayonu Kiçik Pirəli kəndinin inzibati ərazisinə daxil olan əkin sahələrinin suvarma suyu ilə təmin edən “Pirəli” suvarma arxının bir hissəsinin ərazisinin zəbt edilməsi barədə X9 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli 339 nömrəli məlumatı və torpaq mülkiyyətçilərinin AR İN-nə daxil olan kollektiv şikayətləri ilə əlaqədar ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X1 xx.xx.2025-ci il tarixli 0017 saylı sərancamı əsasında araşdırma aparılmış və xx.xx.2025-ci il tarixdə əməkdaşlar tərəfindən əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, arxın 63,0 kv/m hissəsinin X2 mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsindən keçən hissədə doldurularaq ərazisi zəbt edilmişdir. Meliorasiya sistemini torpaq sahəsini etibarnamə əsasında idarə edən Şəxs pozduğu müəyyən edilmişdir. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixdə **********97 reyestr nömrəsi ilə X2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan “Gooqle” proqramı vasitəsilə əldə olunmuş ortofoto görüntülərə əsasən “Pirəli” suvarma arxının torpaqla doldurularaq ləğv edilmiş bir hissəsi X2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********97) ərazi hüdudları daxilindədir. İşdə olan AR İN ƏMDX DƏDKR PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş məlumatda göstərilmişdir ki, ləğv olunmuş suvarma arxı X2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********97) ərazi hüdudları daxilindən keçir və hal-hazırda həmin arx mövcud deyil. AR İXM-nin 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Həmin Məcəllənin 75.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Şəxs tərəfindən doldurularaq ləğv edilən su arxı X2 xüsusi mülkiyyətində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********97) ərazi hüdudları daxilindədir. X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan “Pirəli” suvarma arxının məcrasını təyin edən koordinatları səlahiyyətli orqan tərəfindən təsdiq olunmuş sxematik plan təqdim edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 251.3-cü maddəsinə əsasən meliorasiya və irriqasiya sistemlərinin sıradan çıxarılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 264.0.2-ci maddəsinə əsasən su təsərrüfatı qurğularının və avadanlığının zədələnməsinə, onların istismar qaydalarına riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, ADSEA Suların İstifadəsinə və Mühafizəsinə DNX 12 saylı X4 aşkar edilən məsələ (X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan “Pirəli” suvarma arxının bir hissəsinin dolduraraq ləğv edilməsi) üzrə kifayət qədər araşdırma aparmamış, faktın aşkar edildiyi ərazinin xüsusi mülkiyyətdə olmasını nəzərə almamış və X9 Sistemlərinin İstismarı İdarəsinin balansında olan “Pirəli” suvarma arxının məcrasını mötəbər sübutlarla müəyyən etmədiyi halda Şəxs hərəkətlərini AR İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri ilə uyğunlaşdırmaqla səhvə yol vermişdir. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin AR İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 251.3, 264.0.2 və 264.0.3-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar