Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 3(025)-465/2023 11.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlu, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarından vermiş olduğu şikayət ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 xx.xx.2023-cü il tarixli, MN 292430 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmaqla inzibati xəta haqqında işi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 11 sentyabr 2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 məhkəməyə ərizə ilə müraciət edərək, direktor olduğu "xxxx" MMC barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət ərizəsini geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdırıraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 xx.xx.2023-cü il tarixli, MN 292430 nömrəli qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilməsi ilə bağlı məsələlər cinayətprosessual qanunvericiliyinin analoji normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.1 -ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.7.1 -ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayətləri şikayəti verən şəxsin özü (şübhəli və ya təqsirləndirilən şəxsin qanuni mənafeləri naminə verilmiş şikayət yalnız onların razılığı ilə geri götürülə bilər) geri götürməyə hüququ vardır. Göründüyü kimi cinayət-prosessual qanunvericiliyi şəxsin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət vermək hüququ ilə yanaşı, həmin şikayəti geri götürmək hüququnu da təsbit edir. Buna görə hazırki iş üzrə şikayətin geri götürülməsi barədə şikayətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ərizəsi təmin edilməli, şikayət onu verən şəxsə qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 noyabr 2021-ci il tarixli qərarını rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti X1 xx.xx.2023-cü il tarixli MN ******* nömrəli qərarından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-465/2023
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №3(025)-465/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver