Məhkəmə qərarları › İş №3(025)-467/2021

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-467/2021

20.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-467/2021 20.09.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12.09.2021-ci il tarixdə, saat 14:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən bazar ərazisində ictimai yerdə Zərərçəkmiş şəxs ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi polis baş leytenantı N.E.Heydərov Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis baş leytenantı N.E.Heydərov izahatında bildirmişdir ki, Şəxs 12.09.2021-ci il tarixdə, saat 14:00 radələrində Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən bazar ərazisində ictimai yerdə Zərərçəkmiş şəxs ünvanına uca səslə təhqiramiz ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, Vəndam qəsəbəsində yaşayır, ona məxsus **-XT-*** dövlət qeydiyyat nişanlı “Mercedes E250” markalı minik avtomobili var. Qəbə-Bakı marşurutu ilə taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxs ilə əvvəllər hər hansı tanışlığı olmamışdır. 12 sentyabr 2021-ci il tarixdə Bakı şəhərindən Qəbələ rayonuna gələrkən Şamaxinka adlanan ərazidə Zərərçəkmiş şəxs ona yaxınlaşaraq Qəbələyə gedəcəyini bildirdi. Daha sonra başqa avtomobilə əyləşərək yola düşdü. Yol boyu o həmin şəxsi görməmişdir. Şamaxı rayonu ərazisində istirahət üçün dayanarkən həmin şəxslə bir daha rastlaşdı. Aralarında söz mübahisəsi yarandı. Daha sonra uzaqlaşdılar. Vəndam qəsəbəsində bazar yeri adlanan yerdə təxminən saat 15:00 radələrində təkrar həmin şəxslə rastlaşdı. İnşaat malları satışı məntəqəsinin qarşısında avtomobil yolunun əks istiqamətində təkrar aralarında söz mübahisəsi yarandı və uca səslə bir-birilərinə qarşı uca səslə söyüş söydülər. Bu hadisə təxminən 2-3 dəqiqə davam etdi. Bu zaman ətrafda təxminən 5-6 nəfər var idi. Onları tanımırdı. Onların yanında Əlinin qohumu və başqa taksi sürücüsü də var idi. Daha sonra əraziyə polis əməkdaşları gəldilər və onları polis bölməsinə dəvət etdilər. Onlar polislərlə birlikdə polis bölməsinə gəldilər. Məhkəmə iclasında şahid Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 12 sentyabr 2021ci il tarixdə yeznəsi Süleyman Sadaylının ad günündə iştirak etmək üçün yaşadığı Bakı şəhərindən Qəbələ rayonuna gəlmişdi. Təxminən saat 13:00 radələrində Vəndam qəsəbəsinə çatdı. O Bakı şəhərində Qəbələ rayonuna gələrkən Şamaxinka adlanan yerdə Vəndam qəsəbəsi sakini Ceyhun adlı şəxslə aralarında söz mübahisəsi yarandı. Bakı şəhərindən gələrkən o başqataksidən istifadə elədi. Həmin taksi sürücüsü İsmayıllı rayonundan idi. Onlar Şamaxinkada dayanarkən Ceyhun da orada dayandı. Onların arasında söz mübahisəsi yarandı. O Vəndam qəsəbəsinə çatdıqda qəsəbədə yerləşən bazar ərazisində mağazanın qarşısında təkrarən araların sözlü mübahisə yarandı və uca səslə bir-birilərinə qarşı uca səslə söyüş söydülər. Bu zaman ətrafda təxminən xeyli adam var idi. Onları tanımırdı. Bu hadisə təxminən 5 dəqiqə davam etdi. Daha sonra əraziyə polis əməkdaşları gəldilər və onları polis bölməsinə dəvət etdilər. Onlar polislərlə birlikdə polis bölməsinə gəldilər. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf edərək səmimi peşimançılıq hissi keçirməyini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar