Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-47/2021 15.01.2021 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Quliyeva Günay Ələstun qızının katibliyi, inzibati protokolu müdafiə edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin sahə rəisi polis leytenantı X4, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1960-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbacan Respublikası DİN Qəbələ Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xx xxxxxx 2020-ci il tarixdə aralarında düçən münaqişə zamanı qardaşı oğlu Zərərçəkmiş şəxs döymüşdür. İnzibati xəta haqqında işin materiallarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmasına səbəb Qəbələ RPŞ-nin Təhqiqat qrupunun təhqiqatçısı, polis leytenantı İ.Göyçəlinin xx xxxxxx 2020-ci il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı olmuşdur. Belə ki, Qəbələ RPŞ İTB-nin sahə rəisi polis leytenantı X9 həmin qərarı rəhbər tutaraq, Şəxs barəsində xx xxxxxx 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Qərara görə, Şəxs xx xxxxxx 2020-ci il tarixdə aralarında baş verən münaqişə zəminində Zərərçəkmiş şəxs üzünə ayaqqabı ataraq, sonuncuya fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilməyib göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur, onların arasında mübahisə təxminən iki aydır ki, davam edir. Aralarında olan münaqişənin səbəbi isə Zaməddinin uşaqlarının mütəmadi olaraq tərbiyəsiz hərəkətlər etməsi, Zaməddinin öz uşaqlarını tərbiyə etməməsidir. Zaməddinin azyaşlı qızı Samirənin özünü yandırması və bunda onları günahkar hesab etməsi ilə bağlı Qəbələ rayon prokurorluğunda hal-hazırda araşdırma aparılır, Zaməddinin onları günahkar hesab etməsi əsassızdır. Samirənin özünü yandırmasında birbaşa günahkar elə Zaməddinin özü və əsas da Samirənin anasıdır. Onlar münaqişəli qohum münasibətlərindədirlər. Samirənin anası mütəmadi olaraq öz uşağını, yəni Samirəni döyürdü, hətta Samirənin belində bıçaq zədəsi belə var. Zaməddin mütəmadi olaraq qardaşı Elçinin oğlu Orxanın qarşısını kəsərək onu vurmuş, eləcə də Orxanı hədələmişdir. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində yaşadığı evdən qardaşı oğlu Zərərçəkmiş şəxs həyətinə onların arasındakı münaqişəyə son qoymaq üçün Zaməddinin həyətinə qardaşı Habil ilə birlikdə gəlmişdir. Gələn zaman ilkin olaraq o və Habil Zaməddini evdən həyətə çağırdılar. Bu zaman Zaməddinin anası Validə həyətə düşdü, o, Validə ilə söhbət edən zaman Zaməddin də evdən həyətə tərəf düşməyə başladı. Zaməddin onu görərək ondan nə üçün gəldiyini soruşdu və onu nalayiq ifadələrlə təhqir edərək həyətdən çıxıb getməyini tələb etdi. Bu zaman da Zaməddin ona qarşı təhqiramiz və nalayiq ifadə işlətdiyi üçün piləkənin yaxınlığında olan qaloşu götürərək Zaməddin tərəfə atmışdır. Lakin ayaqqabı Zaməddinin sifətinə dəyməmiş, qaranlıq olduğuna görə qaloşun hara uçduğunu görməmişdir. Həmin vaxt onların arasında təxminən 6-7 metr məsafə var idi. Onlar mübahisə edən zaman qardaşı Habil Zaməddinin qolundan tutaraq burmamış, Zaməddin onun qardaşı Habilin üzərinə şər və böhtan atmışdır. Zaməddin bu cür hərəkətlər etdiyinə görə o və qardaşı Habil də onun həyətindən çıxaraq getmişlər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır, Elçin Mustafayev onun əmisidir. Onun 13 yaşlı azyaşlı qız övladı vardır. X10 xx.xx.2020-ci il tarixdə özünü yandırmiş, bununla bağlı Qəbələ rayon prokurorluğunda araşdırma hal-hazırda aparılır. xx.xx.2020-ci il tarixdən sonra əmiləri Arif və Elçin, eləcə də Habil ilə aralarında mütəmadi olaraq münaqişələr baş verir, aralarında olan münaqişələrin səbəbi isə əmisi Elçinin oğlu Orxan adlı şəxsin onun qızı Samirəni hədələməsi və nəticədə qızı Samirənin özünü öldürmək istəyərək özünü yandırmasıdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində evdə olan zaman əmisi Elçin Mustafayev onun həyətinə gəlmiş, o, da buna görə həyətə düşmüşdür. Həyətə düşən zaman əmisi Elçin onu sözlə öldürməklə hədələməyə başlamışdır. Eləcə də onu nalayiq ifadələrlə təhqir etmiş, daha sonra isə ona yumruq və təpik atmışdır. Lakin əmisi Elçinin ona atdığı yumruq və təpiklər ona dəyməmişdir, sadəcə olaraq əmisi Elçin həmin vaxt ona atdığı yumruqlardan biri onun sinə nahiyyəsinə sürtmüşdür. Həmin vaxt heç bir xəsarət almamışdır. Özünü müdafiə etmək üçün həyətin qapısını bağladı, daha sonra isə polis şöbəsinə ərizə yazaraq bu barədə məlumat vermişdir. Polis əməkdaşları onun həyətinə gəlib getdikdən sonra isə əmisi X5, bibisi X2 da onun həyətinə gəlmişdir. Bu zaman bibisi Rubabə evin pəncərəsinə əli ilə vuraraq qırmış, bu zaman isə arvadı X3 evdən həyətə düşmüş, bibisi Rubabə arvadı Sənubərin əlinin üzərinə cırmaq atmışdır. Bu zaman atası Cavanşir bibisinin qarşısına keçmiş, yaxınlıqda olan əmisi Habil isə onun qolundan tutaraq burmuşdur. Daha sonra Bibisi Rubabə pilləkənin yaxınlığında olan ayaqqabını əlinə götürərək onun sifətinin sağ nahiyyəsinə atmışdır. Bundan sonra onların həyətinə digər qohumları da gəlmiş, bibisi Rubabə ilə əmisi Habili həyətdən çölə çıxartmışlar. Onların arasında olan münaqişə onun həyətyanı sahəsində olmuşdur. Münaqişə zamanı nə əmisi Habili, nə də bibisi Rubabəni vurmamış, onlara heç bir xəsarət yetirməmişdir. Onların arasındakı münaqişə təxminən 10 dəqiqə çəkmişdir. Sonda isə Zərərçəkmiş şəxs Şəxs Niyazi qızı ilə barışmadğını bildirdi və onun barəsində qanunda nəzərdə tutulmuş müvafiq tədbirin görülməsini xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X13 xx.xx.2020-ci il tarixli, 672 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmə qeyd edir ki Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına əsas verən hallar Zərərçəkmiş şəxsnın izahatı, həmçinin hadisənin tam təfsir edə bilməyən şahidlərin izahatları olmuşdur. Zərərçəkmiş şəxsnın izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki ailə münaqişəli vəziyyətdədirlər, ona görə də Zərərçəkmiş şəxs izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxs təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Həmçinin, ekspert rəyinə gəldikdə, rəydə Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət aşkar olunmadığı qeyd olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə görə, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Yenə də həmin Məcəllənin 8-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparilan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta Haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 12.1-ci maddəsinin tələbinə görə də bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu isə o deməkdir ki, şəxsin barəsində inzibati icraat elə şəkildə aparılmalıdır ki, onun təqsirli olması kifayət edəcək dərəcədə toplanmış sübutlarla təsdiq olunsun. Lakin material üzrə inzibati araşdırma aparmış təhqiqatçı İlkin Göyçəli tərəflərin izahatını və ekspert rəyini qərarda sadalamaqla, heç bir əsaslandırma olmadan Şəxs Zərərçəkmiş şəxs döyməsi qənaətinə gələrək, cinayət işinin başlanmasını rədd etməklə yanaşı, Şəxs İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalı olması barədə də qərar qəbul etmişdir. İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterii məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsirə görə cinayət məsuliyyəti ilə eyniləşdirir. Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşi iş üzrə x xxxx 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə xx xxxxxx 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir. Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər («Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli Qərarı). Göründüyü kimi, inzibati xətalar qanunvericiliyi cinayət qanunvericiliyinə daha yaxındır və bu hüquq şahalar! müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. Avropa Məhkəməsi də özünün bir sıra qərarlarında bəzi inzibati xətaları sanksiyasının ağırlığına görə cinayət məsuliyyəti ilə eyniləşdirmişdir. Bu aspektdən yanaşdıqda müəyyən olunur ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh növü bir sıra cinayət əməllərinə görə nəzərdə tutulmuş sanksiyalardan daha ağırdır. Konstitusiya Məhkəməsinin formalaşdırığı hüquqi yanaşmaya görə, inzibati icraatda səlahiyyətli orqanlar (vəzifəli şəxslər), habelə prokuror ittiham tərəfi hesab olunur. Bu baxımdan, cinayət işlərində olduğu kimi, inzibati icraatda da şəxsin təqsirli olmasını sübut etmək yükü səlahiyyətli orqanlar (vəzifəli şəxslər) və prokurorun üzərinə düşür. Təqsirsizlik prezumpsiyasına uyğun olaraq, inzibati xəta törətməkdə təqsirləndirilən şəxs təqsirsiz olmasını sübut etməyə məcbur edilə bilməz. İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsindən bəhs edən İXM-nin 12-ci fəslində yer almış normalara görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallan müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haaamda is üzrə icraat aoarılan səxsin. zərər cəkmis səxsin. şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digəı protokollarla müəyyən edilir (76.1-ci maddə). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (84-cü maddə). İnzibati xəta hadisəsinin olub-olmaması, şəxsin həmin xətanın törədilməsinə aidiyyətinin olub-olmaması və inzibati xəta törətməkdə şəxsin təqsiri kimi mühüm məsələlər inzibati icraatda sübut olunmalı olan istisnasız hallardır. Məhkəmə hesab edir ki, inzibati icraat aparan şəxs təkcə “cinayət işinin başlanması haqqında” qərardakılarla kifayətlənməməli, özü müstəqil araşdırma aparmalı və şəxsin əməlində inzibati xəta tərkibi olub-olmamasını aydınlaşdırmalıdır. Əks yanaşma inzibati araşdırmanın əhəmiyyətini heçə endirə bilər. Sadəcə olaraq şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmək kifayət etmir, ona istinad olunan əməl kifayət qədər əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Lakin hazırki is üzrə sübut qismində Zərərçəkmiş şəxsnın izahatı çıxış etmişdir ki, o, da ziddiyyətlidir. Nə təhqiqatçı, nə də inzibati xəta haqqında protokol tərtib etmiş vəzifəli şəxs bununla bağlı ətraflı araşdırma aparmamış, göstərilən ziddiyyəti aradan qaldırmamışdır. Qeyd olunanlara əsasən məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olmaması qənaətinə gəlib, işin icraatına xitam verilməsini əsaslı sayır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə, inzibati xəta tərkibi olmadıqda, iş üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinin tələbinə görə isə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2,114.2.1,115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-47/2021
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-47/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver