Məhkəmə qərarları › İş №3(025)-466/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-466/2023

13.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-466/2023 13.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 483-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı g/x-i mayoru X3 21 avqust 2023-cü il tarixdə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə EP ******* nömrəli protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Qeyd edilən inzibati xəta haqqında protokoldan görünür ki, Bakı Bas Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 020791/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən AZ 3600 ünvan 1 ünvanında qeydiyyatda Şəxs MMC (VOEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddət ərzində rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə ümumilikdə 1080 ABŞ$ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi qeyd edilmişdir. Raporta qoşma edilən sənədlərə əsasən müəyyən edilmişdir ki, hüquqi şəxsin adından bağlanılmış müqavilə üzrə aparılan ixrac əməliyyatları ilə həyata keçirilən xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş ümumilikdə az miqdarda, 1080 ABŞ dolları məbləğində xarici valyutada pul vəsaiti qaytarılmamışdır. Qeyd olunan faktla bağlı izahat verməsi üçün Şəxs MMCnin (VÖEN:**********) qeydiyyat ünvanına fərqli tarixlərdə xəbərdarlıq, bildiriş və dəvət barədə məktublar yazılmış, lakin çağırışlar üzrə kimsə gəlməmiş, şirkət barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməmişdir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VOEN:**********) ilə Gürcüstanda fəaliyyət göstərən “QOQ Eqy Group” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********9793 və **********9797 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 1080 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1080 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir.Şəxs MMC (VÖEN:**********) tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 1836 (min səkkiz yüz otuz altı manat) AZN - 1080 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmama faktına görə hadisədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri aşkar edilmişdir. Həmin Məcəllənin qeyd hissəsinə əsasən “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ basa düşülür. Nəticədə. Şəxs MMC (VÖEN: **********) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-/3-1- 020791/2023 nömrəli 31,07.2023-cü il tarixli raport, xəbərdarlıq-bildiriş məktubları, onların alınmasına dair xəbərnamələr, çıxarış-hesabatlar, Gömrük bəyannaməsi, müqavilə, dəvət məktubları və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəməyə gəlməmiş, məhkəməyə gəlməməklərinin səbəbi barədə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı, g/x-i mayoru X3 tərəfindən tərtib edilmiş 21 avqust 2023-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokolla və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetirildiyindən Şəxs MMC həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Ramiz Balayev tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəis müavini gömrük xidməti polkovniki Elçin Allahverdiyevə ünvanlanmış (icraatın başa çatdırılması haqqında) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 21 avqust 2023cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə təqsirləndirilən "xxxx"u MMC (VÖEN:**********) barəsində 00100-02019/23 saylı inzibati xəta haqqında iş üzrə icraatı başa çatdırmışdır. İşin icraatı zamanı sözügedən şirkət tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan hüquqpozmanın törədilməsinə dair kifayət qədər sübutlat toplanılmışdır. Şəxs MMC (VÖEN:**********) barəsində 00100-02019/23 saylı inzibati xəta haqqında işin baxılmağına mümkün hesab etmişdir. İşdə olan Rəsmiləşdirmə Mərkəzinin rəis müavini, gömrük xidməti polkovnik-leytenantı Kamran Mədədov tərəfindən Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovnikleytenantı Elmir Ramazaova ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nın 12.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Belə ki, ixracatçı şirkətlər konsiqnasiya yolu ilə ixrac etdiyi malların müqabilində köçürülən vəsaitin müvəkkil banklar tərəfindən portala köçürülməsini təmin etmək üçün müvafiq banka yönləndirilmişdir."GİLAN-KƏRPİC ZAVODU” MMC-yə (VÖEN **********) bu barədə xəbərdarlıq (1400-012/0xx-xx/007234 : xx.xx.2022 15:14:22) və bildiriş (1400- 012/0xxxx/009111 : 21.112022 17:57:23) məktubları göndərilmişdir. X1 Sistemində, banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən 31,07.2023-cü il tarixində alınmış məlumata əsasən "xxxx" MMC xx.xx.2017-ci il tarixindən 31,07.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 2 gömrük bəyannaməsi üzrə 1080 ABŞ dolları məbləğində vəsait sözü gedən hesabatda öz əksini tapmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti şöbəyə göstəriş verməyinizi xahiş etmişlər. İşdə olan xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/007234 saylı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Bakı Baş Gömrük İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən İsmayıl Hüseynov tərəfindən Şəxs na ünvanlanmış xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Əlavə olaraq bildirirlər ki, bu qaydaların pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Eyni zamanda bildirirlər ki, qoşmada göstərilən gömrük bəyannamələri üzrə konsiqnasiya yolu ilə ixrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin edilmədikdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483- cü maddəsinin və ya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinin tələblərinə uyğun olaraq barənizdə müvafiq tədbirlər görüləcəkdir. İşdə olan xx.xx.2022-ci il tarixli 1400-012/0xx-xx/009111 saylı Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Bakı Baş Gömrük İdarəsi rəisinin səlahiyyətlərini müvəqqəti icra edən İsmayıl Hüseynov tərəfindən "xxxx"u MMC-nin rəhbərliyinə ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Bildirirlər ki, qoşma sənəddə göstərilən bəyannamələr üzrə (əlavə olunur) ixrac etdiyiniz malların müqabilində vəsaitlərin bankda olan hesabınıza köçürülməsi təmin edilməmişdir. Əlavə olaraq bildirirlər ki, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitlərin 180 (bir yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmədiyi halda,qanunvericilikdə nəzərdə tutulan məsuliyyətə cəlb olunurlar. Mövcud normativ- hüquqi aktlarda nəzərdə tutulan və tətbiq olunacaq hüquqi hərəkətləri diqqətinizə çatdırırlar. Qeyd olunanları nəzərə alaraq 10 gün müddətində konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabillində vəsaitlərin bank hesablarına köçürülməsinin təmin edilməsi tələb olunmuşdur. İşdə olan 02 avqust 2023-cü il tarixli Bakı Baş Gömrük İdarəsinin, Əməliyyat və Təhqiqat İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru Ramiz Balayev tərəfindən hazırlanmış protokoldan görünür ki, o, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, gömrük xidməti mayoru X3 icraatında olan 3-33-/3-1-020791/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport üzrə Azərbaycan Respublikası CPM-nin 85, 51,134, 236-cı maddələrinin tələblərinə riayət edərək bu protokolu tərtib edir ondan ötrü ki, həmin raporta əlavə edilmiş sənədlərə əsasən, AZ 3600 ünvan 4 ünvanında qeydiyyatda Şəxs MMC (VÖEN:**********) tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək müddətdə rəsmiləşdirilən 2 gömrük bəyannaməsinə, Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan əldə edilmiş çıxarışlara bu gün Bakı şəhəri, Salyan şossesi 14-cü km ünvanında yerləşən Bakı Baş Gömrük İdarəsinin inzibati binasında, 312 nömrəli xidməti iş otağımda baxış keçirmişdir. Baxış 02 avqsut 2023-cü il saat 10:30-da başlanıldı, gündüz vaxtı, otaq şəraitində, süni işıqlandırmada, texniki vasitələr: “HP” markalı kompüter və “Canon MF3010” markalı printer avadanlığından, “Microsoft Word” proqram təminatının köməyi ilə aparıldı. Baxış nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs MMC (VÖEN:**********) ilə Gürcüstanda fəaliyyət göstərən “OOO Egy Group” şirkəti arasında bağlanılmış müqaviləyə uyğun olaraq **********9793 və **********9797 sorğu nömrəli gömrük bəyannamələri üzrə ümumilikdə 1080 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyətlər nəticəsində 1080 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Həmin tarixdə 1 ABŞ dolları milli valyutaya nisbətdə 1,70 manat olmaqla, 1080 ABŞ dolları milli valyutaya nisbətdə 1836 (min səkkiz yüz otuz altı manat) AZN təşkil edir. Şəxs MMC-nin (VÖEN:**********) qanuni təmsilçisinin kimliyini və həqiqətəndə ********** nömrə altında vergi ödəyicisi kimi qeydiyyatda olub-olmamasını müəyyən etməkdən ötrü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az ünvanlı rəsmi internet səhifəsinə baxış keçirmişdir. Baxış nəticəsində müəyyən etmişdir ki, Şəxs MMC ********** ödəyicisinin eyniləşdirmə nömrəsi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən vergi uçotuna alınmış və hal-hazırda qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Gilan-kərpic zavodu” MMC (VÖEN: **********) tərəfindən bağlanan müqavilə üzrə xarici iqtisadi fəliyyət nəticəsində əldə edilmiş Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan az miqdarda, milli valyutaya nisbətdə 1836 (bir min səkkiz yüz otuz altı) AZN – 1080 ABŞ dolları xarici valyuta vəsaitini xaricdən qaytarmamamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi – 324 ABŞ dolları məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizi – 324 ABŞ dolları məbləğində cərimə edilsin və həmin məbləğ ödəniş gününün məzənnəsi üzrə Azərbaycan manatı ilə dövlət büdcəsinə ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsin Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar