Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(025)-47/2024 29.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1989-cu ildə Qəbələ rayonu, Nic qəsəbəsində anadan olmuş, Qəbələ rayonu, Nic qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Qəbələ Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində “Bizim market” adlı mağazada və çayxanada nalayiq ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1 Ramin Elbrus oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə protokol tərtib edərək baxılması üçün Qəbələ Rayon Məhkəməsinə təqdim etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib edən şəxs Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 izahatında bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Qəbələ rayonu Nic qəsəbəsində yerləşən “Bizim market” adlı marketə gedərək mağaza sahibini axtarmış və onu orada tapa bilmədiyinə görə ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra Nic Qəsəbəsində yerləşən çayxanaya gedərək bələdiyyə sədri Valeriy Dallarini orada görmüşdur. Bələdiyyədən ona niyə torpaq verməməsini soruşmuş və bu səbəbdən onun ünvanına nalayiq ifadələr işlədərək ictimai yerdə ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Beləliklə, Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə araq spirtli içkisi qəbul etmişdir. Spirtli içki qəbul etdikdən sonra Qəbələ rayon Nic qəsəbəsinin mərkəzinə gəlmişdir. Mərkəzdə Vadim adlı şəxsin mağazasına daxil olub, orada satıcı işləyən şəxsə söhbət edib mağazanın sahibinin harada olmasını soruşmuşdur. Sonra Nic qəsəbəsinin mərkəzində yerləşən çayxanalarda çay içmişdir. Sonra oradan çıxıb yanacaqdoldurma məntəqəsindən evdə odun doğramaq məqsədilə 1 litr benzin yanacağı alıb təkrar Nic qəsəbəsinin mərkəzinə qayıtmışdır. Əlində qutu ilə saat 19 radəsində Vadim adlı şəxsin mağazasına daxil olmuşdur. Sərxoş olduğundan Vadimin ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra mağazada olan satıcılar Mixail və Ervin onu sakitləşdirərək mağazadan çıxartmışlar. Oradan çıxıb əlindəki qutuda olan benzini ağacın dibinə qoyub Dmitriy adlı şəxsin çayxanasına getmişdir. Orada Nic qəsəbə bələdiyyə sədri Valeriy Dallarini görmüş və onun oturduğu stola yaxınlaşmışdır. Onlarla birgə oturub Valeriyə ona niyə torpaq verməməsini soruşmuşdur. Ona sərxoş olduğunu, müraciəti ilə bağlı bələdiyyə binasına gəlməyini bildirmişdir. Əsəbləşib Valeri ilə mübahisə etməyə başlamışdır. Orada olan şəxslər onu sakitləşdirməyə çalışsalarda sərxoş vəziyyətdə olduğundan əsəbləşib Valerinin ünvanına kobud ifadələr işlətmişdir. Sərxoş olduğundan özündə olmamışdır. Sonra Valeriy və onun yanında oturanlar çayxanadan kənara çıxmışlar. Məhkəmə iclasında şahid X6 izahatında göstərmişdir ki, Nic qəsəbəsi Bələdiyyə sədri vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon Nic qəsəbəsində Dmitry adlı şəxsin çayxanasında qəsəbə sakini Vadim Martirosov və digər şəxslərlə oturub çay içirlərmiş. Saat 19:30 radələrində Şəxs onlar əyləşdiyi masaya yaxınlaşmış, stolda əyləşib onunla mübahisə etməyə başlamışdır. Ramindən spirtli içki qoxusu gəldiyindən onu sakitləşdirməyə çalışmışdır. Ancaq, o, mübahisə etməyə çalışırmış, onu sakitləşdirməyə və mübahisə etməməyi bildirsə də buna məhəl qoymamış və nalayiq ifadələr işlətməyə davam etmişdir. Onlar və orada oturan şəxslər xoşagəlməz hallar olmaması üçün çayxanadan çölə çıxmışlar. Ramin çayxanada nalayiq ifadələr işlədən vaxt orada təxminən 30-35 nəfər adam var imiş. Məhkəmə iclasında şahid X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nic qəsəbəsində Dmitriy adlı şəxsin çayxanasında qəsəbə sakini Valeri Dallari və digər şəxslərlə birlikdə çay içirmiş. Saat 19:30 radələrində Nic qəsəbə sakini Şəxs çayxanaya gələrək onlar oturduqları stolda əyləşmişdir. X8 ilə sözlü mübahisə etməyə başlamış və sonra onun ünvanına nalayiq ifadələr işlətmiş, səs-küy salmışdır. Valeri və masada əyləşənlər Ramini sakitləşdirmək istədikdə Ramin aqressiv şəkildə Valerinin ünvanına kobud ifadələr işlətmiş və onu sözlə hədələmişdir. Həmin vaxt çayxanada təxminən 30-40 nəfər şəxs var imiş. Məhkəmə iclasında müdafiəçi Vəkil barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş əməli törətməsi Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis mayoru X5 tərəfindən tərtib edilmiş 29 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolla, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən yüngülləşdirən hal hesab edilir. Həmçinin Şəxs inzibati xətanı törədərkən sərxoş olması İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmə qanunun bu normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-1377-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elman İsayev
Məhkəmə qərarları › İş №3(025)-47/2024
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(025)-47/2024
29.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver