Məhkəmə qərarları › İş №3(025)-47/2023

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-47/2023

03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-47/2023 03.02.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1981-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Poliş şöbəsinin qarşısında polis işçilərinin ictimai qaydanı mühafizəsi vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılov Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi, polis leytenantı Orxan İsmayılov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Qəbələ Rayon Poliş şöbəsinin qarşısında polis işçilərinin ictimai qaydanı mühafizəsi vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, yanvar ayının 22-də 102 xidmətini yığaraq ölkə rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Yoldaşından boşanıb. Yoldaşı 2020-ci ildə qızını götürüb Bakı şəhərinə gedib, onları tapa bilmir. Rəsmi həyat yoldaşından boşanmamışdır. Sonra Qəbələ rayon polis şöbəsindən ona zəng edərək 102 xidmətinə yığaraq ölkə rəhbərinin ünvanına nalayıq ifadələr işlətdiyini bildirmişlər. O, polis əməkdaşları ilə polis şöbəsinə gələrkən ölkə rəhbərinin və polis əməkdaşlarının ünvanına nalayıq ifadələr işlətməyə başlamışdir. Polis şöbəsinoin qarşısında vətəndaşlar da var idi. Polis əməkdaşları onu nizam-intizama dəvət etdilər. O, bir müddət davam edən mübahisədən sonra sakitləşdi. Daha sonra onları polis şöbəsinə gətirdilər. Bir daha belə əməllərə yol verməyəcək. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, o, hal-hazırda Qəbələ RPŞ- də işləyir. Ona iş yoldaşı polis baş serjantı Azər Əzəmmədov ilə birlikdə xidməti ərazisində yaşayan Şəxs Qəbələ rayon polis şöbəsinə gətirməsi ilə bağlı sahə rəisi polis leytenantı İsmayılov Orxan göstəriş verdi. Onlar birlikdə Şəxs ünvanına gedərək onu şöbəyə dəvət olunmasını və ölkə rəhbərliyinin ünvanına nalayiq ifadələr işlətməsi barədə məlumat vermişlər. Onlar Amil ilə birlikdə Qəbələ RPŞ-nə yaxınlaşan zaman şöbənin qabağında qapı postunda duran əməkdaşı və ordakı vətəndaşların yanında yenidən uca səslə ölkə başçısı, polis orqanının və digər qurumların ünvanına nalayiq ifadələr işlətməyə başladı. Onlar onu nizam intizama dəfələrlə dəvət etsə də, o, özünə məxsus hərəkətlərinə davam etdirməyə və qəsdən onların əmrlərinə tabe olmamağı davam etdirdi. Onlar onu məcburi şəkildə Qəbələ RPŞ-nin içərsinə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid X3 şahid X1 izahatına uyğun eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, prosess iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 03 fevral 2023-cü il tarixdən saat 12:50-dən hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar